15 İyun 2025 08:55
323
SİYASƏT
A- A+
Azərbaycanın xilas günü 

Azərbaycanın xilas günü 


O gün qaranlıqdan aydınlığa gedən yolun başlanğıcı idi. O gün öz müstəqilliyini yenicə bərpa edib kövrək addımlarını atan bir dövlətin müqəddəratının, azadlıq və müstəqillik uğrunda qurbanlar vermiş bir  millətin taleyinin həll olunduğu bir gün idi... 

Dünyada Azərbaycanın müstəqilliyini istəməyən, Cənubi Qafqazı öz nüfuz dairəsinə salmağı arzulayan, zəngin yeraltı və yerüstü sərvətlərini əlindən çıxarmaq istəməyən qüvvələrin savaşı gedirdi. Plan tutulub, oyun qurulmuşdu... 

O günlər yalnız Azərbaycanın yox, regionda müstəqilliyini elan etmiş digər  respublikaların taleyi də həll olunurdu. Sadəcə olaraq, savaş alanına Azərbaycan çıxarılmışdı. Silahlar paylanılıb, xalq qarşı-qarşıya gətirilmişdi. Havadan qan qoxusu gəlirdi. Artıq silahlar partlayıb, qan da tökülmüşdü. Ssenari müəllifləri, planın təşkilatçıları işi elə ustalıqla quraşdırıb dramatik səhnə qurmuşdular ki, meydanda yalnız bir qrup əlisilahlı, başıpozuq, bir də naşı, təcrübəsiz hakimiyyət hərisi görünürdü. Bu böyük planın rejissorları bir şeyi unutmuşdular - ömrünü xalqına həsr edən Heydər Əliyev faktorunu. Xalqın Heydər Əliyevə olan inamını və sevgisini...

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idilər ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 

Xalq Ulu Öndərə nicat yolu kimi baxırdı. O günlər bütün ümidlər  Naxçıvanda yaşayan Ümummilli Liderə tuşlanmışdı. Xalq öz taleyini də, dövlətin gələcəyini də Heydər Əliyevin hakimiyyətə gəlişində görürdü. Xalq, böyük idarəetmə təcrübəsi olan, xalqın taleyini həmişə özündən öndə tutan, idarəetmənin memarını israrla hakimiyyətə dəvət edirdi. Xalq Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya gəldi... Gəldi və böyük dövlətlərin ölkəmizə qarşı möhtəşəm saraylarda qurduqları mənfur planları pozdu. Gəldi, ölkəmizi və xalqımızı gözlənilən dəhşətli hadisələrdən və bəlalardan xilas etdi. Gəlməsəydi, müstəqil Azərbaycanın taleyi Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli olacaqdı. 

Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı başladı. Böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın ölkəmizə etdiyi təcavüz və bunun da nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də, daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".

15 iyun Azərbaycan xalqı üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik xalqımızın taleyinə və tariximizə qızıl hərflərlə əbədi həkk olunmuş bir gün - Milli Qurtuluş Günüdür. İyunun 15-i xalqımız üçün tarixin ən şanlı günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. O tarixi gündə Ulu Öndər xalqa müraciətində proqram xarakterli çıxış edərək demişdi: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır". Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz". Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. "Olum, ya ölüm" dilemması qarşısında  qalmış Azərbaycan Heydər Əliyevin praqmatik fəaliyyəti nəticəsində qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu. Milli Qurtuluş Günü  1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə - Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Azərbaycanı məhv olmaqdan qurtaran Heydər Əliyev müstəqilliyimizi daimi, əbədi, sarsılmaz və dönməz etdi. 

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Ulu Öndərin düşünülmüş uzaqgörən fəaliyyəti sayəsində 1994-cü ilin may ayında həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Məhz atəşkəs haqqında müqavilə imzalandıqdan  sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi. Öz iqtisadi potensialından səmərəli istifadə edən Azərbaycan dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar imzaladı. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. 

Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı ilə bütün dünya azərbaycanlılarının Lideri olmaqla ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi Azərbaycan tarixində əbədiyaşarlıq ömrü qazanmış dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür.

15 oktyabr 2003-cü il prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev 1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciət etmişdir: "...Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişafdadır, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir. Onun xalqımız, Vətənimiz qarşısında ən böyük xidmətlərindən bir məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, ləyaqətli bir varisi - İlham Əliyevi yetişdirməsidir. Azərbaycan Ümummilli Liderin müəyyən etdiyi strateji və alternativi olmayan siyasi xətlə inamla irəliləyir. Azərbaycan qüdrətli ölkə olaraq dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi əsl Azərbaycandır. 

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Ulu Öndərin siyasi kursuna sadiqlik Azərbaycanı dünyada qalib, qüdrətli  dövlət kimi tanıtdı. Dövlətimizin başçısı ata vəsiyyətini yerinə yetirərək torpaqlarmızı işğaldan azad etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa edərək müstəqillik tariximizdə əbədi izini qoydu.  Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Nə qədər ki Azərbaycan var, nə qədər ki Azərbaycan xalqı var, o qədər də bu dövləti quran, onu əbədi inkişaf yoluna çıxaran Heydər Əliyev xalqın qəlbində əbədi yaşayacaq.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər  

22:39
07 İyul

“Həmrəyliyin təşviqi: humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım” mövzusunda müzakirələr aparılıb  

22:38
07 İyul

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusu müzakirə edilib  

22:37
07 İyul

“Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda panel müzakirəsi olub  

22:36
07 İyul

Ukrayna Rusiyanın hərbi təmayüllü zavoduna hava zərbələri endirib  

22:35
07 İyul

Ermənistan parlamenti Seyran Ohanyanın deputat toxunulmazlığını ləğv edib  

22:34
07 İyul

Dövlət Komitəsinin sədri Bahar Muradova Balakən rayonunda vətəndaşlarla görüşəcək  

22:33
07 İyul

Azərbaycanı kişi voleybolçular arasında avrokuboklarda təmsil edəcək komandalar bəlli olub  

22:32
07 İyul

Azərbaycanın qaz ixracında 16 illik rekord nailiyyəti 

20:00
07 İyul

Ersin Tatar Azərbaycan və Şimali Kiprin biznes icmalarını daha fəal əməkdaşlığa çağırıb

19:59
07 İyul

Azərbaycan və Türkiyə Ali məhkəmələri arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb  

19:56
07 İyul

Heydər Əliyev Beynəlxalq Aeroportuna enerji idarəetməsi üzrə beynəlxalq sertifikat verilib  

19:54
07 İyul

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib  

19:51
07 İyul

Azərbaycan və Çin arasında Lyanyunqan–Bakı marşrutu üzrə müntəzəm dəmiryol xidmətinin təşkili prioritetdir  

19:48
07 İyul

Konstitusiya Məhkəməsində yeni hakimlərin kollektivə təqdim edilməsi ilə bağlı tədbir keçirilib  

19:46
07 İyul

Bakıda “Biznes hüququ” mövzusunda 9-cu Beynəlxalq Yay Hüquq Məktəbinin açılışı olub  

19:44
07 İyul

Mərakeşli jurnalistlər Xankəndi və Şuşada olublar  

19:42
07 İyul

Azərbaycan ilə Pakistan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

19:38
07 İyul

Leysan olacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ  

19:37
07 İyul

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub  

19:36
07 İyul

Fransanın “Rafale” qırıcılarının növbəti uğursuzluğu: Belçika və Peru ondan imtina etdi  

16:37
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!