19 Sentyabr 2025 08:15
618
SİYASƏT
A- A+
Böyük Zəfərdən Böyük qayıdışa uzanan yol

Böyük Zəfərdən Böyük qayıdışa uzanan yol


Qarabağda dirçəlişin salnaməsi


2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan olunması həm hüquqi-siyasi, həm də iqtisadi baxımdan dərin mənalar daşıyır. Bu qərar Azərbaycanın suverenliyinin və hüquqi əsaslarının möhkəmləndirilməsi ilə yanaşı, ölkənin iqtisadi müstəqilliyinin və milli sərvətlər üzərində tam nəzarətinin təmin olunması istiqamətində vacib mesajlar verir.

Bu il Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 ili, 44 günlük Vətən müharibəsindəki Zəfərin isə 5 ili tamam olur. Müstəqillik dövrünün əsas hüquqi sənədi olan ana qanunumuzda dövlətin idarəetmə qaydaları və ölkənin iqtisadi müstəqilliyinin hüquqi əsasları müəyyənləşdirilib. Uzun illər işğal altında qalan Qarabağın azad olunması isə bu prinsiplərin bütün ölkə ərazisində tətbiqinə real şərait  yaradıb. Artıq işğaldan azad olunmuş ərazilərdə də dövlətin iqtisadi qanunları, inkişaf strategiyaları və sahibkarlıq imkanları Konstitusiya normaları əsasında həyata keçirilir ki, bu da "Konstitusiya və Suverenlik İli"nin mahiyyətini daha önəmli və aktual edir.

Bu baxımdan Azərbaycanın Konstitusiyası iqtisadi münasibətləri və mülkiyyət formalarını aydın şəkildə tənzimləyir. 13-cü maddədə deyilir: "Təbii sərvətlər, torpaq, su, fauna və digər sərvətlər dövlətin mülkiyyətindədir". Bu müddəa iqtisadi suverenliyin hüquqi zəmanətidir. Lakin uzun illər ərzində işğal altında olan Qarabağ və ətraf rayonlarda Azərbaycan dövləti  hüquqlarını reallaşdıra bilmirdi. 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyi bərpa olundu. Bu qələbə Qarabağda siyasi,  iqtisadi və hüquqi suverenliyin real tətbiqi deməkdir.

Bəllidir ki, işğaldan azad olunmuş ərazilər Azərbaycanın ən zəngin iqtisadi potensiala malik regionlarındandır. Torpaq ehtiyatları, su resursları, kənd təsərrüfatı imkanları, turizm potensialı və bərpaolunan enerji mənbələri baxımından Qarabağ və Şərqi Zəngəzur ölkə iqtisadiyyatına mühüm töhfə verir. 2021-ci ildən etibarən Azərbaycan dövləti burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verib. Yollar çəkilir, hava limanları inşa olunur, elektrik və su xətləri bərpa edilir. Eyni zamanda "ağıllı kənd" layihələri reallaşdırılır, "yaşıl enerji" konsepsiyası tətbiq edilir, ictimai xidmətlər və idarəetmə sistemi mərhələli şəkildə qurulur. Bütün bu proseslər bölgənin müasir iqtisadi və sosial məkana çevrilməsinə xidmət edir. Həmin layihələr Konstitusiyada təsbit olunmuş iqtisadi idarəetmə prinsiplərinin bərpa olunmuş ərazilərdə tətbiqinin bariz nümunəsidir və Azərbaycan dövləti burada öz iqtisadi suverenliyini real addımlarla həyata keçirir.

Bütün diqqətləri özünə çəkən böyük yenidənqurma işlərinin arxasında isə Prezident İlham Əliyevin qətiyyətli liderliyi və strateji baxışı dayanır. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərin sürətli bərpasını milli prioritet elan edərək, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialını reallaşdırmaq üçün konkret plan və proqramlar müəyyənləşdirib. Onun bilavasitə təşəbbüsü ilə burada logistika və sənaye mərkəzləri, turizm infrastrukturunun qurulması sürətlə davam etdirilir. Dövlət başçısının  həmin istiqamətdə apardığı siyasət nəticəsində azad olunmuş bölgələr ölkənin iqtisadi xəritəsində yeni bir dinamika yaradır. Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Laçında yaradılan sənaye zonaları, beynəlxalq hava limanları, strateji yollar yerli əhəmiyyət daşımaqla Azərbaycanın regional və qlobal logistik mövqeyini də gücləndirir.

