11 Noyabr 2021 00:07
2634
ELANLAR
A- A+

“Azercell”dən yeni “010” nömrələri - “Qaliblərin seçimi!”

 

Bu xüsusi buraxılışı lider mobil operator Zəfər bayramımıza həsr edir

 

İstifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “010” prefiksli (şəbəkə kodlu) nömrələr  “Azercell Telekom” tərəfindən Azərbaycanın mobil rabitə bazarına təqdim edilir.

Şirkətin rəqəmsal siyasətinə uyğun olaraq onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkün olacaq. Belə ki, ilk dəfə olaraq bu cür iri miqyasda nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirə bilər. Həmin sayt üzərindən nömrə üçün onlayn ödəniş tamamlandıqdan sonra abunəçinin qeyd etdiyi əlaqə nömrəsi və ya elektron ünvanına xüsusi sifariş kodu göndərilir. Həmin kodu 7 gün ərzində istənilən “Azercell” satış məntəqəsinə təqdim etməklə yeni nömrəni əldə etmək mümkündür.

Yeni nömrələrin təqdimatını “Azercell” şirkətinin prezidenti Zərinə Zeynalova belə şərh etdi: “Qaliblərin seçimi!” şüarı ilə ifadə olunan “010” seriyalı nömrələrimiz Vətən müharibəsində qalibiyyətimizin ilk ildönümünə ithaf olunur. İlkin onlayn satış kanalının Azərbaycanın mobil rabitə bazarında daha geniş təqdimatı abunəçilərimiz üçün “Azercell” servislərini daha əlçatan və rahat edir, eyni zamanda bizə müştəri xidmətlərimizin səviyyəsini artırmağa şərait yaradır”.

Yeni nömrənin aktivləşdirilmə şərtləri və tariflər haqqında daha ətraflı məlumatı “Azercell”in rəsmi veb-səhifəsindən (www.azercell.com) əldə etmək olar.

“Azercell” komandası “Qaliblərin seçimi!” - “010” nömrələri ilə sizə daim ən sevincli və xoş xəbərlər almağı arzu edir.

Qələbə bayramımız mübarək!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video