№ 36
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sisteminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyul tarixli 668 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 630 (Cild I) ilə təsdiq edilmiş “Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bəndin birinci abzasında “müxtəlif koordinat sistemləri” sözləri “UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi)” sözləri ilə əvəz edilsin;
1.2. 3.3-cü bəndin üçüncü abzası ləğv edilsin;
1.3. 3.6-cı bənddə “sahəvi və milli koordinat sistemlərində aparılmaqla, beynəlxalq koordinat sistemlərinə uyğunlaşdırılır” sözləri “UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-də (beynəlxalq koordinat sistemində) aparılır” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 dekabr tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 12, maddə 801 (Cild I) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya materiallarından istifadəyə görə ödəmə dərəcələri”nin “İstehlakçının birdəfəlik sifarişi (tələbnaməsi) əsasında materialların seçilməsi, ayrılması ilə əlaqədar xidmətlər və işlər” bölməsinin 9-cu hissəsinin üçüncü abzasının sonunda nöqtəli vergül işarəsi qoyulsun və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
“• obyektlərin UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-də (beynəlxalq koordinat sistemində) olan coğrafi və geodezik koordinatları”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 oktyabr tarixli 156 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 639 (Cild I); 2024, № 1, maddə 116) ilə təsdiq edilmiş “Geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarəti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
3.1. 10.14-cü bənddə “istənilən koordinat sistemlərindəki” sözləri “UTM-ə (xəritə proyeksiyasına) əsaslanan WGS-84-dəki (beynəlxalq koordinat sistemindəki)” sözləri ilə əvəz edilsin;
3.2. 10.15-ci bənd ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 3 ” “ fevral ” 2026-cı il