13 İyun 2025 16:44
1385
Səhiyyə
A- A+
Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2

Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi davam edir – YENİLƏNİB - 2


İyunun 13-də Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkələrin onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresini açıq elan edib.

Akademik bildirib ki, Konqresdə dünyanın 10 ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər.

Cəmil Əliyev qeyd edib ki, bu tədbir səhiyyənin onkologiya sahəsi və gələcək üçün olduqca önəmlidir. “Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq. Əminəm ki, Konqresin nəticələri bizi onkologiya sahəsində əməkdaşlığa bir addım da yaxınlaşdıracaq. Bu səbəbdən Konqresin yüksək səviyyədə keçəcəyinə inanır və uğurlar arzu edirəm”, - deyə Baş direktor əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

Konqresdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bildirib ki, qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. Nazir qeyd edib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 idisə, hazırda bu rəqəm 90-nın üzərindədir. “Ölkəmizin onkologiya sahəsində elmi potensialının böyük bir qisminin cəmləşdiyi Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Son illərdə Milli Onkologiya Mərkəzi beynəlxalq əlaqələri daha da genişləndirir, bugünkü tədbir bunun bariz nümunəsidir”, - deyə T. Musayev əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə müsbət dinamikadan xəbər verir. “Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkəmizdə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir. Bütün bunlar isə Azərbaycanın onkoloji xidmətinin və onun 85 yaşlı flaqmanı olan Milli Onkologiya Mərkəzinin doğru yolla inkişaf etməsinin göstəricisidir”, - deyə o vurğulayıb.

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin yüksək səviyyədə təşkilinin onkologiya sahəsində əməkdaşlığa verilən əhəmiyyətin bariz nümunəsi olduğunu qeyd edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana göstərdiyi birgə səylərə və dəstəyə görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlıq genişlənir və güclənir. “Türk dövlətlərinin gələcəyə baxışı bizə daha sıx əməkdaşlığa malik, güclü və səmərəli təşkilata çevrilmək imkanı verir. Ötən ilin oktyabr ayında Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası zamanı imzalanan Birgə Bəyannamə əməkdaşlığımızı yeni mərhələyə daşıyıb. Bu ilin aprelində Astanada təşkil olunan növbəti görüş isə bir daha qətiyyətimizi nümayiş etdirib. Həmin görüş çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə imzalanmış Anlaşma Memorandumu da bu yolda mühüm addımlardan biri olub”, - deyə Baş katib diqqətə çatdırıb.

Bu gün Türk dünyasının son dərəcə vacib olan tarixi hadisəyə şahidlik etdiyini vurğulayan Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov fikirlərinə belə davam edib: "Türk birliyi, Türk Dövlətləri Təşkilatının yaradılması Ulu Öndər Heydər Əliyevin ən ümdə arzularından biri olub. Məhz Türk Dövlətləri Təşkilatının ilk dəfə Naxçıvanda elan olunması Ulu Öndərin apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Əhliman Əmiraslanov Türkdilli dövlətlərin onkoloqlarının ortaq qurumunun yaradılması təklifi ilə də çıxış edib: “Türk dünyasının çox aktiv və uğurla fəaliyyət göstərən qurumları var. Türkdilli dövlətlərin onkoloqlarının assosiasiyasının yaradılması və fəaliyyəti dövrü olaraq hər il belə tədbirlərin keçirilməsi üçün zəmin yaradacaq”.

Tədbirdə çıxış edən Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitunun İdarə Heyətinin sədri Yerbol Bekmuxambetov, Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jandos Burkitbayev, Qırğızıstan Milli Onkologiya və Hematologiya Mərkəzinin direktoru Nurbek Bukuyev, Avrasiya Onkologiya Cəmiyyətinin sədri Hilmi Kodaz, Özbəkistan Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzinin direktoru Mirzaqolib Tillaşayxov, Türkmənistan Elmi-Klinik Onkologiya Mərkəzinin direktoru Mive Berdımuradova və Tacikistan Respublika Onkologiya Elmi Mərkəzinin nümayəndəsi Jumaboy Sanginov çıxış edərək onkologiyanın dünyada qlobal problemə çevrildiyini bildiriblər. Eyni zamanda, son 10-15 ildə tibdə sürətli inkişafın baş verdiyini qeyd ediblər. Türkdilli ölkələrin xərçəngin erkən diaqnostikasında, onkoloji xəstəliklərlə mübarizə sahəsində təcrübəsini bölüşməsi, ortaqlıqlarını dərinləşdirməsi baxımından Konqresin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıblar. Konqresin ölkələrarası elmi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi, onkologiya sahəsində xidmətlərin daha da təkmilləşdirilməsinə imkan yaradacağı vurğulanıb. Çıxış edənlər ikinci konqresin təşkil olunacağı ölkəni müəyyənləşdirmək üçün püşkatmanın keçirilməsini də təklif ediblər.

Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqresin gedişində türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum da imzalanıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın imzaladığı memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi praktik fəaliyyətin birlikdə davam etdirilməsi, elmi işlərin bir yerdə aparılması nəzərdə tutulub.

Tədbir panel iclaslarla davam edib.

Qeyd edək ki, Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyir, fikir mübadiləsi aparırlar.

Tədbirdə klinik onkologiyaya aid mövzular, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri geniş müzakirə olunur.

Konqresin işinə iyunun 14-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib  

22:37
07 İyul

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub  

22:36
07 İyul

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib  

22:35
07 İyul

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib  

22:34
07 İyul

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək  

22:33
07 İyul

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub  

22:32
07 İyul

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti 

20:00
07 İyul

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

19:59
07 İyul

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb  

19:56
07 İyul

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib  

19:54
07 İyul

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib  

19:51
07 İyul

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

19:48
07 İyul

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib  

19:46
07 İyul

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub  

19:44
07 İyul

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar  

19:42
07 İyul

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

19:38
07 İyul

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  

19:37
07 İyul

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub  

19:36
07 İyul

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi  

16:37
07 İyul

Siyasi partiya yaradan İlon Maskın “Tesla” şirkətinin səhmləri ucuzlaşır  

16:36
07 İyul

Türkiyənin Hakkari şəhərində İraqda həlak olmuş əsgərlərlə vida mərasimi keçirilib  

16:28
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!