19 Aprel 2020 01:30
1014
CƏMİYYƏT
A- A+
Bir də uşaqlar var...

Bir də uşaqlar var...


Dünyanı yasa bürüyən bu bəlanı onlara necə izah edək?


Bəli, bir də uşaqlar var...

Gözlərində min-bir cavabsız sual, saysız niyələrin əsiri...

Səsləri küçələrsiz, gülüşləri bağçalarsız, sevincləri dostlarıyla paylaşımsız...

Dünyaları qorxulu, yaşamları oyunsuz, nağılları almasız...

Milyonlarla qüssəli, pərişan uşaq.


İstəklərinin qarşısına koronavirus adlı bir bəla sədd çəkib


İndi uşaqların dünyasına kabus çöküb. Küçələrdə, parklarda, bağlarda azadə dolaşmaq, həmyaşıdlarıyla qaçmaq, oynamaq istəyirlər, fəqət...

Bağçaya, məktəbə, sevimli müəllimlərinin görüşünə tələsirlər, lakin...

Onların bu istəklərinin qarşısına koronavirus adlı bir bəla sədd çəkib...

Qəlblərinə qəm-kədər hökm etmək istəyir...

Bilir ki, dünyanın var olması məhz uşaqların sevinci üzərində bərqərar olub.


Həqiqətləri başa düşəcəkləri sadə dildə izah etmək lazımdır


Bəs uşaqları koronavirusun çəngindən necə alaq, sevinc dünyalarına qara bulud kimi çökən bu bəladan necə qoruyaq? Onlara necə dəstək olaq?

Psixoterapevt Orxan Fərəcli deyir ki, uşaqlar bu karantin dövrünün ən həssas təbəqəsidir. Onlara həqiqi məlumatları başa düşəcəkləri sadə dildə izah etmək lazımdır: "Qətiyyən yalan informasiya verməyin. Məktəbə getməməklə evdə qalaraq əslində, bir qəhrəmanlıq etdiklərini, nənə-babalarını qoruduqlarını izah edin. Əmin olun ki, bu, onlara hədsiz maraqlı gələcək. Çoxdandır görmədiyi bağça və sinif yoldaşları ilə görüntülü danışmaqlarına şərait yaradın. Uzun müddət televizor qarşısında vaxt keçirməmələrinə nəzarət edin”.


Böyüklərdən fərqli olaraq...


Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov bildirir ki, hazırkı dövrdə koronavirus pandemiyası ilə bağlı insanların karantin rejimində yaşaması onlarda bir çox mənfi emosional psixoloji hal və vəziyyətlərə gətirib çıxarır.

Bu, xüsusilə psixoloji müdafiə mexanizmi hələ tam formalaşmamış uşaq və yeniyetmələr arasında özünü daha qabarıq göstərir: "Böyüklərdən fərqli olaraq onlar daha çox çətin vəziyyətlərdə qalırlar. Uşaqlara, xüsusən məktəbəqədər və kiçik məktəb yaşında olan uşaqlara xəstəliklə bağlı informasiya vermək lazımdır. Onların maarifləndirilməsi üçün gərək fantaziyamızı işə salaq”.

A. Kərimov söyləyir ki, ilk növbədə məktəbəqədər və kiçik məktəb yaşında olan uşaqlara insan orqanizmi ilə bağlı bilikləri vermək lazımdır. Uşaqlar üçün onların yaş xüsusiyyətləri ilə bağlı kitabçalar var. Kiçikyaşlı uşaqlarda ətrafı tanımağa maraq və fəaliyyət özünü göstərdiyi andan valideynlər bu barədə məlumatı əldə etməkdə onlara yardım etməlidirlər. Xarici və daxili orqanların tanınması ilə bağlı informasiya şəkilləri, cizgi filmləri, öyrədici çarxları tapmaq elə də çətin deyil (O cümlədən karantində olan zaman internet vasitəsilə.).


Kiçikyaşlı uşaqlara ölüm haqqında danışmaq tezdir


Psixoloq uşaqlara sağlam və xəstə orqanizm-bədənlə əlaqədar məlumatlar da verilməli olduğunu qeyd edir və bunu onlara necə izah etməyin yollarını da göstərir. Bu zaman xəstəlik törədicisi olan mikroblar, viruslarla bağlı informasiya nağıllaşdırılmış formada (mənfi obrazlar, gözəgörünməz düşmən ordusu və ya cadugər, div) verilə bilər. Mikrob və virusların hansı formada insana keçməsi ilə bağlı nağıllar danışmaq olar. Onların qarşısını almaq üçün müsbət obrazlar rolunda vitaminlər, dərmanlar, su damcıları, həkimlər ordusu, maska və s. çıxış etməlidir. Sonda mütləq şəkildə nağılda müsbət qəhrəmanlar qalib gəlir. Gözəgörünməz düşmən ordusu isə məğlub olur. Kiçikyaşlı uşaqlara ölüm haqqında danışmaq tezdir. Buna görə də onlara yalnız bəzi əlamətlər haqqında danışmaq lazımdır. Öskürək, qızdırma, boğaz ağrısı və s.


