17 Aprel 2024 17:56
260
CƏMİYYƏT
A- A+

Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəhbər şəxsləri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Portuqaliyanın Porto şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Forum çərçivəsində S.Babayevlə BSTA-nın prezidenti Məhəmməd Azmanın görüşü olub.

Nazir dünyada sosial təminat sistemlərinin təkmilləşdirilməsində BSTA-nın önəmli rolunu vurğulayıb. O, ölkəmizdə aparılan sosial islahatlar prosesində bu mötəbər beynəlxalq təşkilatla uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki qurumunun (Dövlət Sosial Müdafiə Fondu (DSMF) və DOST Agentliyi) BSTA-nın üzvləri olduğu, daha iki qurumunun (Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) da təşkilata üzv olmasının nəzərdə tutulduğu qeyd edilib. 2019-cu ildə ölkəmizin Avropa Regional Sosial Təminat Forumuna ev sahibliyi etdiyi diqqətə çatdırılıb.

Azərbaycanda son illər aparılan sosial islahatların uğurlarına BSTA tərəfindən daim yüksək qiymət verildiyi, hazırda Portuqaliyada keçirilən Forumda isə nazirliyin qurumlarının Təşkilatın 12 mükafatla təltif olunduğu vurğulanıb.

Bu ilin fevralında Assosiasiya ilə DSMF arasında imzalanmış memorandumun sosial təminat sahəsində qabaqcıl təcrübələrin mübadiləsi və təşviqi sahəsində iki qurumun əməkdaşlığının genişlənməsinə xidmət etdiyi bildirilib.

M.Azman nazirliyin BSTA ilə fəal əməkdaşlığından və əlaqələrin daim genişlənməkdə olmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanda sosial təminat sistemində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulayıb.

BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano ilə də görüş olub, keçirilən Forumun önəmindən, Assosiasiya ilə nazirliyin əlaqələrindən bəhs olunub.

Hər iki görüşdə nazirlik və BSTA arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video