30 Dekabr 2025 15:53
155
İQTİSADİYYAT
A- A+
“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin üzvləri Göygöl rayonunda yerli sakinlərlə cari il üzrə son görüşünü keçirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvləri, eləcə də şirkətin nümayəndələri iştirak ediblər.

Görüşə QSC-nin hazırda hasilat işləri həyata keçirdiyi “Tülallar” qızıl mədənin yaxınlığında yerləşən Tülallar və Zurnabad kəndlərinin sakinləri qatılıblar.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov “AzerGold” QSC-nin həyata keçirdiyi layihələrin rayonun sosial-ictimai və iqtisadi həyatında mühüm rol oynadığını vurğulayıb, görülən işləri yüksək qiymətləndirərək təşəkkürünü ifadə edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev “Tülallar” qızıl mədəninin istismara verilməsi ilə bölgədə məşğulluğun artırılması, Göygöl rayon əhalisinin rifah halının daha da yaxşılaşdırılması üçün atılan addımlardan danışıb.

X.Fərzəliyev “AzerGold” QS-nin fəaliyyəti nəticəsində 158 nəfər Göygöl rayon sakininin daimi işlə təmin edildiyini bildirib.

Görüşdə cari il ərzində uğurla həyata keçirilmiş sosial yardım aksiyaları, aqrar təsərrüfatların inkişafına dəstək, maarifləndirmə, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə icra olunmuş layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlər araşdırılması və QSC-nin səlahiyyətləri və mövcud qanunvericilik çərçivəsində həll edilməsi məqsədilə qeydiyyata alınıb. Bildirilib ki, hədəf qruplarına yönəlmiş təşəbbüslərin icrası çərçivəsində kənd sakinləri ilə ənənəvi görüşlərin təşkili növbəti ildə də davam etdiriləcək.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Akkan Suver: Qarabağda əldə olunan Qələbə Cənubi Qafqazda sülhün və sabitliyin əsasını qoyub

17:44
30 Dekabr

Ədliyyə naziri medalla təltif olunmuş və hakim təyin edilmiş əməkdaşlarla görüşüb

17:42
30 Dekabr

Dünya Bankının hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib

17:39
30 Dekabr

Yanvar ayına olan hava proqnozu açıqlanıb

17:37
30 Dekabr

Baş nazir Əli Əsədov ilə Küveytin Baş naziri arasında telefon danışığı olub

17:32
30 Dekabr

Əcəmi Naxçıvaninin 900 illik yubileyi qeyd ediləcək

17:31
30 Dekabr

Qarabağda 7 min 800 nəfərdən çox sakinin məşğulluğu təmin edilib

17:29
30 Dekabr

On bir ayda “AzerGold” 205,9 milyon dollar dəyərində məhsul ixrac edib

17:23
30 Dekabr

“AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib

15:53
30 Dekabr

Azərbaycanda 237 dərmanın qiymətləri tənzimlənib

15:51
30 Dekabr

Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib

15:50
30 Dekabr

Hər bir azərbaycanlı müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr edir

15:47
30 Dekabr

OPEC+ ölkələrinin gələn il hasilatı sabit saxlaması gözlənilir

15:27
30 Dekabr

Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyən edilib

15:23
30 Dekabr

Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr

15:08
30 Dekabr

DİN: Bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl edək

14:47
30 Dekabr

Vəkillər bir çox məlumatları real vaxt rejimində əldə edə biləcəklər

14:44
30 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti

14:21
30 Dekabr

Bakı şəhərində 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub

13:39
30 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir

13:37
30 Dekabr

Milli Məclisin payız sessiyası başa çatıb

13:34
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!