21 Aprel 2026 08:10
294
SİYASƏT
A- A+
Problemlərin müzakirə olunduğu diplomatiya platforması

Problemlərin müzakirə olunduğu diplomatiya platforması


Antalya Diplomatiya Forumu (ADF-2026) müasir beynəlxalq münasibətlər sistemində Türkiyənin təkcə regional güc deyil, həm də qlobal səviyyədə intellektual və diplomatik cazibə mərkəzi olduğunu təsdiqləyən ən mühüm platformadır. "Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək" mövzusunda təşkil olunan budəfəki forum beynəlxalq nizamın ciddi sınaqlardan keçdiyi, ənənəvi təhlükəsizlik arxitekturasının sarsıldığı bir dövrdə xüsusi əhəmiyyət kəsb etdi. Forumun əhəmiyyətini şərtləndirən əsas amil onun inklüziv dialoq mühiti yaratmasıdır. 

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Davos İqtisadi Forumu və ya Münxen Təhlükəsizlik Konfransından fərqli olaraq, ADF həm Qərb dünyasının, həm də "Qlobal Cənub" adlanan inkişaf etməkdə olan ölkələrin səsinin eyni səviyyədə eşidilməsinə imkan verir. Bu, Türkiyənin "Dünya beşdən böyükdür" fəlsəfəsinin diplomatik müstəvidə tətbiqidir. Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında keçirilən bu tədbir, böhranların həllində vasitəçilik potensialını nümayiş etdirmək üçün unikal meydandır.

K.Bayramov qeyd edib ki, forumun mühüm xüsusiyyətlərindən biri onun effektiv "Yumşaq Güc" aləti olmasıdır: "Türkiyə bu platforma vasitəsilə beynəlxalq gündəmi sadəcə izləyən deyil, həm də formalaşdıran tərəf kimi çıxış edir. 2026-cı ilin mövzusu göstərdi ki, diplomatiya artıq yalnız müharibələrin dayandırılması deyil, həm də süni intellekt, iqlim dəyişikliyi, kiber təhlükəsizlik və enerji logistikası kimi yeni nəsil çağırışlara qarşı kollektiv müqavimətin təşkilidir. Bu baxımdan, Antalya bir neçə günlüyə dünyanın "diplomatik laboratoriyasına" çevrilərək gələcəyin idarəetmə modellərinin müzakirə edildiyi məkana çevrildi".

İlk dəfə 2021-ci ildə beynəlxalq dialoqa töhfə vermək məqsədilə təsis edilən Antalya Diplomatiya Forumunun bu il aprelin 17-də öz qapılarını növbəti dəfə dünya liderlərinə və diplomatlara açdığını xatırladan deputat deyib ki, indiki toplantı həm iştirakçı miqyası, həm də müzakirə edilən mövzuların aktuallığı ilə fərqləndi. Forumda 150-dən çox ölkəni təmsil edən təxminən 5000 qonaq iştirak etdi. Onların arasında 20-dən çox dövlət və hökumət başçısı, 15-ə yaxın yüksəkrütbəli rəsmi müavin və 40-dan çoxu xarici işlər naziri olmaqla 50-dən çox nazir yer aldı. Beynəlxalq təşkilatların 75 nümayəndəsinin, tanınmış akademiklərin və tələbələrin iştirakı forumun intellektual və siyasi nüfuzunu daha da artırdı. Dövlət başçılarının əksəriyyəti Afrika və Avropa ölkələrindən gəldiyi halda, xarici işlər nazirləri səviyyəsində Afrika, Avropa və Asiya qitələri geniş təmsil olundu. Forumun gündəliyi olduqca zəngin idi, tədbir boyu sessiyalar və müxtəlif panellər keçirildi. Bu sessiyalarda müasir dünyada dərinləşən qeyri-müəyyənliklər, qlobal sistemdəki transformasiya prosesləri və regional inkişaf perspektivləri diqqət mərkəzində oldu. 

