09 May 2026 01:14
893
ELANLAR
A- A+
"Naxçıvan - memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olundu

"Naxçıvan - memar Əcəmi irsi" gümüş sikkəsi təqdim olundu


"AzerGold" QSC tərəfindən Naxçıvan memarlıq məktəbinin banisi, dahi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin zəngin irsini əks etdirən gümüş xatirə sikkəsi təqdim edilib.

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində hazırlanmış bu xüsusi buraxılış dahi memarın 900 illik yubileyinə həsr olunub. Xatirə sikkəsi dahi memarın zəngin irsini yaşatmaqla yanaşı, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ərəfəsində Azərbaycanın tarixi memarlıq ənənələri ilə müasir şəhərsalma yanaşmaları arasında bağlılığın təbliğinə yönəlmiş simvolik töhfədir. Unikal gümüş sikkə mötəbər tədbir ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin memarlıq irsinə yönəltməyi hədəfləyir. 

Azərbaycanın Orta əsr memarlıq ənənələrini özündə əks etdirən yeni gümüş sikkənin konseptual dizaynı tarixi varisliklə müasir innovasiyaların vəhdəti prinsipi əsasında hazırlanıb. Azərbaycanın dünya sivilizasiyasına bəxş etdiyi nadir memarlıq inciləri sikkə üzərində numizmatika sahəsində texnoloji yenilik sayılan "Smartminting" texnologiyasının tətbiqi ilə həkk olunub. Metal səthdə dahi memarın daş üzərində yaratdığı zərif detallar və mürəkkəb teksturalar təbii rənglərinə uyğun olaraq ultra yüksək relyefli təsvirlər şəklində yüksək dəqiqliklə əksini tapıb. 

Sikkənin tərtibatında Naxçıvan şəhərində yerləşən və Əcəmi dühasının məhsulu olan Möminə Xatun məqbərəsi, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun məqbərəsinin önündə yerləşən qoşa minarəli baştağ, həmçinin Əcəmi memarlıq məktəbinin nümunələrindən sayılan Qarabağlar türbəsi vahid kompozisiya şəklində təqdim edilib.

Yeni sikkə limitli sayda olmaqla, həm kolleksiyaçılar, həm də mədəni irsə maraq göstərən geniş auditoriya üçün nəzərdə tutulub. Bakı şəhəri, Bülbül prospekti, 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platformasında sikkə nümunələri ilə tanış olmaq və əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici investisiyalarda artım: enerji sektoru ön planda

21:28
16 İyun

Nadir dəri xəstəliyinin genetik səbəbi tapılıb

21:19
16 İyun

Qlobal elektrikli avtomobil satışı may ayında 1,8 milyona çatdı

21:09
16 İyun

Qlobal tərəfdaşlıq Bakıda bir araya gəlir

21:03
16 İyun

Günəş şüalarını ölçən ağıllı boyunbağı təqdim edilib  

20:53
16 İyun

Sənaye və texnologiya parkları üçün yeni güzəştlər təsdiqlənib

20:41
16 İyun

 “Motorola”nın yenilənmiş smartfonu təqdim edilib  

20:36
16 İyun

 Erve Renar Tunis milli komandasının baş məşqçisi oldu

20:28
16 İyun

 Gilyermo Oçoa Dünya Kubokundan sonra futboldan ayrılacaq

20:23
16 İyun

İnstaqramdan növbəti yenilik

20:17
16 İyun

“Logitech”in qatlanan cihazı təqdim edilib

20:01
16 İyun

Neymar Haiti ilə matçı da buraxacaq

19:58
16 İyun

Saxta IMEI kodlarla qeydiyyata qarşı mübarizə gücləndirilir

19:54
16 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib  

19:29
16 İyun

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

19:01
16 İyun

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

18:57
16 İyun

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir  

18:48
16 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:39
16 İyun

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək 

18:31
16 İyun

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək  

18:23
16 İyun

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür  

18:13
16 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!