12 Avqust 2025 08:10
737
SİYASƏT
A- A+
"Biz bu qürurlu tarixin şahidləri olduq"

"Biz bu qürurlu tarixin şahidləri olduq"


Prezident İlham Əliyevin ABŞ-yə səfəri Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin daha da irəlilədilməsi və regiona sülhün və əməkdaşlığın gəlməsi baxımından çox əhəmiyətli oldu. Dövlət başçımızın səfər gündəliyi keçirilmiş görüşlər və imzalanmış sənədlər baxımından çox zəngin idi. 

Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, dövlət başçımızın Donald Trampla keçirdiyi ikitərəfli görüşün tarixi əhəmiyyəti oldu. 1992-ci ildə Azərbaycan işğala məruz qalmasına baxmayaraq, işğalçı kimi qələmə verilərək ABŞ "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş etməklə ölkəmizə qarşı sanksiya tətbiq etmişdi: "İlham Əliyevlə Donald Trampın görüşü zamanı bu düzəlişin tədbiqinin dayandırılması ilə bağlı sənəd imzalandı. Bu həm də Azərbaycanla ABŞ münasibətlərinin gələcək konturlarının müəyyən edilməsi baxımından çox əhəmiyyətli addım idi. Dövlət başçılarının imzaladığı "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" isə ölkələrarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutmaqla, enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə əməkdaşlığın hüquqi bazasının yaradılması üçün yeni sənədlərin hazırlanmasına yol açır. İşçi qrup 6 ayda yeni sənədlərin imzalanması üçün iş aparacaq və hesab edirəm ki, dövlət başçılarının növbəti görüşündə Azərbaycan-ABŞ arasında əməkdaşlığın hüquqi bazası daha da genişləndiriləcək". 

Deputat vurğulayıb ki, Donald Trampın Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi tarixi hadisə oldu. Tramp bu açarı çox nadir hallarda təqdim etdiyini bildirdi. Bu həm də Azərbaycan-ABŞ münasibətlərində açılan yeni bir səhifənin  açarı idi. Prezident İlham Əliyev və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və "ExxonMobil" şirkəti arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsində yeni imkanlar açacaq. "Dövlət başçımızın ABŞ səfəri həm də Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülhə gedən yolun dönməz və qısa olmasını şərtləndirdi. Yekun sülh müqaviləsinin imzalanması üçün əsas maneələrdən biri olan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə birgə müraciət göndərildi. "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanmasından sonra Birgə Bəyanat imzalandı.  Bu bəyanatla regionumuza sülhün gəlməsi təsdiqlənmiş oldu. Vaşinqtonda yüksəksəviyyəli bu görüş olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların aparılmasının müddəti uzana bilərdi", - deyə A.Badamov bildirib. 

Onun sözlərinə görə, görüşün əhəmiyyətli tərəflərindən biri Zəngəzur dəhlizinin "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adı altında açılmasının təsdiq olunmasıdır. Bununla Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunacaq. ABŞ "Tramp marşrutu"na sərmayə qoyulmasına başlayacaq və yaxın dövrdə bu yolun açılışının şahidi olacağıq.  

Deputat qeyd edib ki, ölkə rəhbərlərinin Vaşinqton görüşü ilə uzun sürən münaqişəni sonlandırılmış hesab etmək olar: "Burada ən çox diqqəti cəlb edən məqamlardan biri Prezident İlham Əliyevin 10 noyabr 2020-ci ildə bəyan etdiyi mövqeyinin dəyişilmədən həyata keçirilməsidir. Danışıqlar prosesi 5 ilə yaxın davam etdi. Bu 5 ildə dövlət başçımızın bildirdiyi məsələlərə heç bir dəyişiklik edilmədən hədəfə nail olundu. Döyüş meydanında əldə etdiyimiz qələbəni siyasi meydanda təsdiq etdirdik. Bu, çox böyük nailiyyətdir və dövlətçilik tariximizə qızıl hərflərlə qeyd olunacaq.  Gələcək nəsillərimiz yaşadığımız bu tarixi kitablardan oxuyacaqlar və fərəhlənib fəxr edəcəklər.  Nə yaxşı ki, biz bu qürurlu tarixin şahidləri olduq".

A.Badamov deyib ki, 8 avqust 2025-ci il, həqiqətən, qürurverici bir tarixdir. Görüşün sonunda 35 illik münaqişəyə son qoyulmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Sülh Komitəsinə Trampa Sülh Mükafatının verilməsi üçün birgə müraciət göndərilməsi təklifinin səsləndirilməsi də görüşün yaddaqalan və unudulmaz anı oldu. Zamanında edilən hər bir diplomatik jest dövlətlərarası münasibətlərin gələcəyinə öz təsirini göstərir. 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıya növbəti köç - Təzəbinə və Seyidbəyli kəndlərinə 67 nəfər qayıtdı

15:32
06 Mart

İstanbulda TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək

15:31
06 Mart

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

15:30
06 Mart

Azərbaycan Kubokunun oyunları ilə bağlı cəzalar bəlli olub

15:28
06 Mart

“AzerGold” əməkdaşlarının rəqəmsal risklər barədə məlumatlılığının artırılmasına dəstək göstərib  

15:27
06 Mart

ƏÜO-da məzunlar "Komando andı"nı qəbul ediblər

15:15
06 Mart

İrandan təxliyə davam edir - Daha 24 Çin vətəndaşı Azərbaycana keçib

15:14
06 Mart

Nazir müavini: Avropa İttifaqı ilə əməkdaşlığın daha da gücləndirilməsi üçün böyük potensial var  

15:13
06 Mart

Azərbaycan Kuboku: Mövsümdə ilk, tarixdə 35-ci

15:12
06 Mart

Mixay Popşoi Azərbaycan şirkətlərini Moldovaya investisiya qoymağa çağırıb

15:11
06 Mart

Azərbaycanın Tehrandakı səfirliyinin və Təbrizdəki baş konsulluğunun evakuasiyası barədə göstəriş verilib 

15:10
06 Mart

Mixay Popşoi: Naxçıvan Muxtar Respublikasına dron hücumlarını qəti şəkildə pisləyirik

15:10
06 Mart

Azərbaycanın Baş naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

15:09
06 Mart

Ceyhun Bayramov: İran tərəfi məsələnin araşdırılmasına vəd verib 

15:09
06 Mart

Ceyhun Bayramov: Azərbaycanda moldovalı tələbələrin təhsili əməkdaşlığın vacib istiqamətidir 

15:08
06 Mart

Nazir: İstehsal olunan yaşıl enerjinin Avropaya çatdırılması mühüm əhəmiyyət kəsb edir

15:08
06 Mart

Moldovanın Baş nazirinin müavini Şəhidlər xiyabanını ziyarət edib  

15:07
06 Mart

Xarici işlər naziri: Moldova ilə enerji sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur 

15:06
06 Mart

Ceyhun Bayramov: Azərbaycanla Moldova arasında səmimi münasibətlər mövcuddur

15:06
06 Mart

Moldovanın Baş nazirinin müavini Zəfər parkını ziyarət edib

15:00
06 Mart

Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib  

14:58
06 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!