21 Aprel 2026 08:50
170
SİYASƏT
A- A+
İrəvanın "təhlükəsizlik çətiri" axtarışı 

İrəvanın "təhlükəsizlik çətiri" axtarışı 


Ermənistan kənar qüvvələrin bölgəyə yerləşməsinin risklərini nəzərə almalıdır 


Avropa İttifaqı ölkələrinin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi barədə qərar qəbul ediblər. Qərar gələn həftə Aİ xarici işlər nazirlərinin iclasında təsdiqlənəcək. Yeni Aİ missiyasının iki il müddətinə Ermənistanda yerləşdirilməsi, 20-30 beynəlxalq əməkdaşdan ibarət olması və "Avropa İttifaqının tərəfdaşlıq missiyası" adı altında fəaliyyət göstərməsi planlaşdırılır. 

İkinci missiyanın məqsəd və fəaliyyət istiqamətləri də açıqlanıb. Missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlılığını gücləndirməli, nazirliklərə və təhlükəsizlik qurumlarına strateji və praktiki məsləhət və dəstək verməlidir. Bu məsləhətlər siyasətlərin hazırlanması, xarici informasiya manipulyasiyalarının aşkar edilməsi və qarşısının alınması, kibertəhlükələr, eləcə də qanunsuz maliyyə axınları ilə bağlı olacaq. Missiya həmçinin təhlükəsizlik sahəsində imkanların inkişafı üçün Ermənistana nə lazım olduğunu qiymətləndirəcək. 

Avropa rəsmilərinin təqdim etdiyi sənəddə diqqətçəkən məqamlardan biri qarşıdakı siyasi proseslərlə bağlıdır. Sənəddə vurğulanıb ki, iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri, ondan sonrakı yerli seçkilər və mümkün konstitusiya referendumu ölkənin daxili sabitliyi və regional sülh üçün ciddi sınaq olacaq. Seçkilər ərəfəsində kiberhücumlar və dezinformasiya kampaniyaları ehtimalı yüksəkdir. Aİ-nin dəstəyi bu təhdidləri texniki baxımdan neytrallaşdıra bilər. Bu missiya İrəvan üçün bir növ "təhlükəsizlik sığortası" rolunu oynayır. 

Yeni missiyanın əsas məqsədlərindən biri də kənar güclərin bölgədəki destabilləşdirici fəaliyyətləri azaltmaq və neytrallaşdırmaqdır. Bu, Aİ-nin Cənubi Qafqazda geosiyasi mövqelərini gücləndirmək niyyətindən xəbər verir. Analitiklər hesab edirlər ki, Aİ-nin Ermənistana göndərdiyi ikiillik missiya Rusiya ilə Ermənistan arasında münasibətlərin daha da pisləşməsinə xidmət edəcək.

Missiyanın seçki ərəfəsində gəlişi Aİ-nin Ermənistanın hazırkı siyasi kursunu qorumaq istəyindən xəbər verir. İrəvanın Moskva ilə gərgin münasibətlər fonunda ölkənin təhlükəsizlik sektorunu Aİ ekspertlərinə açması Rusiyadan asılılığı azaltmaq məqsədini daşıyır. Aİ isə bu missiya ilə Moskvanı bölgədən sıxışdırıb çıxartmağı və Ermənistanın Qərbə inteqrasiya yolunda qarşılaşa biləcəyi hibrid müdaxilələrin qarşısını almağı hədəfləyir. Bunun Rusiya-Ermənisan arasında iqtisadi və siyasi qarşıdurmaya yol aça biləcəyi deyilir. 

Qeyd edək ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib. Həmin missiya Ermənistanın Azərbaycanla sərhəd bölgələrində patrul aparır. Bir neçə dəfə say tərkibi və fəaliyyət müddəti uzadılan ilk missiyanın 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur. 

Rəsmi Bakı Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsini hər zaman kəskin tənqid edib və haqlı olaraq "mülki müşahidəçi"lərin fəaliyyətini və onların bölgədəki rolunu sual altına alıb. Xatırladaq ki, sülh prosesi çərçivəsində Azərbaycanla Ermənistan arasında sərhəddə kənar qüvvələrin yerləşdirilməməsi ilə bağlı prinsip razılaşdırılmışdı. Aİ və İrəvan ikinci missiyanın əvvəlkindən fərqləndiyini, daha çox daxili təhlükəsizlik və hibrid təhdidlərə fokuslanacağını iddia edir. İddia olunur ki, ikinci missiya sərhəddə "binokl"la müşahidə aparmaq və kəşfiyyat məlumatları toplamaqla məşğul olmayacaq və Ermənistanın dövlət strukturları ilə işləyəcək. 

Lakin siyasi şərhçilər istənilən halda regiona kənar güclərin gətirilməsini sabitliyə xidmət etməyən amil kimi qiymətləndirirlər. Hansısa üçüncü tərəfin bölgədəki hərbi-siyasi aktivliyinin artması regionda kənar qüvvələrin olmaması prinsipi ilə ziddiyyət təşkil edir. Missiyanın fəaliyyətə başlaması regionda "mülki müşahidə" formatından "təhlükəsizlik tərəfdaşlığı" formatına keçid deməkdir ki, bu da Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirmək riskini artırır. Əgər missiya Ermənistanı sülh müqaviləsindən yayındırmaq üçün bir vasitəyə çevrilərsə, sabitliyə yox, gərginliyə xidmət edəcək. Bu prosesin regional sabitliyə töhfə verəcəyi, yoxsa maneələr yaradacağı yaxın aylarda bəlli olacaq.

Ümumən, Avropa İttifaqının bu addımı Ermənistan üçün "təhlükəsizlik çətiri" vədi versə də, Cənubi Qafqazın ümumi təhlükəsizliyi baxımından suallar doğurur. Regionun gələcəyinin böyük güclərin geosiyasi maraqları ilə deyil, bölgə ölkələrinin qarşılıqlı etimadı ilə formalaşacağı reallığı hələ də ən aktual məsələ olaraq qalır.

 

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

Tofiq Musayev: Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir

09:31
21 Aprel

ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

09:30
21 Aprel

Tovuzda Aprel şəhidinin anım günü keçirilib

09:30
21 Aprel

Əraqçi: ABŞ-nin hərəkətləri danışıqlar prosesinə mane olur

09:29
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!