26 Yanvar 2026 17:42
449
CƏMİYYƏT
A- A+
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub  

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında işgüzar səfərdə olub  


Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın 24-26-da Manama şəhərində işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir və uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib.

Öz növbəsində, Ali bin Fadhel Al Buainainin qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, daha öncə ölkəmizə etdiyi işgüzar səfərlərin xüsusilə yaddaqalan olmasını qeyd edib.

Görüşdə 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, alternativ cəzaların tətbiqi və cəzaların icrası üzərində prokuror nəzarəti, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, həmçinin məhkumların sosial reabilitasiyası ilə bağlı Bəhreyn Dövlət Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.

Daha sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa arasında görüş keçirilib.

Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv və məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd edilib, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Bəhreyn Krallığının ədliyyə, islam işləri və vəqf naziri Navaf Mohamed Al Maavda arasında da ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrdən məmnunluq ifadə edilib, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Krallığının mədəni-tarixi abidələrini ziyarət edərək ölkə mədəniyyəti ilə yaxından tanış olub.

Nümayəndə heyətinin səfəri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!