Politico Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Britaniya hərbi dalğıcları belə bir qərar qəbul ediləcəyi təqdirdə Hörmüz boğazında minaları təmizləməyə hazırlaşırlar. Bu barədə Politico nəşri Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, minatəmizləmə və minaların zərərsizləşdirilməsi üzrə təlim keçmiş Kral Dəniz Qüvvələri mütəxəssisləri Hörmüz boğazında əməliyyatlar aparmağa hazırlaşırlar.
Böyük Britaniya həmçinin boğazın təhlükəsizliyini təmin etmək üçün təklif olunan çoxmillətli missiyanın bir hissəsi olaraq muxtar mina ov sistemləri təmin edəcəyini təsdiqləyib.
Politico qeyd edir ki, London bununla ABŞ Prezidenti Donald Trampa Fars körfəzindən keçən əsas keçidin qorunmasına əhəmiyyətli töhfə vermək istəyini nümayiş etdirməyə çalışır.
Ötən ay Böyük Britaniya Fars körfəzinə Kral Dəniz Qüvvələrinə məxsus gəmi və ya muxtar mina ov sistemləri ilə təchiz olunmuş kommersiya gəmisi göndərməyi nəzərdən keçirdiyini açıqlayıb.
Daha əvvəl “The Washington Post” qəzeti Pentaqon rəsmisinin Konqresə Hörmüz boğazında minatəmizləmə əməliyyatının altı aya qədər çəkə biləcəyini bildirdiyi haqda məlumat vermişdi.
Nəşrin yazdığına görə, "Pentaqon Konqresə məlumat verib ki, İran ordusu tərəfindən qoyulmuş minalardan Hörmüz boğazının tamamilə təmizlənməsi altı ay çəkə bilər və bu cür əməliyyatları yalnız ABŞ-İran müharibəsi bitdikdən sonra həyata keçirmək mümkündür. Bu qiymətləndirmə o deməkdir ki, münaqişənin iqtisadi təsirləri bu ilin sonlarında və daha sonra hiss oluna bilər".
Rizvan CƏFƏROV,
“Azərbaycan”