22 Dekabr 2021 00:44
21009
Mədəniyyət
A- A+
Cıdır düzü

Cıdır düzü

 

Şuşanın əsrarəngizliyi ilə seçilən bu məkanı həm də müqəddəs sayılır

 

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, xalqımızın maddi və mədəni irsini, qədim adət-ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ Azərbaycanın dilbər guşəsidir. Şuşa isə Qarabağın tacıdır. Təmiz havası, uca dağları, şəfalı suyu, əsrarəngiz təbiəti dillər əzbəridir.

Qarabağın bu zirvələr səltənətinin adı gələndə adamın xəyalına o yerlərin nağılabənzər, şən, xoş əhvali-ruhiyyəli günləri düşür. Qala şəhərinin hər qarışı özündə tariximizlə yanaşı, mədəniyyətimizi də qoruyub saxlayıb.

Əlbəttə, Şuşanı dillər əzbəri edən həm də məşhur tarixi məkanı olan Cıdır düzüdür. Cıdır düzü Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramının keçirildiyi ərazidir.

Qarabağa kim gələrdisə, Cıdır düzünə də baş çəkərdi. Şuşaya səfər edənlərin sevimli yerlərindən biri də gözəl təbiətə malik əfsanəvi Cıdır düzü olub. Qərb tərəfi bir-birinin arxasında yerləşən üç yüksəklikdən ibarətdir. Bu yüksəkliklərə “Üçmıx” adı verilib.

Əhalinin və turistlərin əsas istirahət yerlərindən biri olan Cıdır düzündə hər il may ayında “Xarıbülbül” mahnı festivalları keçirilirdi. Əsrin əvvəllərindəki Qarabağ xanəndələrinin bir çoxu da Cıdır düzündəki ifalarından sonra məşhurlaşıb.

1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunmuşdu. Erməni əsirliyində olduğu müddətdə yolumuz bu müqəddəs məkana düşmədiyi üçün o, mədəniyyət və incəsənət əsərlərində yaşadıldı və unudulmadı. Rəssamlar əsərlərində Cıdır düzünün möhtəşəm gözəlliyə malik olduğunu göstərdilər. İngilis kraliçası “Cıdır düzü” tablosu qarşısında dayanaraq heyranlıqla ona tamaşa edib. Sakit Məmmədovun “Cıdır düzü” adlı rəsm əsəri hədiyyə olaraq II Elizabetə təqdim edilib. Azərbaycan nümayəndə heyətinin kraliçaya “Cıdır düzü” adlı rəsm əsərini təqdim etməsi Qarabağın məhz xalqımıza məxsusluğunu bir daha dünyaya nümayiş etdirdi. Şair-jurnalist Əli Mahmud deyir ki, Cıdır düzü təbiət abidəsidir və Azərbaycan tarixində özünəməxsus yeri var.

İşğalçı ermənilər bizim üçün müqəddəs məkan olan Şuşada xalqımızın heysiyyətinə toxunmaq üçün insanlığa yaraşmayan hərəkətlər etdilər: Ermənistanın baş naziri Nikol Paşinyan sərxoş olaraq Cıdır düzündə “Yallı” getdi...

Bir ildir ki, Cıdır düzü, Şuşa, külli-Qarabağ azaddır.

Cıdır düzündə həm də Qarabağ xanlarının atlarının ayaq izləri var. Şuşanın azad olunmasında verdiyimiz şəhidlərin də ayaq izləri o qayalarda və Cıdır düzündə qalıb. Ona görə də müqəddəsdir.

Cıdır düzü adicə düzəngah bir məkan deyil, Qarabağın igidləri burada at oynadıblar, qurşaq tutublar, üzüyün halqasından ox keçiriblər. Burada Qarabağın igidləri sevdikləri qızı gözaltı ediblər. Pənahəli xandan başlayaraq Qala camaatı “Yallı” gedib, ən xoş günlərini burada keçirib. Ona görə də Cıdır düzü Qala camaatı üçün ən müqəddəs yer olub. Onların ən çox sevdiyi, ibadət etdiyi şəxslər və şəxsiyyətlər dünyadan köç etdikdən sonra Cıdır düzünün aşağısındakı qəbiristanlıqda dəfn olunublar. Buna görə də hər zaman bura ziyarətə gəliblər, başda Molla Pənah Vaqif olmaqla.

Qalanın girəcəyi Ərimgəldidən başlayır. Bədii əsərlərdən də məlumdur ki, qalalı xanımlar döyüşə, həm də səfərə gedən ərlərinin və oğullarının yolunu Ərimgəldidə oturub gözləyərdilər. Ərimgəldidən yuxarıda, Cıdır düzünün aşağısında böyük bir qəbiristanlıq var. Vandal ermənilər buranı da dağıdıb, amma yer üzündən silməyə cürətləri çatmayıb, qalıqları qalmaqdadır. Mir Möhsün Nəvvabın, Məmməd ağa Müctəhidzadənin müqəddəs məzarları bu qəbiristanlıqdadır.

Cıdır düzü yenə də musiqli, nəğməli günlərində öz doğmalarını, əzizlərini qarşılayır, əsl sahiblərinə qucaq açır. Ötən il noyabrın 8-də Müzəffər Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətində demişdir:

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı və Türkmənbaşı limanları regional daşımaların artırılması üçün əməkdaşlığı genişləndirir  

19:38
01 Aprel

Səyyar “ASAN xidmət” avtobusu Qazaxda

19:27
01 Aprel

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət edəcək

19:23
01 Aprel

İqor Yuşkov: Rusiya-Azərbaycan qaz mübadiləsi ticarət üçün yeni imkanlar yaradır  

19:22
01 Aprel

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!