Deputat bildirib ki, "ADF-2026" sadəcə nəzəri müzakirələr platforması deyil, həm də mühüm diplomatik görüşlərin mərkəzidir: "Azərbaycan üçün ADF-nin əhəmiyyəti isə misilsizdir. Bu forum Azərbaycanın həm regional liderliyini, həm də Türkiyə ilə strateji müttəfiqliyini dünyaya nümayiş etdirmək üçün ən effektiv beynəlxalq kürsüdür. Bakının həm Avropanın enerji təhlükəsizliyindəki rolu, həm də Orta dəhlizin reallaşmasındakı mərkəzi mövqeyi məhz Antalyada qlobal oyunçuların diqqətinə çatdırılır".

K.Bayramov vurğulayıb ki, Antalya Diplomatiya Forumu müasir dövrün ən qlobal və mürəkkəb problemlərinin müzakirə edildiyi mühüm bir platforma olaraq, Cənubi Qafqazda formalaşan yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından əvəzsiz rola malikdir. Bu forumda müzakirə edilən "Gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlmək" konsepti Azərbaycanın regionda həyata keçirdiyi strateji addımlarla tam şəkildə üst-üstə düşür. Belə ki, regionda gələcək rifahın və təhlükəsizliyin təmin edilməsi iki əsas sütun üzərində qurulur: diplomatik sülh və iqtisadi inteqrasiya. Zəngəzur dəhlizinin açılması və regionda dayanıqlı sülhün bərqərar olması məsələsi bir-birini şərtləndirən, lakin strateji baxımdan fərqli mərhələləri əhatə edən iki mühüm amildir. Bu mövzuya Azərbaycanın milli maraqları və beynəlxalq münasibətlər kontekstində yanaşdıqda, onların bir ssenarinin daxilində necə vəhdət təşkil etdiyini aydın görmək olar. "Regionda dayanıqlı sülhün təmin olunması Azərbaycan üçün fundamental bir təməldir. Sülh sadəcə hərbi əməliyyatların dayandırılması deyil, həm də regionun yeni geosiyasi reallıqlarının bütün tərəflər və beynəlxalq oyunçular tərəfindən hüquqi müstəvidə qəbul edilməsidir. Sülh müqaviləsi imzalandığı təqdirdə Azərbaycanın əldə etdiyi tarixi zəfər diplomatik möhürlə möhkəmlənir və ölkəmiz uzunmüddətli inkişaf strategiyasına tam fokuslana bilir. Dayanıqlı sülh mühiti həm də xarici investorlar üçün ən böyük zəmanətdir; çünki siyasi sabitliyin olmadığı yerdə iqtisadi layihələrin davamlılığı həmişə sual altında qalır", - deyə o bildirib.

K.Bayramov əlavə edib ki, Antalya Diplomatiya Forumu sadəcə görüşlər silsiləsi deyil, bəşəriyyətin üzləşdiyi çoxşaxəli böhranlardan çıxış yolu axtaran "ortaq ağıl" platformasıdır. Türkiyənin evsahibliyi etdiyi bu tədbir, diplomatiyanın hələ də ən təsirli  alət olduğunu və dialoq vasitəsilə ən mürəkkəb düyünlərin belə açıla biləcəyini bütün dünyaya sübut edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

Tofiq Musayev: Azərbaycan Afrika ölkələrinin TŞ-də təmsilçiliyinin artırılması fikrini dəstəkləyir

09:31
21 Aprel

ABŞ Prezidenti: İran blokada səbəbindən gündə 500 milyon dollar itirir

09:30
21 Aprel

Tovuzda Aprel şəhidinin anım günü keçirilib

09:30
21 Aprel

Əraqçi: ABŞ-nin hərəkətləri danışıqlar prosesinə mane olur

09:29
21 Aprel

Ərdoğan: Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq

09:29
21 Aprel

İranla müharibədə ən azı 415 ABŞ əsgəri yaralanıb

09:28
21 Aprel

Bir elin oğlu oldu

09:25
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!