29 Dekabr 2025 14:01
162
CƏMİYYƏT
A- A+
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib YENİLƏNİB  

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib YENİLƏNİB  


Dekabrın 29-da Bakıda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri" mövzusunda qurumlararası dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DGK-nın sədr müavini, gömrük xidməti general mayoru Güloğlan Muradlı narkotik vasitələrə qarşı mübarizəyə əhalinin bütün təbəqələrinin cəlb olunmasının vacib olmasına diqqət çəkib. “2016-cı ildən bu günədək yalnız gömrük orqanları tərəfindən qanunsuz dövriyyədən 15 tona yaxın narkotik vasitə çıxarılıb. Bunun da 70 faizini daha təhlükəli narkotiklər, yəni heroin və metamfetamin təşkil edir. Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda 40 min 500 nəfər narkotik istifadəçisi rəsmi qeydiyyata alınıb. Lakin bu, aysberqin yalnız görünən tərəfidir. Ekspertlərin fikrincə, əslində onların sayı dəfələrlə çoxdur. Bugünkü dəyirmi masa isə ölkəmizin bu proqram çərçivəsində qarşısına qoyduğu vəzifələrin həyata keçirilməsində təcrübə mübadiləsinin aparılması, yeni çağırışlara cavab verən həll yollarının formalaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq. Əminəm ki, bu tədbir narkotiklərlə mübarizə sahəsində fəaliyyətimizə ciddi töhfə verəcək”, - deyə G.Muradlı bildirib.

DGK-nın Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov xatırladıb ki, Azərbaycanda narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu mübarizə üzrə ölkəmizin dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. O qeyd edib ki, məhz Ulu Öndərimizin imzaladığı "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman Azərbaycanda bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun yeni müstəvidə müvəffəqiyyətlə davam etdirilir. Məqsədyönlü, konkret hədəflərə istiqamətlənən fəaliyyət nəticəsində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri son illərdə daha da intensiv xarakter alıb. “Təbii ki, narkotik vasitələr, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədən danışarkən həmin maddələrin sərhəddən ölkəyə keçirilməsinin qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə DGK tərəfindən dövlət sərhədindən buraxılış məntəqələrində sistemli və məqsədyönlü iş aparılır. Bu işin nəticəsində yalnız son iki ay ərzində Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Rusiyaya kartof yükü aparan nəqliyyat vasitəsində 295 ədəd bağlamada ümumi çəkisi 92 kiloqramdan artıq olan narkotik vasitə - marixuana aşkar edilib. Həmçinin Astara dəmir yolu gömrük postunda İrandan Estoniyaya kafel yapışdırıcısı yükü aparan vaqonda ümumi çəkisi 457 kiloqram 800 qram olan və qara bazarda dəyəri 90 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq olan narkotik vasitə - heroin aşkar edilib. Dövlət Sərhəd Xidməti və DGK-nın birgə axtarış-əməliyyat tədbirləri nəticəsində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb”, - deyə C.Məmmədov bildirib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi bu gün təkcə hüquq-mühafizə məsələsi deyil, eyni zamanda, ciddi sosial, tibbi və mənəvi problemlər yaradan qlobal təhlükədir. Bu problem, xüsusilə, gənclərin sağlamlığına, ailə institutuna və cəmiyyətin gələcəyinə ciddi zərbə vurur. Ailələr bu mübarizədə mühüm rol oynayır. Sağlam ailə mühiti, valideyn nəzarəti və düzgün tərbiyə gənclərin zərərli vərdişlərdən uzaq qalmasında həlledici amillərdəndir. Eyni zamanda, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və media qurumlarının bu istiqamətdə apardığı maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Komitə sədrinin sözlərinə görə, dövlət qurumları ilə cəmiyyətin bütün təbəqələrinin birgə və koordinasiyalı fəaliyyəti nəticəsində narkotiklərlə mübarizədə daha effektiv nəticələr əldə oluna və cəmiyyətimizin sağlam gələcəyi təmin edilə bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev narkomaniya ilə mübarizədə profilaktikanı ən öndə tutmağın vacibliyinə diqqət çəkib. Deputat qeyd edib ki, istənilən bir xəstəliyin müalicəsi onun profilaktikasından 3-4 dəfə baha başa gəlir və çətinliklərlə üzləşir: “Narkomaniya təkcə bir şəxsin xəstəliyi deyil, eyni zamanda, ciddi sosial problemdir. Narkomaniyanı tətikləyən maraqlı qüvvələr var və bu, bizim təsir dairəmizdən olduqca kənardadır. 5 il əvvəl ölkəyə daxil olan narkotiklər daha çox bitki mənşəli idi, amma son dövrlərdə daha çox kimyəvi tərkibli narkotiklərin gəldiyi müşahidə edilir. Həmçinin internetin, sosial şəbəkələrin inkişafı və yayılması bu mənfi təsirin cəmiyyətimizdə olduqca ağırlaşmasına gətirib çıxarıb”.

Daha sonra aidiyyəti qurumların nümayəndələri tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətlər və mövcud təcrübə barədə təqdimatlar edilib, o cümlədən müvafiq sahədə multisektoral əməkdaşlığın gücləndirilməsi istiqamətində təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın rayonlarında dekabrın 29-u axşamdan 30-u səhərədək hava yağıntılı olacaq – XƏBƏRDARLIQ  

15:43
29 Dekabr

Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər  

15:00
29 Dekabr

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi təsdiqlənib  

14:39
29 Dekabr

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi təsdiqlənib  

14:21
29 Dekabr

Dövlətin siyasəti Azərbaycan idmanını yeni zirvələrə daşıyır 

14:16
29 Dekabr

Türkiyədə İŞİD üzvlərinə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşı həlak olub  

14:03
29 Dekabr

Baş Prokurorluq: Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir  

14:02
29 Dekabr

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin hüquqi, tibbi və sosial aspektləri müzakirə edilib YENİLƏNİB  

14:01
29 Dekabr

Cari ildə paytaxtda 105 məktəbdə təmir işləri aparılıb  

14:00
29 Dekabr

Gümüşün qiyməti dekabrda 40 faizdən çox artıb  

13:57
29 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

13:43
29 Dekabr

2025-ci ildə sosial təminat tədbirləri daha da genişləndirilib - ŞƏRH  

12:39
29 Dekabr

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNƏCƏK  

12:31
29 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək  

12:30
29 Dekabr

Gəncə stadionu aprel və may aylarında oyunlar üçün hazır olacaq  

12:30
29 Dekabr

bp: “Qərbi Azəri” platformasından indiyədək 1 milyard bareldən çox neft hasil edilib  

12:27
29 Dekabr

ABŞ gələn il qanunsuz miqrantların deportasiyasını artıracaq  

12:26
29 Dekabr

Nazir: 2026-cı il üçün idmanda həm real, həm də maksimal hədəflərimiz var  

12:14
29 Dekabr

Laosda 11 ayda yol qəzalarında 782 nəfər ölüb  

12:13
29 Dekabr

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb  

12:01
29 Dekabr

Dövlət Neft Fondunun yaradılmasından 26 il ötür

11:41
29 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!