28 Noyabr 2012 02:11
184
CƏMİYYƏT
A- A+
Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər məqsədyönlü şəkildə davam etdirilir

Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər məqsədyönlü şəkildə davam etdirilir

 

Noyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi", "Polis sahə rəislərinin və sahə inspektorlarının fəaliyyətinin təşkili" və "Cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması" sahələrində  görülən işlərin vəziyyətinə  həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov demişdir ki, müzakirəyə çıxarılan məsələlərin  xidməti fəaliyyətin mühüm sahələrini əhatə edir. İnsan hüquq və azadlıqlarının etibarlı təmini, respublikada əməliyyat şəraitinə və cinayətlərin açılmasına təsiri baxımından da hər üç məsələ əhəmiyyətlidir və bu istiqamətlərdə fəaliyyət daim nəzarətdədir.

Qeyd olunmuşdur ki, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasında ölkənin qanunvericilik aktlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər məqsədyönlü şəkildə davam etdirilir. Bu mənada  təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışının vəziyyəti daim diqqət mərkəzində saxlanılır, bu sahədə görülən işlər kollegiya iclaslarında və əməliyyat müşavirələrində müzakirə olunur, fəaliyyətin daha da yaxşılaşdırılması üçün yerlərə yazılı göstərişlər göndərilir, əməli köməklik göstərilir.

Bildirilmişdir ki, son illər DİN sistemində ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlər davamlı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların əsas xəttini insan amili, xüsusən, hər bir şəxsin qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunmasının təşkil etməsi baxımından, fəaliyyətin müvafiq beynəlxalq standartlara uyğun qurulması bütün dövlət strukturlarının, o cümlədən DİN-in prioritet vəzifələrindəndir.

Gündəlikdəki birinci məsələ barədə məruzə ilə çıxış edən baş cinayət-axtarış idarəsinin rəisi, polis general-mayoru  Emin Şəkinski demişdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə axtarış işinin göstəriciləri daha da yaxşılaşaraq 58 faizdən 60,4 faizədək yüksəlmiş, axtarılanların ümumi sayı 2,2 faiz, axtarışda qalanların sayı isə 7,8 faiz azalmışdır. Axtarışda olan 1740 şəxs tutulmuş,  MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 166 nəfərin yeri müəyyən edilmişdir.

"Polis sahə rəislərinin və inspektorlarının fəaliyyətinin təşkili sahəsində görülən işlərin vəziyyəti" haqqında məruzə ilə baş ictimai təhlükəsizlik idarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov çıxış etmişdir.  Diqqətə çatdırılmışdır ki, ölkəmizdə ictimai asayişin qorunması sahəsində funksiyaların icrası, polis sahə məntəqələrinin işinin təkmilləşdirilməsi, müasir tələblərə uyğun səmərəli təşkili, əhali ilə əlaqələrin genişləndirilməsi, bütövlükdə səmərəli fəaliyyət üçün zəruri şəraitin yaradılması məqsədilə Azərbaycan Prezidentinin "Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 2007-ci il 12 mart tarixli sərəncamından irəli gələn vəzifələrin icrası davam etdirilmişdir. Ötən dövrdə 72, o cümlədən Bakı şəhəri üzrə 42 polis sahə məntəqəsi istifadəyə verilmişdir, 33 məntəqənin tikintisi isə davam etdirilir. Polis sahə məntəqələrinin ünvanları, telefon nömrələri, vətəndaşların qəbul günləri və saatları, orada xidmət aparan əməkdaşlar barədə zəruri məlumatlar və onların əlaqə telefonları DİN-in veb saytına yerləşdirilmişdir. Polis sahə məntəqələrində vətəndaşların qəbulu işi xeyli yaxşılaşmış, qəbula gələn vətəndaşların sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxalmışdır. İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaşların könüllü iştirakı ilə bağlı DİN-in aidiyyəti əmrlərinin icrası da xüsusi nəzarətdə saxlanılmış, ictimai şuraların formalaşdırılması işi yekunlaşmış və bu günədək 3810 vətəndaş, o cümlədən 192 nəfər təqaüddə olan polis əməkdaşı şura üzvlüyünə qəbul edilmişdir.

Cari ilin müvafiq dövrü ərzində açılması təmin edilmiş 13 min 720 cinayətin 70 faizinin açılmasında, eləcə də axtarışda olan təqsirləndirilən şəxslərdən 52,6 faizinin tutulmasında polis sahə rəislərinin və polis sahə inspektorlarının iştirakı olmuşdur.

Gündəlikdəki üçüncü məsələ ilə bağlı baş istintaq və təhqiqat idarəsinin rəis müavini, təhqiqat idarəsinin rəisi, polis polkovniki Emil Usubov məruzə ilə çıxış etmişdir. O qeyd etmişdir ki, insanların həyatının, sağlamlığının və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasında, pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən cinayət və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması işi daim nazirliyin diqqət mərkəzində olmuşdur.                                       

Cari ilin 9 ayında respublikanın polis orqanlarına daxil olmuş 70621 cinayət xarakterli məlumat araşdırılmışdır ki, onların da 86 faizi təhqiqatçıların icraatında olmuşdur.

Ötən ilin analoji dövrü ilə müqayisədə icraatda olan materialların sayı cari ilin 9 ayında 30 faizədək, müvafiq məsələ ilə bağlı nazirliyə ünvanlanan şikayətlərin sayı 4 dəfə və ya 3987 fakt azalmışdır.

Müzakirələrdə  çıxış edənlər görülmüş işlər, fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqlar, onların aradan qaldırılması və qarşıda duran vəzifələr haqqında danışmışlar.

İclasa yekun vuran Ramil Usubov gündəlikdəki məsələlər üzrə polis orqanlarının fəaliyyətini bütövlükdə qənaətbəxş qiymətləndirmiş, müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd etmiş, aidiyyəti baş idarə, idarə və ərazi polis orqanlarının rəhbərlərindən onların qısa müddətdə aradan qaldırılması ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermişdir.

Daxili işlər naziri Prezident İlham Əliyevin ölkəmizin iqtisadi qüdrətinin ilbəil artmasının əsasında  sabitliyin, əmin-amanlığın nümunəvi qorunması amilinin dayandığı fikrini bir daha xatırladaraq əmin olduğunu bildirmişdir ki, şəxsi heyət qanunla müəyyən edilmiş  funksiyaları, dövlət başçısının qarşıya qoyduğu tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, cari ili də yüksək göstəricilərlə başa vuracaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!