28 Oktyabr 2022 11:04
465
CƏMİYYƏT
A- A+
Azərbaycan və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq daha da genişləndirilir  

Azərbaycan və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq daha da genişləndirilir  

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Keçid və inkişaf etmiş ölkələr bölməsinin direktoru Habip Asan ilə onlayn formatda görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Görüşdə ölkəmizin ÜƏMT ilə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edən K.İmanov artıq ikinci dəfə H.Asan ilə görüşündən məmnun olduğunu bildirib. Qeyd edib ki, müasir dövrdə əqli mülkiyyət institutunun qarşısında duran bir sıra nəzəri məsələlərin, o cümlədən müəlliflik hüququ və sənaye mülkiyyətinin qarşlıqlı əlaqəsinin tədqiqinin davam etdirilməsi vacibdir.

K.İmanov əqli mülkiyyətin əsas qolllarından biri olan müəlliflik hüququ sahəsində Milli Strategiyanın bir neçə il əvvəl hazırlandığını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Əqli Mülkiyyət Agentliyi yaradıldıqdan sonra əqli mülkiyyətin sənaye mülkiyyəti ilə bağlı hissəsini də əhatə edən yeni strategiyanın hazırlanması üzərində iş aparıldığını və bu sahədə ÜƏMT-nin dəstəyinin zəruri olduğunu diqqətə çatdırıb.

Agentliyin rəhbəri Qlobal İnnovasiya İndeksinin (Qİİ) tərtibində bəzi boşluqların olduğunu vurğulayaraq Qİİ-nin Azərbaycana aid hissələrinin geniş təhlilinin aparıldığını, bu məsələnin müxtəlif formatlarda müzakirə olunduğunu bildirib. O, bu sahədə ÜƏMT-nin aidiyyəti struktur bölmələri ilə Qİİ-nin tərtibi məsələləri barədə Azərbaycanın müvafiq strukturlarının nümayəndələrinin iştirakı ilə geniş tərkibli görüşün keçirilməsini təklif edib.

K.İmanov "İxtiraçılıq fəaliyyətinin stimullaşdırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 15 iyun tarixli Fərmanına əsasən ixtira və faydalı modellərin Patent Əməkdaşlıq Sazişi (PCT) beynəlxalq sistemi vasitəsilə xarici dövlətlərdə patentləşdirilməsi və onların ilk üç il müddətində qüvvədə saxlanılması üçün Azərbaycan Respublikasının vətəndaşı olan hüquq sahiblərinin ödədikləri xərclərin 50 faizinin dövlət tərəfindən maliyyələşdiriləcəyini bildirib.

Görüş üçün təşəkkürünü bildirən H.Asan ÜƏMT-nin ölkəmizlə əməkdaşlığının davam etdirilməsində maraqlı olduğunu vurğulayaraq birgə fəaliyyətin istiqamətlərinin dəqiq müəyyən edilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, əqli mülkiyyət institutunun müasir çağırışlara cavab verməsi imkanları qarşılıqlı əlaqələr nəticəsində vahid əqli mülkiyyət ekosisteminin formalaşmasından keçib. O, bu prosesdə hüquqi bazanın təkmilləşdirilməsi və hüquqların qorunmasının etibarlığını təmin etməklə bərabər, əqli mülkiyyətin iqtisadi proseslərə daha dərindən nüfuz etməsi, innovasiyaların tətbiqi, texnologiyaların transferi və kommersiyalaşdırılması, kiçik və orta sahibkarlığa dəstək olması ilə cəmiyyətlərin rifahının yüksəldilməsinə yönəldiyini diqqətə çatdırıb.

Görüşdə 2023-cü il ərzində həyata keçiriləcək birgə tədbirlər çərçivəsində əqli mülkiyyətə dair digər məsələlər də müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısının cinayət əməlləri ifşa olunub 

12:31
15 Dekabr

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

12:09
15 Dekabr

Doqquz ayda Azərbaycana xaricdən 850 milyon dollar pul köçürülüb  

12:06
15 Dekabr

Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb  

11:29
15 Dekabr

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb  

11:27
15 Dekabr

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!