13 Mart 2025 09:45
2611
Oxucu məktubları
A- A+
Bir problemə iki cavab 

Bir problemə iki cavab 


Redaksiyadan


İkisindən də məsələnin həlli perspektivi görünmür


Bəri başdan qeyd edək ki, problem dediyimiz məsələ ölkə ərazisində, xüsusən kənd yerlərində bankomatların sayının azlığı, çox hallarda, ümumiyyətlə, yoxluğudur.

Bu isə təbii ki, ilk növbədə, pensiyaçıların təqaüdlərini almalarında əməlli-başlı çətinlik yaradır. Təsəvvür edin, yaşlı, yarısağlam, yarıxəstə təqaüdçü pensiyasını almaq üçün ya rayon mərkəzinə, ya da yaxşı halda qonşu kəndə getməli olur. (Kənd yerlərində isə, adətən, kartla ödəmə imkanı olmur). Bunun nəqliyyat, əlavə xərc olduğunu bir kənara qoyaq. Bəs bu əziyyətin mənəvi-psixoloji və nəhayət, indi xidmət təşkilatlarının dilindən düşməyən "müştəri məmnunluğu" tərəflərinə nə deyək?

Təəssüf ki, cavab məktublarından da göründüyü kimi, pensiyaların ödənişi ilə məşğul olan banklar bu barədə heç fikirləşmək də istəmirlər. Onları düşündürən təkcə korporativ maraqlardır. Əks halda, ən həssas təbəqə olan pensiyaçıların probleminə belə soyuqqanlı ("...müştərilərin sayı az olduğundan və mövcud  ATM sayını bu əraziyə uyğun olması səbəbindən", yaxud "...texniki və təhlükəsizlik baxımından uyğun obyekt olmadığına görə" bankomat quraşdırılması məqsədəuyğun hesab edilməmişdir) münasibət göstərməzdilər. Bu cür münasibət isə o deməkdir ki,  problemin yaxın vaxtlarda həlli perspektivi yoxdur. Yəni təqaüdçülər əllərində pensiya kartı rayon mərkəzinə, yaxud qonşu kəndə getmək üçün hələ uzun müddət, daha doğrusu, bankların cavan məmurları insafa gələnəcən yol maşını  axtarmalı olacaqlar...


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!