24 Noyabr 2017 12:11
2747
Mədəniyyət
A- A+
Bibiheybət Müqəddəs məkan

Bibiheybət Müqəddəs məkan

 

İnsanın ən böyük gücü inamındadır. Ondan qüvvət alaraq arzular, xəyallar qurur, zəhmətə qatlaşır, qarşısına çıxan maneələri dəf edir, çətinliklərin öhdəsindən gəlir. Ən böyük inam isə uca Yaradanadır. Müqəddəs yerlər, ziyarətgahlar isə məhz bu böyük həqiqəti insanlara bir daha xatırladır.

Ziyarətgahların hərəsi həm də bir tarixdir. Ayrı-ayrı mənbələrdə, tarixçilərin, dinşünas alimlərin yazdıqları əsərlərdə olan məlumatlar bunu təsdiq edir. Bir də zaman-zaman yaranan, dildən-dilə keçən, yaddaşdan-yaddaşa köçən müxtəlif fərziyyələr, rəvayətlər mövcuddur ki, onlar da həmin yerlərə və orada əbədi məskən tapmış müqəddəs insanlara xalqın sevgisindən qaynaqlanır. Belə məkanlardan biri də əsrlərdir ziyarətçiləri əskilməyən Bibiheybət məscididir.

 

Bibiheybətin tarixi...

 

