26 Oktyabr 2023 10:20
11095
Oxucu məktubları
A- A+

“Bankomatın quraşdırılması məqsədəuyğun hesab edilməmişdir”

 

Sizin 3 oktyabr 2023-cü il tarixli 10/40 saylı məktubunuza müvafiq qaydada baxılmış və tərəfimizdən təkrar araşdırılmalar aparılmışdır. 
Məktubda qeyd olunan Vov, Vənədi, Ləkər, Conu, Vijaker, Loda, Kaqoy, Hamarat, Bradi, Dzdipok, Siyov, Hovil, Daster kəndləri Lerik rayonunun ən ucqar dağ kəndləri sayılır. Müraciətdə qeyd olunan Hovil kəndinə 6,3 kilometr məsafədə və qeyd olunan bütün kəndlərin əsas yolunda yerləşən Piran kəndi ünvanında yerləşən "Fərid" marketdə "Kapital Bank" ASC-yə məxsus bankomat fəaliyyət göstərir və yüklü bankomat hesab edilmir. Qeyd olunanları nəzərə alaraq ATM quraşdırılması proseduruna və inkassasiya baxımından uyğun olmadığına əsasən həmin ünvanlarda əlavə bankomatın quraşdırılması məqsədəuyğun hesab edilməmişdir. 
Məlumat üçün bildiririk ki, hazırda Lerik rayonu ərazisində "Kapital Bank" ASC-yə məxsus 4 (dörd) ədəd bankomat müştərilərə xidmət göstərir. 

Camal TAĞIYEV,
Kassa və İnkassasiya Proseslərinin idarə edilməsi departamentinin direktoru 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video