02 Oktyabr 2025 08:30
1007
SİYASƏT
A- A+
BMT-də Azərbaycan həqiqətləri

BMT-də Azərbaycan həqiqətləri


Prezident İlham Əliyev dünyanın ən ali tribunasından ölkəmizin strateji mövqeyini bildirdi, gələcək hədəflərini göstərdi.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi çıxış Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini, regional təhlükəsizlikdəki rolunu və qlobal miqyasda formalaşdırdığı yeni əməkdaşlıq modelini nümayiş etdirdi. 

Bu çıxış həm siyasi, həm də iqtisadi aspektlərdə Azərbaycanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirən strateji mesajlarla zəngin idi. Dövlət başçısının irəli sürdüyü prioritetlər təkcə regional maraqlara deyil, eyni zamanda beynəlxalq müstəvidə davamlı inkişaf və bərabərhüquqlu tərəfdaşlıq prinsipinə əsaslanırdı.

Prezidentin çıxışında ən mühüm məqamlardan biri Azərbaycanın regionda sülhün və sabitliyin təminatçısı qismində çıxış etməsi ilə bağlı idi. Ölkəmiz münaqişələrdən sonra yaranmış yeni reallıqlar fonunda dayanıqlı sülhə nail olmaq üçün siyasi iradə ortaya qoyub. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa hörmət və beynəlxalq öhdəliklərə sadiqlik prinsipinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir. Azərbaycanın regional təşəbbüsləri təkcə Cənubi Qafqazla məhdudlaşmır, eyni zamanda daha geniş coğrafiyada əməkdaşlıq mühitinin formalaşdırılmasına xidmət edir.

Çıxışın mühüm istiqamətlərindən biri də Azərbaycanın iqtisadi inkişaf modelinə dair təqdim edilən geniş baxış idi. Ölkəmiz postmünaqişə dövründə iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunu inkişaf etdirməyə xüsusi önəm verir. Azərbaycanın artıq beynəlxalq enerji bazarındakı etibarlı tərəfdaş mövqeyi ilə yanaşı, yeni enerji mənbələrinin, xüsusilə də bərpaolunan enerji layihələrinin təşviqinə yönələn siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. 

Azərbaycanın enerji təhlükəsizliyi müstəvisində bərpaolunan enerji mənbələri xüsusi rol oynayır. Ölkəmizin yerləşdiyi coğrafi mövqe də buna geniş imkanlar yaradır. 2030-cu il üçün olan enerji prioritetində bərpaolunan enerjinin kəmiyyəti enerji istehsalımızın 40 faizini təşkil etməsi digər ölkələrə nümunədir. Bu istiqamətdə cəlb olunan sərmayənin miqdarı hər il daha da artır. Bu, Azərbaycanda olan əlverişli investisiya mühitinin nəticəsidir. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə aparıcı beynəlxalq reytinq agentlikləri olan "Moody's" və "Fitch" Azərbaycanın reytinqini artırıb. Bütün bunların fonunda yoxsulluğun və işsizliyin müstəqillik illərindəki ən minimum həddə - 5 faizə düşməsi ölkəmizin iqtisadi inkişafının təntənəsi olmaqla əldə olunmuş böyük nailiyyətlərdən biridir. 

Prezidentin çıxışında vurğuladığı mühüm məqamlardan biri də Azərbaycanın təbii qazının beynəlxalq bazarlara çatdırılmasında oynadığı strateji roldur. Hazırda ölkəmiz boru kəmərləri vasitəsilə qaz təmin edən dövlətlər arasında lider mövqedədir və bu ixrac fəaliyyətində 14 ölkə müntəzəm olaraq təchiz edilir. Azərbaycan qazının əhəmiyyətli hissəsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir və eyni zamanda təchizat marşrutlarının şaxələndirilməsinə töhfə verir. Xüsusilə "Cənub qaz dəhlizi" layihəsi ilə İtaliya və digər Avropa ölkələrinə qaz çatdırılması, həmçinin TANAP və TAP boru kəmərləri ilə qazın təhlükəsiz və davamlı şəkildə daşınması ölkəmizin enerji diplomatiyasını gücləndirir. Eyni zamanda Azərbaycan qazının ixracı regional enerji əməkdaşlığının inkişafına töhfə verərək qonşu ölkələrlə strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.