Bina evində yaşayan uşaqlar isə...


Karantin dövründə əsas problem uşaqların heç bir yerə çıxmaması və ev şəraitində monoton həyat tərzinin necə aradan qaldırılmasıdır. Mütəxəssis deyir ki, onlarla oynamaq, birgə şəkillər çəkmək, cizgi filminə baxmaq, kiçik teatr düzəltmək çox önəmlidir. Həyət evində yaşayanlar təmiz havaya çıxa, yəni təcrid edilmiş həyətdə gəzə və oynaya bilərlər. Lakin bina evində bu imkan olmadığı üçün gün ərzində heç olmasa bir dəfə eyvana çıxmaq və hava almaq, gün işığına baxmaq lazımdır. Onlayn dərslərdə iştirak etmək, müəllimi və digər həmyaşıdları ilə internet vasitəsi ilə ünsiyyət yaratmaq lazımdır.


Yeniyetmələrin həmyaşıdları ilə ünsiyyət qurmalarına imkan yaratmaq lazımdır


Bu dövr xüsusilə yeniyetmələr üçün çətindir. Məktəblərin bağlanması, tədbirlərin ləğv olunması, dostlarla ünsiyyətin kəsilməsi onlarda bir çox psixoloji problemlərə gətirib çıxarır. Yeniyetmələr koronavirusun dünyanı bürüməsi ilə bağlı tətbiq olunan karantin rejimlərinə görə üzləşdikləri həyati dəyişikliklər baxımından özlərini narahat, təcrid olunmuş və məyus hiss edirlər.

A.Kərimov yuxarıda sadalanan neqativ halların olmaması üçün yeniyetmələrə də tövsiyələrini bildirir: "Yeniyetmələrin xüsusilə hazırkı dövrdə həmyaşıdları ilə ünsiyyət qurmalarına imkan yaratmaq lazımdır. Adi günlərdən fərqli olaraq mobil telefonla, sosial şəbəkələrlə əlaqələrinə bir qədər daha çox müddət ayırmaq gərəkdir. Eyni zamanda onlar öz yaradıcılıqlarını, əl işlərini hazırlayıb sosial şəbəkələrdə paylaşa, qruplar yaradıb ünsiyyət qura, bir-birilərinə dəstək ola bilərlər. Valideynlərin onlarla daha çox söhbət etmək, nələrisə müzakirə etmək imkanı yaranıb, bundan istifadə etmək lazımdır”.


Övladınızın özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın


Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin "Uşaqlara koronavirusu necə anladaq” adlı məlumatlandırıcı yazısında isə qeyd olunur ki, uşaqlara ehtiyac duyulandan artıq informasiya verməyin, sadəcə onun suallarını cavablandırın və özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın.

Övladınız cavabını bilmədiyiniz sual verirsə, yaşına uyğun olaraq onu birlikdə axtarmağı təklif edin. Etibarlı informasiya mənbələrindən (https://cabmin.gov.az/az/category/10/, https://www.who.int/ vəs.) məlumatları oxumağın yolunu göstərin və onları birlikdə oxuyun. Onlarla danışarkən səsinizi sakit və pozitiv tonda saxlamağa çalışın. Söhbətinizlə onlara rahatlıq və əminlik verməlisiniz ki, narahat olmasınlar.

Uşaqlara həkimlərin və xəstəxanaların insanları sağaltdığına, alimlərin vaksin hazırlamaq üçün təhqiqatlar apardığına, tezliklə vaksinin tapılacağına inandırın. Bu söhbətlər onlarda həyatda çətin, stressli zamanların bir müddət sonra keçəcəyinə və normal həyatın qayıdacağına inam yaradır, həyata qarşı davamiyyəti formalaşdırır.

Çalışın bu karantin dövründən ən faydalı şəkildə istifadə edəsiniz - övladlarınızla gözəl vaxt keçirin, maraqlı söhbətlər, pozitiv əyləncələr təşkil edin və mümkün qədər evdə qalın.

Uşaq psixologiyası incə bir tel üzərində qurulub. Hansısa yanlış informasiya, diqqətsiz davranış, naşı toxunuş tar-mar olmasına, düzəldilməsi çətin problemlərə səbəb olar. Buna görə də bütün dünyanın yaşadığı bu qorxulu və həssas dövrdə xüsusilə uşaqlara diqqət göstərmək, bacardığımız qədər onları bu təhlükədən uzaq tutmaq ən ümdə vəzifəmiz olmalıdır.

Çünki elə gələcək də uşaqlarla gələcək...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!