Tender 1 LOT üzrə keçirilir.
LOT 1: “Aztelekom” MMC tərəfindən tələb olunan FO, TPP tipli kabellər və naqillərin satın alınması
Tenderdə yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin Əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 (Əlaqələndirici şəxs: Faiq Mustafayev, tel: (012) 344-00-00 (372); e-mail: [email protected]) ünvanından əldə edə bilərlər.
Tenderdə iştirak haqqı: 1500 manat
Müəssisənin adı: “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
Hesab nömrəsi: AZ62AZPO 91015461200420100166
Müəssisənin VÖEN-i: 9900038501
Ünvan: AZ1122, Bakı şəh., Tbilisi prospekti -187
Bankın adı: Azərpoçt MMC PF 1
Kodu: 691011
Bankın VÖEN-i: 9900037711
Müxbir hesab: AZ76NABZ 01350100000000094944
S.W.I.F.T BİK: AZPOAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır);
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanlarından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında maliyyə hesabatı;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- tender təklifini və müqaviləni imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəzifəyə təyin edilməsi barədə əmr və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə) iddiaçı tərəfindən möhürlə təsdiq edilmiş surəti;
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının analoji işlər üzrə iş təcrübəsini təsdiq edən sənədlər;
- iddiaçının müştəri bazası haqqında məlumatlar;
- təklif olunan malların mənşə və keyfiyyət sertifikatları;
- tenderin Əsas şərtlər toplusunda nəzərdə tutulan və tenderin Əsas şərtlər toplusunun tələblərindən irəli gələn digər sənədlər.
İddiaçı təqdim edəcəyi malların keyfiyyətini təsdiqləyən hər hansı digər məlumatları da təqdim edə bilər.
Azərbaycan Respublikasından olan iddiaçıların tenderə təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib olunmalıdır. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş, müvafiq qaydada leqallaşdırılmış və ya apostil olunmuş və notarial qaydada təsdiq edilmiş nüsxəsini mütləq əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
İddiaçılar tender təkliflərini 2 (iki) nüsxədə (əsli və surəti) təqdim etməlidirlər. İddiaçıların təkliflərinin əsli və surəti arasında fərqlər olduqda üstünlük “Əsli” sözü yazılmış nüsxəyə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
Tender təkliflərinin qiymətləndirilməsi zamanı onların bu sahədəki çoxillik təcrübəsi, yerli şirkətlərə göstərdiyi təchizat işinin keyfiyyəti, müqavilə imzaladıqları şirkətlər tərəfindən təqdim olunan tövsiyə məktublarının olması nəzərə alınacaqdır.
İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istisna olmaqla) 01 mart 2021-ci il saat 17:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 16 mart 2021-ci il saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanına (“Aztelekom” MMC-nin Tender komissiyasına) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır
İddiaçıların təklifləri 17 mart 2021-ci il saat 12:00-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 187 ünvanında - “Aztelekom” MMC-nin inzibati binasında açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası