14 İyul 2026 00:01
175
SİYASƏT
A- A+
Azərbaycan–Slovakiya münasibətləri: siyasi dialoqdan strateji tərəfdaşlığa TƏHLİL 

Azərbaycan–Slovakiya münasibətləri: siyasi dialoqdan strateji tərəfdaşlığa TƏHLİL 

Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə məzmun və intensivlik baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun fəallaşması, iqtisadi və enerji əməkdaşlığının genişlənməsi, müdafiə sənayesi, nəqliyyat, humanitar sahələrdə yeni istiqamətlərin formalaşması, eləcə də Qarabağın bərpasında birgə layihələrin həyata keçirilməsi Bakı ilə Bratislava arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu 2009-cu ildə fəaliyyətə başlayıb, 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər açılıb. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib.

Yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın inkişafına təkan verir

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayıb. Prezident İlham Əliyevin 2004-cü ildə Slovakiyaya işgüzar səfəri siyasi dialoqun inkişafına mühüm təkan verib. Sonrakı dövrdə Slovakiyanın baş nazirləri, xarici işlər nazirləri, parlament nümayəndə heyətləri və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri əməkdaşlığın davamlı xarakter aldığını nümayiş etdirib.

Azərbaycan–Slovakiya münasibətlərinin inkişafında mühüm dönüş nöqtəsi 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı baş verdi.

Prezident İlham Əliyev ilə keçirilən görüşlərin yekununda Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanması ilə Bakı–Bratislava münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu sənədlə tərəflər arasında strateji tərəfdaşlığın hüquqi-siyasi əsasları rəsmiləşdirildi.

İmzalanmış sənədlər Azərbaycan və Slovakiya arasında siyasi dialoqun daha da dərinləşdirilməsi, eləcə də ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Strateji tərəfdaşlığın elan edilməsindən sonra yüksəksəviyyəli siyasi dialoq daha da intensiv xarakter alıb. Bu prosesin məntiqi davamı olaraq Prezident İlham Əliyev 2025-ci il dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfərini həyata keçirib. Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşlərdə strateji tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat, müdafiə sənayesi, investisiya və humanitar əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

Bu səfər Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəri kimi ikitərəfli münasibətlərdə mühüm tarixi hadisə idi.

Görüşlər zamanı Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirərək Prezident Peter Pelleqrinini Azərbaycana rəsmi səfərə dəvət etmişdi. Bu gün həmin dəvətin reallaşması Azərbaycan–Slovakiya münasibətlərinin dinamik inkişafının və yüksəksəviyyəli siyasi dialoqun ardıcıl xarakter daşıdığının göstəricisidir. Prezident Peter Pelleqrininin Azərbaycana hazırkı səfəri strateji tərəfdaşlığın artıq siyasi bəyanatlardan praktiki əməkdaşlıq mərhələsinə keçdiyini, qarşılıqlı etimadın möhkəmləndiyini və ikitərəfli əlaqələrin yeni istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün əlverişli zəmin formalaşdırdığını nümayiş etdirir.

Diplomatik münasibətlər yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir

Azərbaycan və Slovakiya beynəlxalq platformalarda ortaq maraq doğuran məsələlər üzrə dialoqu davam etdirir, regional və qlobal çağırışlarla bağlı mövqelərini əlaqələndirirlər. Slovakiya Prezidentinin COP29-da iştirakı iqlim gündəliyi və dayanıqlı inkişaf sahəsində əməkdaşlığa verilən önəmi göstərib.

2026-cı il iyulun 12-də iki ölkənin Xarici İşlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələrin növbəti iclası münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım olub. Müntəzəm təmaslar qarşılıqlı etimadın artırılmasına və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi ilə Slovakiya Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkə arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verib.

Hazırda Bakı və Bratislava arasında münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə konkret layihələr və qarşılıqlı faydalı təşəbbüslər əsasında inkişaf edir. Yüksəksəviyyəli siyasi iradə və qarşılıqlı etimad Azərbaycan–Slovakiya strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşməsi üçün möhkəm zəmin yaradır.

Parlament diplomatiyası: əməkdaşlıqda mühüm istiqamət

Parlament diplomatiyası da əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan–Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Slovakiya parlamentində yaradılan dostluq qrupu qanunverici orqanlar arasında dialoqun davamlılığını təmin edir. Parlament sədrlərinin və deputatların qarşılıqlı səfərləri siyasi münasibətlərin möhkəmlənməsinə əlavə töhfə verir.

