24 Fevral 2026 08:20
190
İQTİSADİYYAT
A- A+
C6 formatı Xəzərin iki sahilini vahid məkanda birləşdirəcək

C6 formatı Xəzərin iki sahilini vahid məkanda birləşdirəcək


Azərbaycan və Mərkəzi Asiya dövlətləri ortaq tarixi köklərə dayanaraq birgə gələcəyi inşa edirlər. Bakıdan Daşkəndə, Astanadan Aşqabada uzanan əməkdaşlıq xətti Xəzər hövzəsini dünyanın ən stabil mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır. Keçmişin Böyük İpək Yolunun əsas mərkəzləri olan Azərbaycan və Mərkəzi Asiya ölkələri tarixi irsi müasir iqtisadi reallıqlarla zənginləşdirərək ortaq gələcəyin təməllərini atırlar. Orta dəhliz və Zəngəzur dəhlizi kimi nəhəng layihələr bu dövlətlərin iqtisadi tale birliyini şərtləndirən amillərdir. Bu birlik həm də regionun beyin mərkəzləri tərəfindən formalaşdırılır və bölgənin gələcək inkişaf modelini müəyyən edən dialoq platformaları ön plana çıxır.

Fevralın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "C6: Vahid region, ortaq gələcək strateji dialoqun gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfrans da bu prosesin tərkib hissəsidir. Beynəlxalq tədbirdə C6-ya üzv ölkələrin aparıcı beyin mərkəzlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 60-a yaxın iştirakçı təmsil olunub. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın yer aldığı C6 formatında əməkdaşlığının iqtisadi ölçüsü barədə müzakirələr aparılıb. Vurğulanıb ki, tədbirin təşkil olunmasında məqsəd Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji dialoqun dərinləşdirilməsi, ortaq yanaşmaların formalaşdırılması və regionun dayanıqlı inkişafına töhfə verəcək əməkdaşlıq mexanizmlərinin təşviq edilməsidir. Qeyd olunub ki, Mərkəzi Asiya Azərbaycan üçün yalnız Xəzər qonşusu deyil, həm də  tərəfdaşdır. Ortaq tarix və zəngin mədəni irs mühüm əsas yaratsa da, bugünkü əməkdaşlığı fərqləndirən başlıca amil geoiqtisadiyyat, yəni enerji, nəqliyyat, logistika və infrastruktur sahələrində əməkdaşlıqdır. 

Azərbaycanın bu prosesdəki rolu təkcə tranzit ölkə olmaq deyil, həm də Mərkəzi Asiyanı Qafqazla birləşdirən körpü və ideoloji mərkəz rolunu oynamaqdır. 2025-ci ilin noyabrı bu baxımdan yeni bir inteqrasiya erasının başlanğıcı kimi qeyd olunur. Məlum olduğu kimi, ötən il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirildi və həmin görüş çərçivəsində əlamətdar hadisə baş verdi. Uzun illər "5+1" formatında müzakirə edilən Mərkəzi Asiya birliyi Daşkənd zirvəsində tarixi bir transformasiya yaşayaraq "C6" modelinə keçid etdi. Görüş çərçivəsində Azərbaycanın tamhüquqlu üzv qismində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına qoşulmasına dair prinsipial qərar qəbul edildi. 

Azərbaycanın qonşu coğrafiyada yerləşən ölkələrin dövlət başçılarını bir araya gətirən Məşvərət Görüşü formatına tamhüquqlu üzv qismində qoşulması sıradan bir hadisə deyil. Bu, Xəzərin iki sahilinin vahid strateji məkana çevrilməsidir. Eyni zamanda Bakının təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyanın mərkəzində həlledici güc mərkəzinə çevrildiyinin təsdiqidir. Bu üzvlük Mərkəzi Asiya ölkələrinin liderlərinin Azərbaycana və onun Prezidentinə olan sarsılmaz inamının göstəricisidir. Bunu Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə liderlərin ifadə etdikləri fikirlərdən də görmək mümkündür. 

Bakının formalaşdırdığı yeni geostrateji reallıqlar Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına inteqrasiyasını sürətləndirib. 

Azərbaycan və Mərkəzi Asiya regionu hazırda qlobal kommunikasiya oxlarının, "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizlərinin kəsişdiyi əsas qovşaq rolunu oynayır. Xüsusən Bakının regionda yaratdığı yeni reallıqlar nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasındakı münasibətlər strateji intibah dövrünü yaşayır. Bu iki regionu birləşdirən əsas amil, sadəcə, coğrafi yaxınlıq deyil, həm də Qərb-Şərq arasında ən qısa və təhlükəsiz quru yolunu formalaşdırmaq ehtiyacıdır. Bu gün regionlar arasındakı əlaqələrin onurğa sütunu Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) hesab olunur. Orta dəhliz vasitəsilə Çindən gələn yüklər Qazaxıstan və Türkmənistan vasitəsilə Xəzər dənizinə, oradan Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Okean yolu ilə daşımalar 30-45 gün çəkdiyi halda, Orta dəhliz vasitəsilə Çindən Avropaya yüklər cəmi 12-15 günə çatdırılır. Şimal dəhlizindəki (Rusiya üzərindən) geosiyasi gərginliklər və Süveyş kanalındakı risklər fonunda bu marşrut ən sabit alternativ hesab olunur. 

