23 Aprel 2026 16:29
170
İQTİSADİYYAT
A- A+
Hesablama Palatası nəqliyyat vasitələrinin icbari sığortasının təhlilini aparıb

Hesablama Palatası nəqliyyat vasitələrinin icbari sığortasının təhlilini aparıb


Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il İş Planına əsasən dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortasının təhlili aparılıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə mərkəzləşdirilmiş şəkildə 2023-cü ildə 24,3 milyon manat, 2024-cü ildə isə 27 milyon manat məbləğində vəsaitin istifadə olunduğu müəyyən edilib. Bundan əlavə, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üzrə bəzi təşkilatların fərdi xərclər smetasında proqnozlaşdırılan 2023-cü ildə ümumilikdə 18 təşkilat üzrə 17,3 milyon manat, 2024-cü ildə isə 20 təşkilat üzrə 19,1 milyon manat məbləğində vəsaitin icrası da araşdırılıb.

Təhlil daşınmaz əmlakın icbari sığortası üzrə 117 təşkilatı, nəqliyyat vasitələrinin icbari sığortası üzrə isə 178 təşkilatı əhatə edib. Eyni zamanda, müvafiq məlumatların əldə edilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına və sığorta təşkilatlarına da sorğular ünvanlanıb. Aparılmış təhlil nəticəsində xüsusi önəm kəsb edən bir sıra məsələlər üzrə ümumiləşdirilmiş nəticələri aşağıdakı kimi təqdim etmək olar:

- təhlil göstərir ki, “Büdcə sistemi haqqında” Qanunun 11.6 və 11.8-ci maddələrinə, həmçinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara aid nəqliyyat vasitələrinin icbari sığortası üzrə əvvəlki illərin faktiki xərclərinin məlum olmasına baxmayaraq, iqtisadi təsnifatın müvafiq kodları da (222600 və 222920) daxil olmaqla, bu xərclər hər bir təşkilatın fərdi xərclər smetasında ayrıca deyil, əsasən dövlət büdcəsində büdcə xərclərinin funksional təsnifatının “Əsas bölmələrə aid edilməyən xidmətlər” adlı 12-ci bölməsində ümumiləşdirilmiş şəkildə proqnozlaşdırılmış və dürüstləşmə aparılmaqla icra edilib;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş 2023–2024-cü illər ərzində ünvanlı dövlət sosial yardımı almış aztəminatlı ailələr və onların mülkiyyətində olan daşınmaz əmlaklar (yaşayış sahələri) barədə məlumatlara əsasən 2023-cü ildə ünvanlı dövlət sosial yardımı almış şəxslərə məxsus 19 344 ədəd daşınmaz əmlak, 2024-cü ildə isə 16 min 925 daşınmaz əmlak olduğu halda və dövlətdən sosial yardım alan aztəminatlı ailələrin əmlakının icbari sığortası məqsədi ilə vəsait nəzərdə tutulmasına baxmayaraq, aztəminatlı ailələrin əmlakı sığortalanmayıb. Qeyd olunan vəziyyət qanunvericiliyin icrasında institusional məsələlərə baxılmalı olduğunu və sosial cəhətdən həssas əhali təbəqələrinin əmlak maraqlarının müdafiəsində qanunvericiliklə müəyyən edilmiş fəaliyyətin həyata keçirilmədiyini göstərib;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 may tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası”na əsasən, sığorta haqları əvvəlcədən deyil, yalnız icbari sığorta müqaviləsi bağlandıqdan və bu barədə hesabat forması Mərkəzi Banka təqdim edildikdən sonra ödənilir. Lakin, bu yanaşma icbari sığorta müqaviləsinin hüquqi qüvvəyə minməsi üçün sığorta haqqının əvvəlcədən ödənilməsini tələb edən qanunvericiliyin ümumi müddəaları ilə ziddiyyət təşkil edib. Nəticə etibarilə, mövcud qanunvericilik aktları və Nazirlər Kabinetinin qərarı arasında hüquqi uyğunsuzluq mövcud olub, bu da aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortalanması ilə bağlı sığorta haqqının ödənişində hüquqi tənzimləməyə baxılması zərurətini meydana çıxarıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Prezidenti Hörmüz boğazına mina yerləşdirən kiçik qayıqların məhv edilməsinə dair əmr verib  

17:14
23 Aprel

Avropada satılan yanacaq qiymətlərində kəskin fərq qeydə alınıb

17:09
23 Aprel

Rza Pəhləvi Berlində hücuma məruz qalıb

16:59
23 Aprel

Media: ABŞ-nin hüquq-mühafizə orqanlarında 4 mindən çox iş yeri ixtisar edilib

16:50
23 Aprel

Kreml: Yaxın Şərq böhranına baxmayaraq, OPEC+ hasilatda dəyişikliyi nəzərdə tutmur

16:48
23 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

16:43
23 Aprel

BTQ-nin təşkil etdiyi beynəlxalq konfrans dünya mediasında

16:39
23 Aprel

Hesablama Palatası nəqliyyat vasitələrinin icbari sığortasının təhlilini aparıb

16:29
23 Aprel

Dövlət Neft Fondunun dollar portfelinin 35 faizindən çoxunu qızıl investisiyaları təşkil edir

16:25
23 Aprel

Bahar Muradova: Memarlıq və şəhərsalma prosesində qadınların rolu genişlənməlidir

16:25
23 Aprel

Ukraynada liseylərə qarşı terror hücumlarının qarşısı alınıb

16:24
23 Aprel

ARDNF yanvar-mart aylarında dövlət büdcəsinə 3,2 milyard manat transfert edib

16:23
23 Aprel

Bakı metropolitenində qatarların hərəkəti tam bərpa olunub

16:22
23 Aprel

Dövlət Neft Fondunun aktivləri 125 milyard manat təşkil edib

16:21
23 Aprel

Hörmüz boğazında artan gərginlik səbəbindən neftin qiyməti yenidən 100 dolları ötüb

15:56
23 Aprel

Astanada AQEM regionunda iqlim və dayanıqlı inkişaf məsələlərinə dair sessiya keçirilir  

15:03
23 Aprel

Sabah aprel ayı üzrə bütün sosial ödənişlər yekunlaşdırılacaq

14:56
23 Aprel

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

14:41
23 Aprel

Ermənistanda Azərbaycan mədəni irsi məhv olmaq təhlükəsi ilə üz-üzədir 

14:39
23 Aprel

Ağsaqqallar Şurasının IX Qurultayı: Eldar Quliyev yenidən sədr seçilib YENİLƏNİB

14:36
23 Aprel

Ekologiya və təbii sərvətlər naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

14:19
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!