Bakı yaxınlığında, Xəzərin sahilində yerləşən məscid yeddinci imam Musa Kazimin qızı və səkkizinci imam Rzanın bacısı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım IX əsrin əvvəllərində yaşayıb. Tanınmış islam alimi Əllamə Məhəmməd Baqir Məclisi də “Biharul-ənvar” (“Nurlar dəryaları”) adlı kitabında Həkimə xanımın İmam Musa Kazimin qızı olduğunu və Bakı şəhəri ətrafında dəfn edildiyini bildirib.
“Dinlər, təriqətlər” kitabında mərhum akademik Ziya Bünyadov Bibiheybət piri haqqında verdiyi məlumatda da qeyd edib ki, Bakının cənub-qərbində yerləşən Şıxlar (Şeyxlər) adlanan kənddəki məscidin içində vaxtilə şiələrin yeddinci imamı Musa əl-Kaziminin qızı səkkizinci imam Əli ibn Musa ər-Rizanın bacısı Həkimə (Hükeymə) xanımın məqbərəsi var idi: “Məscidin binası üzərindəki kitabələr və əlavə məlumatlar təsdiq edir ki, bina hələ 13-cü əsrin ikinci yarısında mövcud idi. Rəvayətlərə görə, Həkimə xanım xəstələnib, öz yaxın adamları və nökərləri ilə 9-cu əsrdə həmin kəndin içində axan nazil suyuna möhtac olduğu üçün buraya gəlmişdi. Lakin xəstəlik qəfil gəldiyinə görə Həkimə xanım vəfat edib və elə burada da dəfn olunub. Onunla gələnlər isə bu yeri tərk etməyib, burada kənd salıblar. Müqəddəs məqbərənin xeyrinə vəqflər (gəliri dini idarənin xeyrinə verilən torpaq mülkiyyət forması) yaradıblar. Vəqfə mütəzəlli şeyx təyin olunur. Həmin Bibiheybət məqbərəsinin vəqfinə qədimdə “Əmlak və sərvətilə” Zığ kəndi, üç neft quyusu, bəzi torpaqlar, o cümlədən Badamdar adlanan yer, qoyun sürüləri və s. daxil idi. Bu vəqflərə nəzarət edən mütəvvəllilər var idi”.
Həkimə xanımın Bakıya gəlməsi və Bibiheybət piri haqqında xalq arasında yayılmış məlumatlar isə başqa mətləblərdən xəbər verir. Onlar nə qədər müxtəlif olsa da, mahiyyət eynidir: imam qızının bu şəhərə gəlib çıxmasının səbəbi təqib olunması ilə əlaqələndirilir. Qeyd edək ki, onun adı bəzi mənbələrdə Fatimeyi-Suğra kimi qeyd edilib. İmam Rzanın Fatimə adlı bir neçə bacısı olub. Onlardan biri Qumda, o biri Rəştdə, digəri isə İsfahanda dəfn edilib. Bakıda dəfn olunan imam övladını fərqləndirmək üçün ona Fatimeyi-Suğra (kiçik Fatimə) deyiblər.
Həkimə xanımın atası İmam Musa Kazim ən çox övlad sahibi kimi xatırlanır. Onun uşaqlarının sayı müxtəlif mənbələrdə fərqli göstərilir. Zəmanəsinin imamı kimi böyük hörmət sahibi olsa da, İmam Musa Kazim çox kasıb yaşayıb. Dünya malında gözləri olmayan, var-dövləti mənəvi zənginlikdə, Haqqa tapınmaqda görən imam və övladları üçün yoxsulluq dərd deyildi. Peyğəmbər nəslinin nümayəndələri ən böyük xəzinəni - sadə insanların sevgisini qazanmışdılar. Bundan əndişəyə düşən xəlifələr onlara rahatlıq vermirdilər. Hətta İmam Musa Kazimin qızlarına gələn elçilər belə xəlifənin qoyduğu casuslar tərəfindən təqib edilirdilər.
Yeddinci imamın övladlarının çoxunun İran və ona bağlı ərazilərdə vəfat etməsinin səbəbi oğlu İmam Rzanın Mədinədən Tusa gətirilməsidir. Bundan sonra İmam Musa Kazimin digər övladları da qardaşlarını görmək üçün İrana gediblər.
İmam Rza indiki Məşhəd şəhərində şəhid olduqdan sonra yaxın qohumları xəlifənin göstərişi ilə təqib ediliblər. Onların əksəriyyəti təzyiqlərdən qurtulmaq üçün yaşadıqları məkanı tərk etmək məcburiyyətində qalıblar. O zaman Həzrəti Həkimə də qardaşının üç uşağı ilə birlikdə Azərbaycana pənah gətirib. Rəvayətə görə, Həzrəti Həkimə ilə qardaşı uşaqları təqiblərdən qorunmaq məqsədilə Xəzər dənizinin cənub sahilindəki Ənzəli limanından Baba Səccad adlı bir nəfərin bələdçiliyi ilə dəniz yolu ilə Bakıya gəliblər. Baba Səccad onları etibar etdiyi Hacı Bədirə tapşırıb. İçərişəhərdə yaşayan, zəngin bir tacir olan Hacı Bədir imam övladlarını böyük sevinc və qürurla qarşılayıb. İmam qızının gəlişi barədə xəbərin yayılması Hacı Bədiri narahat edib və onları təhlükəyə salmamaq üçün Bakı şəhərindən kənara köçməyi qərara alıb.
İmam qızının tanınmaması üçün Hacı Bədir özünə gizli ad da götürüb. Adının birinci hərflərini birləşdirərək Heybət (Hacı sözünün birinci hərfi ərəb əlifbasında həy, bəbir sözünün birinci hərfi isə bə-dir) adını qəbul edib. Bundan sonra onu Heybət, Həkimə xanımı isə Heybətin bibisi kimi tanıyıblar.
Həkimə xanım dünyasını dəyişəndən sonra Hacı Bədir onu həmin dövrdə yaşayış məskəni olmayan indiki Bibiheybət ərazisində dəfn edib. Sonralar qardaşı uşaqları da bibiləri ilə məzar qonşuları olublar. Heybət isə öz arzusu ilə xanımın ayaq tərəfində dəfn edilib.
İmamzadələrin adı nə qədər gizli saxlanılsa da, bu sirr Bakı əhalisinə və Şirvan şahına aşkar olub. Məscidin tikilməsindən əvvəl də Həkimə xanım Məhəmməd peyğəmbərin nəslindən olduğu üçün məzarı müqəddəs sayılıb. Bura gələn ziyarətçilərin ardı-arası kəsilməyib. Bibiheybət məscidi ziyarətgah məqsədi ilə Şirvanşahlar dövründə inşa edilib. Məscidin portalındakı kitabədə onun 1281-82-ci illərdə II Fərruxzadın əmrilə memar Mahmud ibn Səd tərəfindən tikildiyi yazılıb. Mənbələrdə Səfəvi şahlarından Şah Təhmasib və Şah Abbasın hakimiyyəti illərində burada geniş tikinti və abadlıq işlərinın aparıldığı barədə məlumatlar var. Zaman keçdikcə ziyarətgahın ətrafında yeni tikililər və şeyxlərin türbələri inşa edilib.

