Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" 1997-ci il 30 aprel tarixli 560 nömrəli, "Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında" 2000-ci il 20 may tarixli 423 nömrəli, "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli, "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında" 2006-cı il 6 mart tarixli 1348 nömrəli, "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli, "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli, "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli, "Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında" 2007-ci il 28 fevral tarixli 2006 nömrəli və "Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" 2007-ci il 6 mart tarixli 2015 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 9, maddə 512; 2007, № 9, maddə 871; 2008, № 9, maddə 797; 2010, № 6, maddə 501; 2020, № 3, maddə 305) 1-ci hissəsində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 349; 2004, № 7, maddə 568; 2014, № 4, maddə 391; 2015, № 11, maddə 1301; 2017, № 1, maddə 51; 2020, № 3, maddə 303, № 7, maddə 913) 1-ci hissəsində "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
3. "YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 sentyabr tarixli 1006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 826; 2006, № 9, maddə 743; 2014, № 9, maddə 1027; 2015, № 3, maddə 286; 2016, № 7, maddə 1282; 2017, № 8, maddə 1521; 2018, № 8, maddə 1779; 2019, № 11, maddə 1751; 2020, № 2, maddə 170) 3-cü hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə Dövlət Komissiyası və Dövlət Proqramının hazırlanması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 1348 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 245, № 7, maddə 588; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1301; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 51, № 8, maddə 1521) 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
"Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının maliyyə naziri
Azərbaycan Respublikasının xarici işlər naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının səhiyyə naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi.".
5. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 10, maddələr 878, 888; 2012, № 2, maddə 136; 2014, № 2, maddə 112, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 1, maddə 79; 2021, № 7, maddə 819) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1111; 2007, № 11, maddə 1133; 2009, № 2, maddə 74; 2010, № 2, maddə 80, № 6, maddə 501; 2012, № 2, maddə 135; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2018, № 11, maddə 2334; 2021, № 9, maddə 1031) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
7. "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1134; 2012, № 2, maddə 117; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521; 2018, № 6, maddə 1285; 2019, № 10, maddə 1671; 2021, № 9, maddə 1030) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
8. "Dövlət əmlakının özəlləşdirilməsinə nəzarət üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 fevral tarixli 2006 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 179; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1521; 2021, № 1, maddə 77) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
9. "Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 247; 2008, № 11, maddə 1030; 2009, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 110; 2014, № 2, maddə 112, № 4, maddə 391, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677; 2021, № 7, maddə 811) 1-ci hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar" sözləri "rəqəmsal inkişaf və nəqliyyat" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
AFFA “Qarabağ” – “Neftçi” oyununda baş verənləri araşdırıb
08 May
Eçmiadzin arxiyepiskopu Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
08 May
Kosmos üçün nəzərdə tutulmuş yeni skafandr təqdim edilib
08 May
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
08 May
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
08 May
Bolqarıstan Prezidenti Rumen Radev Bakıda şəhidlərin xatirəsini anıb
08 May
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub
08 May
Sahib Məmmədov: Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb
08 May
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb
08 May
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
08 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!