İqtisadi əməkdaşlıq münasibətlərin əsas dayağıdır

Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb.

Enerji sahəsi Azərbaycan–Slovakiya əməkdaşlığının strateji istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Slovakiya enerji təchizatının şaxələndirilməsinə böyük önəm verir. Azərbaycan isə etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji təhlükəsizliyində rolunu ardıcıl şəkildə gücləndirir. Bu baxımdan, "Həmrəylik Halqası" təşəbbüsü Xəzər regionunun enerji resurslarının Mərkəzi və Şərqi Avropaya çatdırılmasını təmin edən mühüm regional layihələrdən biri hesab olunur.

Enerji tərəfdaşlığının praktik nəticələri artıq görünməkdədir. 2024-cü il dekabrın 1-dən ilk dəfə Azərbaycan qazının Slovakiyaya ixracına başlanılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının yeni mərhələyə keçdiyini və Slovakiyanın enerji təchizatının şaxələndirilməsində Azərbaycanın rolunun artdığını göstərir.

Müdafiə sahəsində əməkdaşlıq genişlənir

Azərbaycan və Slovakiya arasında müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin inkişaf edən istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlığın hüquqi bazası 2024-cü ilin mayında Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri çərçivəsində yaradılıb. Səfər zamanı tərəflər arasında “Hərbi-texniki əməkdaşlıq haqqında Memorandum” və “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanmışdı.

2025-ci ildə Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində isə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiyanın Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Bu sənəd müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsi və qarşılıqlı fəaliyyətin inkişafı üçün əlavə hüquqi baza formalaşdırır.

Azərbaycan–Slovakiya müdafiə sənayesi əməkdaşlığının növbəti mərhələsi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show” beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılaşma ilə bağlıdır. Slovakiyanın “ZŤS Špeciál” şirkəti ilə imzalanmış çərçivə sazişi şirkət tərəfindən istehsal olunan SAM-120 avtomatik minaatan sistemlərinin Azərbaycana tədarükünü nəzərdə tutur. İlkin mərhələdə 96 ədəd sistemin alınması ilə bağlı danışıqların aparıldığı bildirilir.

Azərbaycan və Slovakiya arasında yaradılmış hüquqi baza və həyata keçirilən müdafiə sənayesi layihələri iki ölkə arasında hərbi-texniki əlaqələrin dərinləşdirilməsinə, müdafiə sənayesi potensialının artırılmasına və uzunmüddətli tərəfdaşlığın inkişafına mühüm zəmin yaradır.

Qarabağın bərpasında Slovakiya da iştirak edir

Qarabağın bərpası Azərbaycan–Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində "Ağıllı kənd" konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir.

Bakı-Bratislava-Bakı

Nəqliyyat və humanitar əlaqələrin inkişafı da Azərbaycan–Slovakiya münasibətlərinin prioritet istiqamətlərindən biridir. Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının planlaşdırılması turizm, biznes və humanitar əməkdaşlığın genişlənməsinə mühüm təkan verəcək. Yeni hava marşrutu iki ölkə arasında nəqliyyat bağlantılarını gücləndirməklə yanaşı, işgüzar səfərlərin və qarşılıqlı turist axınının artmasına, vətəndaşların Mərkəzi Avropaya daha rahat və əlverişli çıxış əldə etməsinə imkan yaradacaq. Eyni zamanda, bu təşəbbüs Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirən və Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun növbəti mühüm addımdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldiv Respublikasının Prezidenti Zati-aliləri cənab Məhəmməd Muizzuya

11:23
26 İyul

Xəzər dənizində zəlzələ olub

11:01
26 İyul

İsti havanın insan orqanizminə mənfi təsiri və ondan qorunma üsulları

10:56
26 İyul

WSJ: ABŞ–İran müharibəsi aylarla davam edə bilər

10:31
26 İyul

ABŞ uranı ələ keçirmək üçün İrana minlərlə əsgər göndərə bilər

10:19
26 İyul

“Yay Fest”də media və rəqəmsal savadlılığa həsr olunan düşərgə keçirilib

10:10
26 İyul

Kiyevə ballistik raket zərbələri endirilib, dağıntılar var

09:14
26 İyul

İstanbul hava limanı gündəlik 1623 aviareys sayı ilə Avropada birinci olub

09:07
26 İyul

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!