 

Xurşudbanu Natəvana övlad bəxş edən pir

 

Xalq arasında bu ziyarətgaha hər zaman çox güclü inam olub. Rəvayətə görə, XIX əsrin görkəmli şəxsiyyətlərindən biri, məşhur şairə Xurşudbanu Natəvan ailə qurduqdan sonra xeyli müddət övladı olmayıb. O, Bibiheybət pirinə nəzir deyib, əhd edib ki, uşağı olsa, pirə yol çəkdirəcək. Xan qızının nəziri qəbul olub. Övlad sahibi olan şairə əhdinə sadiq qalaraq pirə yol çəkdirib. Sonra uşağını qucağına alıb həmin yolla pirə gəlib.
Quba xanı Fətəli xanın da qəbri Bibiheybət məscidinin həyətində olub. Yaxınları xanın vəsiyyətinə əməl edərək onu burada dəfn ediblər. 1936-cı ilin sentyabrında pir dağıdılarkən xanın çox qiymətli mərmərdən düzəldilmiş başdaşı sındırılıb, qəbri yerlə-yeksan edilib. Başdaşı bir ağsaqqal tərəfindən aparılıb gizlədilib. Sonralar arxeoloq və etnoqraf alim İshaq Cəfərzadə başdaşını tapıb, bu dəyərli eksponatı Azərbaycan Tarixi Muzeyinə təqdim edib.

 

Bibiheybət sovet hakimiyyəti illərində

 

Bolşeviklər 1920-ci ildə hakimiyyəti ələ aldıqdan sonra dindarlara qarşı mübarizəyə başladılar. Yeni hökumət yalnız dindarlara deyil, məscidlərə, ziyarətgahlara da düşmən kəsildilər.
1935-ci ilin sentyabrında Azərbaycan Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti “zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq” qətnamə qəbul edib məscidlərdəki dini mərasimlərə qadağa qoydu. 1936-cı ildə Bibiheybət məscidi də dağıdıldı. Kompleksin bir çox tikililəri birinci partlayışdan, minarə isə yalnız üçüncü partlayışdan sonra dağıldı.
Elə həmin il Moskvada tarixi əhəmiyyətli memarlıq abidələrinin saxlanması barədə qərar verildi. Məscidin dağıdılmasına görə, bu işə rəhbərlik edən Salamov 20 il müddətinə Sibirə sürgün edildi. Bundan sonra ziyarətgahın yerində şose çəkildi.

 

Bibiheybət bu gün

 

Azərbaycan yenidən müstəqilliyinə qovuşduqdan sonra məscidlərın, ziyarətgahların bərpasına başlanıldı. Ümummilli lider Heydər Əliyev Bibiheybət məscidinin yenidən tikilməsi barədə sərəncam imzaladı. 1997-ci il iyulun 23-də Həzrəti Peyğəmbərin mövludu günü yeni məscid kompleksinin bünövrəsi qoyuldu. Kompleksin planı, ölçüləri partlayışdan əvvəlki, məlumatlar əsasında bərpa edildi. Q.Sadiqinin 1925-ci ildə yazdığı kiçik məqaləsi daxil olmaqla məşhur səyyahların qeydləri məscidin bərpasında önəmli rol oynadı.
1998-ci il 12 iyulda ulu öndər Heydər Əliyev bərpa edilmiş yeni məscidin açılış mərasimində iştirak etdi. O, çıxışında bildirdi: “Burada, bu müqəddəs yerdə vaxtilə ucaldılmış məscid 60 il bundan öncə vəhşicəsinə partladılmışdır, dağıdılmışdır. Bizim mənəviyyatımıza, mənəvi dəyərlərimizə, islam dininə böyük zərbə vurulmuşdur. Xalqımız, millətimiz bu zərbəni almış, yaralanmış, əzilmiş, ancaq məhv, məğlub olmamış, bu zərbələrə, yaralara, əziyyətlərə dözməyə məcbur olmuşdur”.
On il sonra - 2008-ci il iyulun 14-də isə əsaslı yenidənqurma və təmir işləri yekunlaşan məscidin Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi oldu.
İllər sonra Bibiheybət məscidi yenidən əvvəlki yerində, Xəzər dənizinin sahilində qərar tutdu. Bura indi yalnız ölkəmizin deyil, xarici vətəndaşların da böyük ümidlərlə pənah apardıqları bir məkandır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob 

17:03
08 May

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

16:53
08 May

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

16:41
08 May

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır  

16:38
08 May

Şabranda vətəndaşların müraciətləri dinlənilib

16:27
08 May

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

16:26
08 May

Dövlət Komitəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

16:21
08 May

Türkiyə Müdafiə Nazirliyi “EFES-2026” təlimlərindən yeni kadrları təqdim edib 

16:11
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!