12 Mart 2026 15:14
141
CƏMİYYƏT
A- A+
Otuz dörd illik sədaqətli xidmət nümunəsi

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

Martın 12-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları yaranmasının 34-cü ildönümünü qeyd edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu münasibətlə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və hərbi qulluqçular Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, eləcə də bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənimizin yeni tarixi ilə sıx bağlı olduğunu, xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini vurğulayıb.

Nazir dövlətimizin başçısının ali diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki, hərbi tədris bazasının və institutunun, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün tədbirlər həyata keçirildiyini bildirib. O, DİN-in Daxili Qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini məmnunluqla qeyd edib.

Bildirilib ki, ölkədə ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, cinayətkarlığa qarşı mübarizədə, eləcə də keçirilən mötəbər beynəlxalq tədbirlər zamanı qoşunların şəxsi heyəti üzərinə düşən xidməti vəzifələri layiqincə yerinə yetirib.

Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin Prezident İlham Əliyevin qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.

Sonra daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov və komandanın birinci müavini - Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış ediblər.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi barədə daxili işlər nazirinin və nazir müavini - daxili qoşunların komandanının imzaladıqları əmrlər elan olunaraq mükafatlar sahiblərinə təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı ilə Brüssel arasındakı münasibətlərdə yeni mərhələ

16:23
12 Mart

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib  

16:20
12 Mart

XIII Qlobal Bakı Forumunun ilk panel iclası qlobal təhlükəsizlik və güclər balansı mövzusuna həsr edilib YENİLƏNİB

16:19
12 Mart

Rusiyanın İrana humanitar yardım aparan təyyarəsi Lənkəran hava limanına enib 

16:16
12 Mart

İran Bəhreyndə yanacaq anbarlarını vurub

15:43
12 Mart

Şəhid övladları Qəbələdə - xizək təlimləri və Yel çərşənbəsi sevinci 

15:42
12 Mart

Türk nazir: Artıq etibarlı və yaşıl enerji sistemlərinin qurulması seçim deyil, zərurətdir  

15:31
12 Mart

Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır  

15:31
12 Mart

Türkiyə MN: “İncirlik” hərbi hava bazası ölkəmizə məxsusdur  

15:28
12 Mart

Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol

15:27
12 Mart

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 147-ci kitabı çapdan çıxıb  

15:25
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB-2 

15:24
12 Mart

Leyla Qasımova: Novruz xalqımızın ən sevilən bayramları sırasında öndə gəlir

15:22
12 Mart

Otuz dörd illik sədaqətli xidmət nümunəsi

15:14
12 Mart

Norveçin sabiq Baş naziri: Yeni dayanıqlı beynəlxalq nizam üçün BMT-də islahat vacibdir

15:10
12 Mart

AQTA sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyib

15:06
12 Mart

Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqı üçün mühüm tərəfdaşdır  

15:00
12 Mart

UNICEF: Fevralın 28-dən bəri Yaxın Şərqdə 1100-dən çox uşaq həlak olub və ya yaralanıb  

14:51
12 Mart

Agentlik: 2018-ci ildən indiyədək ölkəyə repatriasiya olunan uşaqlardan 5-i dövlət himayəsinə alınıb

14:43
12 Mart

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

14:36
12 Mart

Sebastian Kurs: Mövcud beynəlxalq nizamı yenidən nəzərdən keçirməliyik  

14:29
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!