18 İyul 2025 08:00
3633
SİYASƏT
A- A+
Azərbaycan yeni dünya nizamında da söz sahibidir

Azərbaycan yeni dünya nizamında da söz sahibidir


Azərbaycanı dünyaya tanıdan yalnız neft-qaz amili deyil. Azərbaycanı dünyaya təqdim edən həm də müstəqil və çoxvektorlu xarici siyasət yürüdən dövlət olması, qlobal miqyasda sülhə və təhlükəsizliyə layiqli töhfələr verməsidir. Ən əsası, Ermənistan tərəfindən işğal olunmuş ərazilərini müharibə yolu ilə azad etməsi və dinamik inkişaf yolu ilə addımlaması dünyada Azərbaycanla bağlı olan yüksək təəssüratları daha da möhkəmləndirir.


İlham ƏLİYEV: "Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur"


Elə bu amillər həm də Azərbaycana Cənubi Qafqazın aparıcı dövləti statusu qazandırıb, onu beynəlxalq səviyyədə söz sahibi olan dövlətlərin cərgəsinə yüksəldib. Təsadüfi deyil ki, aktual məsələlərlə bağlı beynəlxalq münasibətlərdə ölkəmizlə hesablaşır, rəsmi Bakının mövqeyini bölüşürlər. Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışında dediyi kimi: "Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".  Dövlət başçısının bu sözləri də təsdiq edir ki, Azərbaycan regionun aparıcı və söz sahibi olan dövlətidir və Bakı ilə razılaşmayanlara burada yer yoxdur.

Bu isə Azərbaycanın qətiyyətli siyasəti, regional və qlobal məsələlərlə bağlı dəqiq mövqeyi olan dövlət olduğunu nümayiş etdirir. Bu barədə çoxsaylı misallar çəkmək olar. Hələ illər öncə Azərbaycanın Xəzərdən hasil etdiyi nefti alternativ marşrutla dünya bazarlarına çıxarması müstəqil enerji siyasətinin təcəssümü idi. Bu siyasətin başqa bir göstəricisi 2020-ci ilin sonundan başlayaraq Azərbaycanın təbii qazının birbaşa Avropa bazarlarına çatdırılmasıdır. Eləcə də Azərbaycanın nəqliyyat  dəhlizləri ilə bağlı rəqabətdə qazandığı uğurlar da ölkəmizin qətiyyətli siyasətinin təzahürüdür. Reallıq ondan ibarətdir ki, regiondakı bütün aparıcı və qitələri birləşdirən enerji və nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycandır. Ölkəmizin iştirakı olmadan hər hansı regional və beynəlxalq statuslu layihənin reallaşdırılması, demək olar ki, mümkün deyil.

Bu layihələrdən yararlananlar həm də Gürcüstan, Türkiyə, Avropa və Orta Asiya dövlətləridir. Respublikamızdan keçən nəqliyyat dəhlizləri Şərqlə Qərbi, Şimalla Cənubu bir-birinə daha yaxın edir, dövlətlərarası iqtisadi əməkdaşlığı dərinləşdirir. Azərbaycanın enerji siyasəti isə dost dövlətlərin, habelə Avropa İttifaqına üzv ölkələrin milli maraqlarını da qoruyur.

Regionda oyundankənar  vəziyyətə salınan yalnız Ermənistandır. İşğal siyasətinə görə Azərbaycan bu dövləti bütün layihələrdən kənarda saxlayıb, onu regional və transkontinental inteqrasiyalardan təcrid edib.  Azərbaycanın iradəsi xaricində Ermənistanın bu vəziyyətdən çıxması mümkün deyil.


Azərbaycan yeni dünya nizamının formalaşmasına real təsiri olan dövlətlərdəndir


Digər tərəfdən, Azərbaycan həm də regional və qlobal gündəliyi müəyyən edən dövlətdir. Söz sahibi kimi fərqlənməsinin göstəricisi olaraq respublikamız həm təmsil olunduğu coğrafiyada, həm də dünyada aktuallıq kəsb edən problemlərin həlli prosesində fəallıq nümayiş etdirir. Hələ 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verən Azərbaycan sonrakı dövrdə Qoşulmama Hərəkatının sədri kimi də bu prosesdə bir daha fəal iştirak etdi.

