01 İyun 2026 10:53
109
CƏMİYYƏT
A- A+
Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasətinə malikdir  

Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasətinə malikdir  


BMT-nin Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Sosial dövlət olan Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində də fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, inkişafına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan verib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ölkəmizdə bir çox kateqoriyalardan olan uşaqlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə sosial ödənişlər həyata keçirilir. Onların sırasına əlilliyi olan uşaqlar, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları daxildir. Habelə əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlərə, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına, övladlığa və himayəyə uşaq götürənlərə aylıq sosial ödənişlər edilir. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir. Son 7 ildə ölkədə icra olunan 5 sosial islahat paketi çərçivəsində bu sosial ödənişlərdə də dəfələrlə artım baş verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci il oktyabrın 22-də açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan və digər həssas qruplara aid uşaqların da reabilitasiyası, istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün mühüm işlər aparılır. Mərkəzdə və onun İsmayıllı, Bərdə rayonlarındakı filiallarında ötən dövrdə 1000 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 443 nəfərini uşaqlar təşkil edib.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində müasir tələblərə uyğun qurulan sosial xidmət müəssisələrində həssas qruplar aid uşaqlar reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilirlər. Bu kateqoriyadan olan uşaqlar, habelə onların valideynləri günərzi qayğı mərkəzləri və sosial xidmət mərkəzlərinin xidmətlərindən də yararlanırlar. Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində isə əlilliyi olan uşaqlar stasionar, ambulator, icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunurlar. Həmin mərkəzlərdə bu ilin ötən dövründə 14400 uşağa reabilitasiya xidmətləri göstərilib.

Övladlığagötürmə, himayədar ailə və uşaqların ailələrə reinteqrasiyası sahəsində də mühüm işlər görülür. Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsinin nazirliyə həvalə olunduğu 2019-cu ildən indiyədək 884 uşaq övladlığa verilib. Son illər ölkəmizdə “Himayədar ailə” modeli də tətbiq edilir və ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neft qiymətləri 6 həftəlik ən aşağı səviyyədən yenidən yüksəlib  

12:11
01 İyun

Paşinyan: Ermənistan Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üzərində çalışır

12:07
01 İyun

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib

11:49
01 İyun

Tahir Budaqov: Çoxqütblü dünyada suverenliyin qorunması xüsusi əhəmiyyət daşıyır  

11:42
01 İyun

“Bakı Enerji Həftəsi”nin iştirakçılarına

11:36
01 İyun

Rusiya aviayanacaq ixracına müvəqqəti qadağa qoyub

11:28
01 İyun

Neft qiymətlərinin bahalaşması və ABŞ dollarının güclənməsi qızılın qiymətinə təsirsiz ötüşmür

11:24
01 İyun

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

11:21
01 İyun

Prezident: Bu gün tərəfdaşlarımızla enerji kabelləri ilə bağlı sıx əməkdaşlıq edirik

11:17
01 İyun

Son iki gündə 66 cinayətin açılması təmin edilib

11:13
01 İyun

Media: Afrikanın 41 ölkəsində ABŞ-nin səfiri yoxdur

11:09
01 İyun

Azərbaycan Prezidenti: Qlobal enerji təhlükəsizliyinə töhfəmiz mütləq artacaq

11:07
01 İyun

Media: Afrikanın 41 ölkəsində ABŞ-nin səfiri yoxdur

11:06
01 İyun

Gürcüstanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib

11:01
01 İyun

Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində fəal dövlət siyasətinə malikdir  

10:53
01 İyun

Prezident İlham Əliyev: Bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir

10:43
01 İyun

Cənubi Koreyanın ixracı mayda rekord həddə çatıb

10:41
01 İyun

Dünya bazarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb

10:39
01 İyun

Prezident: Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz

10:37
01 İyun

Prezident İlham Əliyev: Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu  

10:29
01 İyun

Dünya birjalarında neft bahalaşıb

10:21
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!