12 Oktyabr 2024 08:40
5584
Oxucu məktubları
A- A+
Zibil konteynerləri vaxtında boşaldılmır

Zibil konteynerləri vaxtında boşaldılmır


Sakini olduğum Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsinin problemləri o qədərdir ki, sadalamaqla bitməz. Nəqliyyat problemi, tıxac, binaların bir-birinə çox yaxın məsafədə inşası, yaşıllığın, sakinlərin istirahət yerlərinin az olması, ticarət obyektlərinin küçələri zəbt etməsi və s.

Müraciətimin məqsədi isə məhəlləmizi basan zibilliklərdir. Bizim ərazidə əsas küçə hər gün süpürülüb təmizlənsə də, ara məhəllələrin təmizliyinə nəzarət edən yoxdur.  Binaların ətrafı, məhəlləarası yollara toplanan zibillər vaxtlı-vaxtında daşınmır. Odur ki, konteynerlər dolub daşdığından külək olan kimi zibillər ətrafa səpələnir, üfunət iyi bütün massivi bürüyür. Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri isə bu mənzərəni görməzdən gəlir, sanki heç nə baş vermir. Mən hələ meyvə-tərəvəz satılan səyyar dükanların ətrafındakı acınacaqlı vəziyyəti demirəm, onlar bir başqa dərddir. 

 Hörmətli redaksiya! Yaranmış vəziyyətin aradan qaldırılmasında bizim səsimizi əlaqədar qurumlara çatdırmağınızı xahiş edirik. Ən azından nəzərə alsınlar ki, bir neçə həftədən sonra bütün dünyanın ekoloqları Bakıya gələcəklər. Kim zəmanət verə bilər ki, onların yolu bizim Yeni Yasamal massivindən düşməyəcək?!


Nərminə QULİYEVA,

Yasamal rayonunun Ə.Əhmədov küçəsinin sakini

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!