03 Oktyabr 2024 09:25
6341
Oxucu məktubları
A- A+
Biz ona görə xoşbəxtik ki...

Biz ona görə xoşbəxtik ki...


Uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşam. Bu yaxınlarda təqaüdə çıxmışam. Hər zaman olduğu kimi, yenə də rayonumuzun ictimai həyatında fəal iştirak etməyə çalışıram. 

Qarabağ savaşının zəfərlə başa çatması, 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan cənnət Qarabağımızın azad edilməsi, müharibənin vurduğu yaraların sağaldılması üçün dövlət səviyyəsində həyata keçirilən möhtəşəm tədbirlər adama sonsuz qürur, yaşamaq həvəsi verir.

Ağdama, Xankəndiyə, Şuşaya, Laçına dəfələrlə səfər etmişəm. Gördüklərim gerçək bir möcüzədir. Hər tərəfdə tikinti-quruculuq işləri gedir. Yeni inşa edilən körpülər, tunellər, fabriklər, zavodlar, kəndlər, şəhərlər vətən sevgisinin ifadəsi kimi məmnunluq doğurur. Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri Zəfər salnaməsinin yeni və parlaq səhifələri kimi tarixə həkk olur. Dünən erməni işğalından azad edilən ərazilərimizdə dövlət bayrağını qürurla ucaldan Müzəffər Ali Baş Komandan bu gün müharibənin vurduğu yaralara məlhəm qoyur, yeni yaşayış məntəqələrinin təməlqoyma mərasimlərində iştirak edir, fabrik və zavodların açılış lentlərini kəsir. Allahıma şükürlər edirəm ki, bu günləri görməyi mənə də nəsib etdi. 

Tikilən, qurulan, abadlaşan təkcə işğaldan azad edilmiş ərazilər deyil. Bu gün doğma Ağcabədinin də gözəlliyi göz qamaşdırır. Hər yanda səliqə-sahman diqqət çəkir. Rayon mərkəzi də, kəndlər də qayğı ilə əhatə olunub. Rayon icra hakimiyyətinin başçısı Rabil Hüseynov kəndləri qarış-qarış gəzir, ənənəyə çevrilmiş səyyar qəbullarda rayon sakinləri ilə səmimi görüşlər keçirir, hər kəsi diqqətlə dinləyib problemlərini öyrənir. Belə görüşlərin birində mən bizim Avşar kəndinin yolunun bərbad olmasını diqqətə çatdırdım. Aradan bir neçə ay keçdi. Yolun əsaslı təmiri gerçəkləşdi. Rabil müəllim mənə zəng vurub təbrik etdi, xeyir-dua verdi.

Biz xoşbəxtik. Ona görə xoşbəxtik ki, dövlətin xalq üçün çalışdığı bir ölkədə yaşayırıq. Əgər dövlətin başçısı xalqın birnömrəli xidmətçisi olduğunu uca səslə, həm də qürurla bəyan edirsə, bu ölkədə hər zaman ədalət, əmin-amanlıq, firavanlıq hökm sürəcək.


Ədalət HÜSEYNOV, 

Ağcabədi rayonunun Avşar kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!