Onu da qeyd edək ki, beynəlxalq münasibətlər sistemi uzun müddətdir ki, dərin böhran içərisindədir. Dünyanın siyasi mənzərəsi təzadlarla, qeyri-müəyyənliklərlə, qarşıdurmalarla, gərginliklərlə doludur. Qlobal səviyyədə qəbul olunmuş hüquq prinsiplərinin və normaların kobud şəkildə tapdalanması, dövlətlərin ərazi bütövlüyünün pozulması, ənənəvi siyasi institutların sarsılması bu düzənin ayrı-ayrı elementləridir.  Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır.  Bu mənada qlobal gündəmin əsas müzakirə mövzularından biri yeni dünya nizamının formalaşması ilə bağlıdır. 

Həm də siyasi və hərbi qütbləşmənin dərinləşdiyi belə bir dövrdə milli maraqları təmin edən siyasi kurs həyata keçirmək hər bir dövlətdən güclü səy, diplomatik məharət və xüsusi imkanlar tələb edir. Olduqca mühümdür ki, belə bir şəraitdə milli mənafelərini təmin edən Azərbaycan regionun orta gücü olaraq, yeni dünya nizamının formalaşmasına real təsiri olan dövlətlərdəndir. Cənubi Qafqazda aparıcı dövlət olması, həyata keçirdiyi kommunikasiya layihələri respublikamıza bu müstəvidə böyük imkanlar qazandırır.  

Onu da qeyd edək ki, son illərdə Azərbaycanın Qlobal Cənubda nüfuzu sürətlə yüksəlməkdədir. Bunun da əsas səbəbi Bakının qlobal qeyri-bərabərliyin azaldılmasına  verdiyi töhfələrdir. Həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi dövründə respublikamız bu istiqamətdə nümunəyə çevrilən fəaliyyət ortaya qoyub. Məhz Azərbaycanın qətiyyətli siyasəti nəticəsində inkişaf etməkdə olan dövlətlərin səsi, onların üzləşdikləri problemlər mötəbər platformalardan dünyanın diqqətinə çatdırılıb. Respublikamızın strateji təşəbbüsləri ona Qlobal Cənub və Qərb arasında mühüm körpü rolunda çıxış etməyə imkan verir.

Dəyişikliklərə məruz qalan dünya nizamı, dünyanın siyasi qütbləri arasında yeni müstəviyə qədəm qoyan, eyni zamanda dərinləşən gərginliklər Avropa İttifaqını da Azərbaycanla bağlı siyasətində korrektələr etməyə, ölkəmizlə bağlı yanlış siyasətindən əl çəkməyə vadar edir. İndi özünün iqtisadi təhlükəsizliyi ətrafında daha çox düşünməyə məcbur olan Avropa İttifaqı bu məsələdə Azərbaycanla tərəfdaşlığın da mühüm rol oynadığının qənaətindədir.  Son aylarda baş verən bir sıra hadisələr bunu deməyə əsas verir. Avropa İttifaqı da Azərbaycanın dünya nizamındakı rolunu, qlobal proseslərə təsir imkanlarını görür və qiymətləndirir.

Azərbaycan yeni dünya nizamına söz sahibi, güclü və aparıcı mövqelərə malik dövlət kimi daxil olur. Eyni zamanda təkcə regional deyil, geopolitik maraqları olan dövlətə çevrilməsi Azərbaycanın müasir tarixinin əsas reallıqlarından biridir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

Ukrayna mediası Prezident İlham Əliyevin Almaniyaya səfərinə geniş yer ayırıb

13:18
22 İyul

DSMF-nin xərcləri artıb

12:58
22 İyul

“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb

12:57
22 İyul

Sabahın hava proqnozu açıqlanıb

12:41
22 İyul

ABŞ qüvvələri Oman körfəzi sahilindəki İran şəhərlərinə hücum edib  

12:41
22 İyul

Göygöldə Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib  

12:33
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!