Xüsusən rəqəmsallaşma çərçivəsində gömrük-keçid prosedurlarının sadələşdirilməsi sürəti daha da artırır. 2023-2025-ci illər ərzində Orta dəhliz üzrə yükdaşımaların həcmində kəskin artım müşahidə olunub. Təkcə Qazaxıstan və Azərbaycan arasındakı tranzit həcmi əvvəlki illərlə müqayisədə 60-80 faiz civarında yüksəlib. Zəngəzur dəhlizinin açılması bu zəncirin son çatışmayan halqası kimi görülür. Bu dəhliz reallaşarsa, Orta dəhlizin keçiricilik qabiliyyəti və rəqabət gücü əhəmiyyətli dərəcədə artacaq. 

Eynilə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi də regionlararası tranzitin ən mühüm halqasıdır və yükdaşıma müddətini dəniz yoluna nisbətən 2-3 dəfə qısaldır. BTQ-nin ən böyük üstünlüklərindən biri Türkiyədəki Marmaray tuneli vasitəsilə Bosfor boğazını keçərək birbaşa Avropanın dəmir yolu şəbəkəsinə inteqrasiya olunmasıdır. Bu, yüklərin qatardan boşaldılmadan birbaşa Londona qədər getməsinə imkan verir. Bu marşrut, sadəcə, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirmir, həm də Mərkəzi Asiya ölkələri üçün dünya bazarlarına çıxışda alternativsiz quru yolu təqdim edir. 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə (Ələt) Aktau və Kurık limanları arasında daşımaların həcmi hər il həndəsi silsilə ilə artır. Xəzər dənizi üzərindəki bu "liman üçbucağı" Avrasiya logistikasının ən dinamik bəndinə çevrilib. Hazırda ən böyük hədəf limanlararası daşımalarda konteynerləşmə dərəcəsini artırmaqdır. Mərkəzi Asiya enerji resurslarının da Cənubi Qafqazın boru kəməri infrastrukturu ilə dünya bazarına çıxarılması müzakirə olunan əsas mövzulardan biridir. Bununla yanaşı, Azərbaycanın Mərkəzi Asiya birliyinə C6 formatında tamhüquqlu inteqrasiyası türk dünyasının coğrafi bütövlüyünü təmin edən tarixi bir missiyadır.

Beləliklə, Xəzərin hər iki sahilində canlanan bu nəqliyyat və enerji arteriyaları regionu nəhəng iqtisadi ekosistemə çevirməkdədir. Bakıdan Londona, Çindən Avropaya uzanan bu dəhlizlərdə Azərbaycanın açar ölkə  statusu olması illərdir yürüdülən uzaqgörən siyasətin məntiqi yekunudur. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DGK: 79 kiloqramdan artıq narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb  

12:46
24 Fevral

Media: ABŞ İrana zərbə endirməyə başlasa, SEPAH liderləri əsas hədəflərdən olacaq  

12:43
24 Fevral

2015-2025-ci illərdə sənaye zonalarında dəyəri 19 milyard manatdan çox məhsul satışı həyata keçirilib  

12:42
24 Fevral

Argentinada maliyyə qalmaqalına görə futbol oyunları dayandırılıb

12:40
24 Fevral

Xocalı soyqırımı qurbanları Haaqada anılıb

12:38
24 Fevral

Estoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Alar Karisə  

12:34
24 Fevral

İZİA: Ötən il sənaye zonalarında istehsal olunan 1,2 milyardlıq məhsul ixrac olunub

11:51
24 Fevral

Doxsan xarici ölkə vətəndaşına amnistiya aktı tətbiq edilib

11:39
24 Fevral

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:32
24 Fevral

Amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb

11:23
24 Fevral

BMT Ukraynada müharibənin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tələb edir 

11:09
24 Fevral

Ötən gün 60 cinayətin açılması təmin edilib

11:03
24 Fevral

BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

10:54
24 Fevral

“Səfir Fergus Auldu baş verən bu təxribatı dayandırmaq üçün fəaliyyətə çağırırıq”  

10:53
24 Fevral

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:52
24 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:51
24 Fevral

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

10:50
24 Fevral

Moskvanın vağzal meydanında partlayış nəticəsində bir nəfər ölüb  

10:50
24 Fevral

Çempionlar Liqası: “Qarabağ” İngiltərədə cavab oyununa çıxır  

10:49
24 Fevral

Qazaxıstan Xəzər dənizinin öyrənilməsi və qorunmasına 2 milyon dollar ayırıb 

10:46
24 Fevral

Yer kürəsində ən çox yağış yağan yerlər – şəhərlərin reytinqi 

10:44
24 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!