Prezident İlham Əliyevin Xəzər dənizində ətraf mühitin pozulmasına çəkdiyi diqqət də təqdirəlayiqdir. Dünyanın ən böyük gölü olan Xəzərin səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Xəzər dənizinin sahəsinin artıb-azalması dövri olaraq baş versə də, son illərdə suyun səviyyəsinin aşağı düşməsinin səbəbi iqlim dəyişməsi deyil. Xəzər dənizinə tökülən ən böyük çay Volqa çayıdır. Bu çay Avropanın ən bolsulu çayı olmaqla yanaşı, Xəzərə tökülən şirin suyun təxminən 80 faizini özündə cəmləşdirir. Çayın üzərində çox sayda hidroqovşaqlar və su anbarlarının tikilməsi və suvarmada geniş istifadə edilməsi nəticəsində su tam həcmdə Xəzər dənizinə tökülmür. Nəticədə Xəzərin səviyyəsi aşağı düşür. 

Xəzər dənizinin potensialı Avropa və dünya bazarları üçün strateji əhəmiyyət daşıyır və ətraf mühitin bərpa edilməsi sahəsində atılan addımlar gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynaya bilər. "Şərq-Qərb" nəqliyyat dəhlizinin və "Rəqəmsal İpək yolu" kimi qlobal əhəmiyyətli layihələrin burdan gerçəkləşməsi Xəzər dənizində gözlənilən ekoloji faciənin qarşısının alınması istiqamətində dövlət başçısının verdiyi mesajlar dünya ictimayətinə çatdırıldı.

Azərbaycanın iqtisadi prioritetlərdən biri də nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsidir. Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm tranzit ölkə kimi öz rolunu daha da gücləndirmək niyyətindədir. Prezident çıxışında xüsusilə Orta dəhlizin və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı ilə bağlı konkret faktlara istinad etdi. Bu layihələr yalnız Azərbaycan iqtisadiyyatına əlavə gəlirlər gətirmir, həm də qlobal ticarətin dayanıqlılığına və beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verir. Bu kontekstdə Prezidentin çağırışları Azərbaycanın beynəlxalq iqtisadi şəbəkələrdə mühüm tərəfə çevrilməkdə olduğunu təsdiqlədi.

BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin səsləndirdiyi tezislər Azərbaycanı həm siyasi, həm də iqtisadi baxımdan qlobal miqyasda güclənən və yeni əməkdaşlıq formatlarını təşviq edən dövlət kimi təqdim etdi. Dövlət başçısının çıxışı Azərbaycanın beynəlxalq arenada milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, qlobal təhlükəsizlik, enerji sabitliyi və iqtisadi inkişaf proseslərinə də mühüm töhfə verdiyini bir daha nümayiş etdirdi. Bu çıxış həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün aydın mesaj idi: Azərbaycan sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın təminatçısı kimi öz rolunu davam etdirmək əzmindədir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın beynəlxalq arenadakı siyasi mövqeyinin ifadəsi olmaqla yanaşı, iqtisadi vizyonunun da aydın şəkildə təqdimatı idi. Dövlət başçısının səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan yalnız münaqişədən çıxan dövlət kimi deyil, həm də dayanıqlı inkişaf və regional əməkdaşlıq mərkəzi kimi çıxış etmək niyyətindədir. Bu çıxış həm ölkə daxilində iqtisadi inkişafa stimul verən, həm də beynəlxalq tərəfdaşlıqlara yeni nəfəs gətirən siyasi bəyanat kimi dəyərləndirilə bilər.


Mirtəhmasib RƏHİMOV,

Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkə ərazisində yağıntılı hava hökm sürür  

10:20
26 Mart

CNN: İran Xarq adasında müdafiəni gücləndirir

09:33
26 Mart

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

09:21
26 Mart

Türkiyə və İranın XİN başçıları bölgədəki son prosesləri müzakirə ediblər  

23:48
25 Mart

UNESCO-nun hesabatı: Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişlənib  

22:38
25 Mart

Fransız səyyah: Qarabağa və Naxçıvana səfər etmək məni çox sevindirir

21:26
25 Mart

Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib  

21:13
25 Mart

Azərbaycan mədəniyyəti Macarıstanda beynəlxalq auditoriyaya tanıdılıb  

20:59
25 Mart

Hindistanlı səyyah: Azərbaycanda çox yaxşı dostlar qazanmışam 

20:33
25 Mart

Şimali makedoniyalı səyyah: Qarabağa səfər mənim üçün həyəcanlı və yaddaqalan olacaq 

20:21
25 Mart

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!