01 İyun 2025 10:30
25071
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Kirayəçi 4 aydır mənzil haqqını ödəmir və evi boşaltmaqdan imtina edir. Bu halda ev sahibi olaraq hansı hüquqi addımları atmalıyam?


Aliyə HƏSƏNOVA,

Sumqayıt şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, əgər siz evinizi kirayə vermisinizsə, bu halda Vergi Məcəlləsinə əsasən, artıq vergi ödəyicisi hesab olunursunuz və müvafiq qaydada vergi orqanında qeydiyyatdan keçməli, həmçinin vergi öhdəliklərinizi yerinə yetirməlisiniz. Sualınızdan evin yazılı müqavilə ilə, yoxsa şifahi razılaşma əsasında kirayəyə verildiyi dəqiq məlum olmasa da, cavabda yazılı müqavilənin mövcudluğu ehtimalı əsas götürülür.

Mülki Məcəllənin 33-cü - "Əmlak kirayəsi" fəslinin tələblərinə əsasən, yaşayış otağının kirayəsinə dair bağlanmış müqavilələrdə kirayəyə verənin müqaviləni ləğv etmək hüququ qanunla qorunur. Yəni bu hüququ istisna edən və ya məhdudlaşdıran hər hansı bir razılaşmanın hüquqi qüvvəsi yoxdur.

Kirayə verənin müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ bəzi hallarda əsaslı sayılır. Məsələn, əgər kirayəçi öz öhdəliklərini pozarsa, ya da kirayə verənin və ya ailə üzvlərinin həmin mənzilə ehtiyacı yaranarsa. Həmçinin kirayəçi ardıcıl 2 ay kirayə haqqını və ya onun əsas hissəsini ödəmirsə, yaxud 2 aydan çox müddət üçün ümumilikdə 2 aylıq kirayə haqqına bərabər məbləğdə borcu yaranarsa, kirayə verən xəbərdarlıq müddəti gözləmədən müqaviləni ləğv edə bilər. Ümumilikdə isə tərəflərdən biri müqavilə öhdəliklərini ciddi şəkildə pozursa, qarşı tərəf dərhal müqavilənin ləğvini tələb edə bilər.

Sizin vəziyyətinizdə kirayəçi artıq 4 aydır ki, ödəniş etmir. Bu isə sizə əsas verir ki, məhkəmə yolu ilə kirayə müqaviləsinin ləğvini və həmin şəxsin mənzildən çıxarılmasını tələb edəsiniz. Bunun üçün ilk növbədə kirayəçiyə yazılı xəbərdarlıq göndərməlisiniz. Bu sənəddə ümumi borcun məbləğini, borcun nə vaxtdan yarandığını, müqavilənin hansı əsaslarla pozulduğunu və müəyyən bir müddət ərzində (məsələn, 10 gün) borc ödənilməzsə və ya mənzil boşaldılmazsa, məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilməlidir. Xəbərdarlığın poçt vasitəsilə, çatdırılma bildirişi ilə göndərilməsi tövsiyə olunur. Əgər bu tədbirlər nəticəsiz qalarsa, siz artıq məhkəməyə iddia ərizəsi təqdim edə bilərsiniz. İddia ərizəsinə müqavilənin surəti, borcun hesablanması (müqaviləyə əsaslanaraq), xəbərdarlıq məktubunun surəti və onun çatdırıldığına dair sübut, həmçinin mənzilə dair mülkiyyət sənədləri (çıxarış və s.) əlavə olunmalıdır. Əgər məhkəmə qərarı sizin xeyrinizə çıxarsa, bu qərara əsasən icra sənədi hazırlanacaq və aidiyyəti üzrə icra şöbəsi mənzilin boşaldılması və borcun ödənilməsi üçün tədbir görəcəkdir.


- Yaşadığım ərazidə bəzi sakinlər bloka, küçəyə zibil atırlar və bu, həm ekoloji, həm də estetik baxımdan ciddi narahatlıq yaradır. Bilmək istəyirəm, fiziki şəxslərin küçəyə zibil atması qanunvericilik baxımından necə qiymətləndirilir? Bu əmələ görə hansı hüquqi məsuliyyət nəzərdə tutulur və problemin aradan qaldırılması üçün hansı qurumlara müraciət etmək olar?


Sərvinaz HƏŞİMOVA,

Rəsulzadə qəsəbəsi


- Sualınıza cavab olaraq bildiririk ki, qaldırığınız məsələ İnzibati Xətalar Məcəlləsi, "Məişət tullantıları haqqında" və "Bələdiyyələrin statusu haqqında" qanunlarla tənzimlənir.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilir. Bu zaman cəriməni tətbiq etmək hüququ polis orqanı və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli əməkdaşına məxsusdur.

O cümlədən, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 1000 manat məbləğində, vəzifəli şəxslər 1500-2000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər 5000-7000 manatadək məbləğdə cərimə edilir. Qeyd olunan əmələ görə isə inzibati tənbeh tətbiq etmək hüququ polis və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli əməkdaşının tərtib etdiyi protokol əsasında məhkəmələrə aiddir.

Bundan başqa, "Məişət tullantıları haqqında" Qanunun 17-ci maddəsinə görə, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarət həm də vətəndaşlar (əhali) tərəfindən həyata keçirilməkdədir. Həmçinin "Bələdiyyələrin statusu haqqında" Qanunun 6-cı maddəsinə əsasən, bələdiyyələr məişət tullantılarının yığılması funksiyasını həyata keçirməkdədir.

Beləliklə, rastlaşdığınız problemin həlli ilə əlaqədar siz bələdiyyə, polis orqanı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt"inə müraciət edə bilərsiniz. Həmin qurumlar öz səlahiyyətləri çərçivəsində problemin həlli istiqamətində müvafiq tədbirlər görəcəklər.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşada “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub

16:34
11 İyul

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanışlıq

15:42
11 İyul

Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib

15:34
11 İyul

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı olub

15:12
11 İyul

Nazir: “Yüksəliş” müsabiqəsi çərçivəsində Mentorluq Proqramı qarşılıqlı inkişaf platformasıdır

15:07
11 İyul

ÜST Sudanda vəba epidemiyasının genişlənə biləcəyi barədə xəbərdarlıq edib

14:59
11 İyul

Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb - YENİLƏNƏCƏK

14:27
11 İyul

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub

14:22
11 İyul

BTQ ilə Burkina-Faso XİN-in Beynəlxalq Araşdırmalar İnstitutu arasında anlaşma memorandumu imzalanıb

12:37
11 İyul

Sabaha olan hava proqnozu açıqlanıb

12:17
11 İyul

Monteneqrodan daxil olmuş hüquqi yardım sorğusu Azərbaycanın Baş Prokurorluğu tərəfindən icra edilib

11:30
11 İyul

Monqolustanın Prezidenti Zati-aliləri cənab Uxnaaqiyn Xurelsuxa

11:14
11 İyul

Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub

11:03
11 İyul

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoyub

10:52
11 İyul

Paşinyanın “demokratik” diktaturası

10:45
11 İyul

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:27
11 İyul

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

10:20
11 İyul

Bilmək istəyirəm

09:52
11 İyul

İnsan kapitalı gələcəyin ən böyük sərvətidir

09:45
11 İyul

Zaqatala qalası

09:38
11 İyul

"Fətəli xan" filmi və onun taleyi

09:31
11 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!