30 Dekabr 2025 12:22
147
CƏMİYYƏT
A- A+
“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib

“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair görüşü keçirilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz” MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.

Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində icra edilən, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və ekoloji layihələr barədə məlumat verilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sosial layihələrin xüsusilə təhsil, məşğulluq və sosial infrastruktur sahələrində müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O. Abbasov layihələrin davamlı inkişaf prinsiplərinə uyğun olaraq icra olunmasının region üçün uzunmüddətli faydalar yaratdığını bildirib.

“AzerGold”un KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev QSC-nin dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətin rayonun iqtisadi göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm töhfə verdiyini bildirib. Əksəriyyəti ucqar kəndləri təmsil edən 756 nəfər Daşkəsən sakininin “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri üzrə daimi işlə təmin olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, 2025-ci il ərzində Cəmiyyət tərəfindən Daşkəsən rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni maarifləndirmə, idmanın təbliği və s. istiqamətlərdə dövlət siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr həyata keçirilib.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2026-cı ildə də sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq, inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının inkişafı, fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcək.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər müzakirə edilib.

Görüşdə, həmçinin vətəndaşların qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.

Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı şəhərində 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub

13:39
30 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir

13:37
30 Dekabr

Milli Məclisin payız sessiyası başa çatıb

13:34
30 Dekabr

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

13:33
30 Dekabr

Məişət zorakılığı qurbanları üçün mühafizə orderi üzrə dövlət rüsumu ləğv edilir

13:31
30 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

13:30
30 Dekabr

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirilib

13:28
30 Dekabr

Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 127 nəfər saxlanılıb

13:26
30 Dekabr

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur

12:51
30 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

12:49
30 Dekabr

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib

12:47
30 Dekabr

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

12:44
30 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir

12:43
30 Dekabr

Mixail Qaluzin: Bu il Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığı müsbət qiymətləndirilə bilər

12:30
30 Dekabr

Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti azaldılır

12:27
30 Dekabr

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri vizadan qarşılıqlı azad edilirlər

12:25
30 Dekabr

Ünvanlı sosial yardım alan ailələrə birdəfəlik maddi yardım ödənilib

12:23
30 Dekabr

“AzerGold” QSC Daşkəsəndə yerli icmalarla növbəti görüş keçirib

12:22
30 Dekabr

Azərbaycan ilə Somalinin diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edilir

12:07
30 Dekabr

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə

12:04
30 Dekabr

Vəkillər Kollegiyası 50-dən çox normativ hüquqi akt layihəsinə rəy və təkliflər təqdim edib

11:59
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!