15 Yanvar 2026 12:39
138
SİYASƏT
A- A+
Bakı və Abşeron üzrə Dövlət Proqramı su idarəçiliyində sistemli dönüş yaradır 

Bakı və Abşeron üzrə Dövlət Proqramı su idarəçiliyində sistemli dönüş yaradır 

Azərbaycanda su ehtiyatlarının idarə olunması sahəsində son beş ildə müşahidə olunan dəyişikliklər təsadüfi addımlar deyil, aydın strateji baxışa söykənən institusional və infrastruktur transformasiyanın nəticəsidir. İqlim dəyişikliklərinin sürətlənməsi, transsərhəd sularından yüksək asılılıq və urbanizasiya fonunda artan tələbat su məsələsini artıq təkcə kommunal xidmət deyil, milli təhlükəsizlik və davamlı inkişaf gündəliyinin əsas mövzularından birinə çevirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

O qeyd edib ki, 2020-ci ildən etibarən bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, idarəetmə fəlsəfəsinin dəyişməsi ilə xarakterizə olunur. Dövlət Su Komissiyasının yaradılması, elektron uçot və monitorinq sistemlərinin tətbiqi, daha sonra isə vahid icraçı qurum kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin formalaşdırılması su sektorunda uzun illər mövcud olan parçalanmış idarəetməni aradan qaldırdı. Bu, qərar qəbuletmənin operativliyini artırmaqla yanaşı, su balansının daha dəqiq planlaşdırılmasına imkan verdi.

“Eyni zamanda, infrastruktur istiqamətində atılan addımlar da diqqətəlayiqdir. Son illərdə həm ölkənin əsas iqtisadi mərkəzlərində, həm də işğaldan azad edilmiş ərazilərdə su anbarlarının bərpası və yenilərinin inşası su təhlükəsizliyinin fiziki əsaslarını gücləndirib. “Suqovuşan”, “Sərsəng”, “Xaçınçay”, “Köndələnçay” və “Zabuxçay” kimi obyektlərin yenidən qurulması təkcə kənd təsərrüfatının su təminatını deyil, regionların sosial-iqtisadi dirçəlişini də stimullaşdırır. Paralel olaraq, böyük tutumlu yeni anbarlar üzrə layihələrin icrası ölkənin gələcək risklərə hazırlıq səviyyəsini artırır”, - deyə deputat bildirib.

Bakı şəhəri və Abşeron yarımadası üzrə qəbul edilən 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramını isə bu transformasiyanın məntiqi davamı adlandıran Müşfiq Məmmədli əlavə edib: “Burada əsas üstünlük ondan ibarətdir ki, proqram yalnız suyun həcminin artırılmasına deyil, itkilərin azaldılmasına, keyfiyyətin yüksəldilməsinə, kanalizasiya və yağış sularının ayrıca idarə olunmasına yönəlib. Xüsusilə yağış suları üçün kollektor şəbəkələrinin qurulması və rəqəmsal idarəetmə alətlərinin genişləndirilməsi urban mühitin iqlim dəyişikliklərinə adaptasiyası baxımından mühüm addımdır”.

Milli Məclisin deputatının fikrincə, Azərbaycanın son illərdəki təcrübəsi göstərir ki, su sektorunda böhran idarəçiliyindən qabaqlayıcı planlaşdırmaya keçid artıq baş verib. Monitorinq şəbəkələrinin genişləndirilməsi, SCADA və elektron xəritə sistemləri, sayğaclaşmanın yüksəlməsi və təkrar sudan istifadə təşəbbüsləri bu sahədə müasir beynəlxalq yanaşmalarla uyğunluq təşkil edir.

“Bu gün su ehtiyatlarının idarə olunması Azərbaycanın dayanıqlı inkişaf modelinin ayrılmaz hissəsinə çevrilib. Qarşıdakı onillik üçün müəyyən edilən hədəflər göstərir ki, dövlət su məsələsinə qısamüddətli texniki problem kimi deyil, uzunmüddətli strateji resurs kimi yanaşır. Bu da həm əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, həm də iqtisadiyyatın dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə Müşfiq Məmmədli vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran hakimiyyəti etirazçıya ölüm cəzası verilməsi barədə məlumatı təkzib edib  

14:32
15 Yanvar

Almaniya iqtisadiyyatında iki ildən sonra artım qeydə alınıb

14:30
15 Yanvar

Qlobal iş yerlərinin 40 faizinin süni intellektə dair dəyişikliklərə məruz qalması ixtisarlarla bağlı narahatlıqları artırır  

14:29
15 Yanvar

Türkiyə Müdafiə Nazirliyi İranla sərhəddə təhlükəsizliyə xüsusi diqqət yetirdiyini bildirib  

14:28
15 Yanvar

Rusiya Böyük Britaniya səfirliyi əməkdaşının akkreditasiyasını ləğv edib  

14:23
15 Yanvar

Britaniyalı diplomat Rusiyadan çıxarılır  

14:21
15 Yanvar

Bu il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 96, 6 faizi əhaliyə ödənişlərə sərf olunacaq  

14:20
15 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

14:19
15 Yanvar

Dövlət Komitəsi keçmiş məcburi köçkün Orxan Fətəliyevin müraciəti ilə bağlı açıqlama yayıb  

14:16
15 Yanvar

DSMF ötən il 10 milyard manata yaxın sosial ödənişlər həyata keçirib  

14:15
15 Yanvar

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi Vətənə gətirilir  

13:23
15 Yanvar

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb  

13:20
15 Yanvar

Avropa ölkələrinin ilk hərbi personalı Qrenlandiyaya gəlib  

13:17
15 Yanvar

Pakistan həbsxanalarından 221 əfqan məhbus azad edilərək ölkələrinə qaytarılıb  

13:13
15 Yanvar

Ötən il 76 mindən çox aztəminatlı ailəyə 420 milyon manat məbləğində ünvanlı sosial yardım ödənişi həyata keçirilib  

13:09
15 Yanvar

Ötən il dünyanın bir çox yerində temperatur orta göstəricilərdən yüksək olub 

13:01
15 Yanvar

İdarə Heyətinin sədri: Pensiyalardakı artım dinamikası bu il də davam edəcək  

12:49
15 Yanvar

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə üçün geoiqtisadi riskləri azaldacaq  

12:39
15 Yanvar

Bakı və Abşeron üzrə Dövlət Proqramı su idarəçiliyində sistemli dönüş yaradır 

12:39
15 Yanvar

Ötən il reallaşdırılan islahat zərfi çərçivəsində əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlər də artırılıb  

12:27
15 Yanvar

Trampı təhqir edən fəhlə 500 min dollar ianə toplayıb  

12:20
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!