Əslində, bərpa prosesi yalnız infrastrukturla məhdudlaşmır. Keçmiş məcburi köçkünlərin doğma  torpaqlara dönüşü və məşğulluğun təmin olunması,  eləcə də kənd təsərrüfatı sahələrinin canlandırılması və sahibkarlığın təşviqi istiqamətində ciddi addımlar atılır. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilər müasir və davamlı iqtisadi sistemlərə malik yeni  yaşayış məkanlarına çevrilir. Bütün  addımlar ölkə daxilində regional inkişaf balansının bərpasına, urbanizasiya ilə kənd təsərrüfatının düzgün sintezinə və regional iqtisadi canlanmanın davamlı, sabit əsaslar üzərində qurulmasına imkan yaradır. Bu  mövqe Azərbaycanın iqtisadi suverenliyini gücləndirir, həmçinin bölgədə dayanıqlı sülhün və sabitliyin iqtisadi əsaslarını da formalaşdırır. Çünki Prezident regionların inkişafını yalnız lokal bir məsələ kimi deyil, bütövlükdə Azərbaycanın iqtisadi gücünün və suverenliyinin möhkəmlənməsi kimi qiymətləndirir. Onun davamlı səfərləri, təməlqoyma mərasimləri və ictimaiyyətə verdiyi mesajlar bu yanaşmanın strateji inkişaf olduğunu göstərir. Bu mənada İlham Əliyevin Füzuli, Xocalı, Hadrut, Xocavənd və Xankəndiyə etdiyi son səfərləri prosesin davamlı xarakter daşıdığını bir daha sübut edir. Dövlət başçısı hər  səfərində hansısa bir layihənin təməlini qoyur, regionun gələcək inkişaf prioritetlərini şəxsən elan edir. Prezidentin bu bölgələrə ayaq basması və orada iqtisadi dirçəliş prosesinə şəxsən nəzarət etməsi suverenliyin real və praktiki ifadəsi, torpağa qayıdışın, həyatın və quruculuğun simvoludur.

Dörd ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi Azərbaycanın ən böyük dövlət layihəsinə çevrilib. Təkcə 2020-ci ildən indiyə qədər (2025-ci il də nəzərə alınmaqla) bu bölgələrin bərpasına dövlət büdcəsindən 22 milyard manata yaxın vəsait ayrılıb. Cari ilin büdcəsində isə bərpa-quruculuq işlərinə  4 milyard manat nəzərdə tutulub. Ayrılan hər manat, əslində, bir parça torpağın canlanmasına, bir kəndin dirçəlməsinə, bir ailənin doğma yurda dönüşünə sərf olunur. Bu prosesin əsas istiqamətlərindən biri olan "Böyük Qayıdışa dair I Dövlət  Proqramı" planlı şəkildə davam edir. Proqramın birinci mərhələsinin 2026-cı ilin sonunadək tamamlanması nəzərdə tutulub. Həmin mərhələdə təxminən 140 min keçmiş məcburi köçkünün doğma yurdlarına qayıtması hədəflənib. Bu, əlbəttə fiziki qayıdış deyil, insanların yenidən həyata, torpağa və kimliyə bağlanmasıdır.

Bütün sadalananlar göstərir ki, Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, dövlət olaraq  inkişaf prioritetlərini özü müəyyənləşdirir. Ölkədə maliyyə və vergi sistemi Konstitusiya prinsiplərinə uyğun fəaliyyət göstərir. Bərpaolunan ərazilərdə konstitusion əsaslarla yaradılan iqtisadi mühit sahibkarlar və investorlar üçün təhlükəsiz və şəffaf platformadır. Burada mülkiyyət hüququnun qorunmasına zəmanət verilir, sahibkarlıq fəaliyyəti üçün hüquqi və infrastruktur təminatı yaradılır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye parkları, aqroparklar və sərbəst iqtisadi zonalar Azərbaycanın iqtisadi suverenliyini daha da gücləndirir. 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd olunması bu baxımdan gələcəyə yönəlik hüquqi zəmanətin gücləndirilməsinə xidmət edir. Dövlətin uzunmüddətli iqtisadi strategiyası Qarabağda  "yaşıl iqtisadiyyat",  rəqəmsal idarəetmə, dayanıqlı kənd təsərrüfatı və rəqabətli sənaye modelləri əsasında qurulur.

Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda hüquqi suverenliklə iqtisadi suverenlik bir-birindən ayrılmazdır. Qarabağ və Şərqi Zəngəzurun bərpası zamanı həm hüquqi prinsiplərin, həm də iqtisadi strategiyanın paralel şəkildə tətbiqi göstərdi ki, Azərbaycanın gücü yalnız əsgəri və siyasi sahədə deyil, maliyyə, idarəetmə və sosial təşkilatlanma sahəsində də özünü sübut edir. Hazırkı inkişaf modeli hüquqla iqtisadiyyatın vəhdətinə söykənir. Bu model təkcə indiki dövr üçün deyil, gələcək nəsillər üçün də sabit, dayanıqlı və güclü bir dövlətin əsasını qoyur. Azərbaycan artıq ərazilərinə, eləcə də iqtisadi sərvətlərinə, inkişaf yoluna və gələcəyinə sahibdir. Konstitusiyanın təmin etdiyi hüquqi zəmin və Prezidentin liderliyi ilə aparılan iqtisadi strategiya ölkəmizi regionda sabitlik və tərəqqi mərkəzinə çevirir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!