26 Yanvar 2026 17:36
466
İQTİSADİYYAT
A- A+
Azərbaycan qlobal siyasətin sadəcə subyekti deyil, fəal aktoruna çevrilir  

Azərbaycan qlobal siyasətin sadəcə subyekti deyil, fəal aktoruna çevrilir  


ABŞ-da Donald Trampın Prezident seçilməsi ilə rəsmi Vaşinqtonun istər daxili, istərsə də xarici siyasətində əsaslı dəyişikliklərin baş verdiyi müşahidə olundu. Amerikada bir sıra siyasi partiya və hərəkat fəaliyyət göstərsə də siyasi isteblişmenti əsasən iki düşərgə təmsil edir ki, bunlardan da biri respublikaçılar, digəri isə demokratlar partiyasıdır.

AZƏRTAC xəbər verir ki, ABŞ mətbuatında respublikaçılar, hətta, “müharibə partiyası” da adlandırılır.

Vyetnam müharibəsi, İraqa, Əfqanıstana müdaxilə məhz respublikaçı prezidentin ölkəyə rəhbərliyi dövründə baş verib. Siyasi təhlilçilər bunu respublikaçıların ABŞ-ın hərbi-sənaye kompleksində fəaliyyət göstərən iri korporasiyalarla əlaqədə olmasında görürlər. Silah istehsalı, ixracı və satışı bu şirkətlərin monopoliyasındadır və milyardlarla dollar qazanırlar. Demokratlar bir neçə dəfə ABŞ-da açıq silah satışını qadağan etməyə çalışsalar da, buna nail ola bilməyiblər. ABŞ-da hər evdə silahın olması heç kimə sirr deyil. Demokratlar isə daha çox “yumşaq gücə” istinad edərək ölkədə liberal iqtisadiyyatı inkişaf etdirməyə və dünyada insan hüquqlarını, mətbuat, vicdan azadlığı kimi dəyərləri dəstəkləməyə üstünlük verirlər.

Prezident D. Tramp respublikaçıları təmsil etsə də onun siyasətinin əsas vektorunu ABŞ-ın iqtisadi maraqlarını qorumaq və gücünü dünyaya nümayiş etdirmək təşkil edir. Onun daxildə miqrantlara qarşı siyasəti ilə dünyada münaqişə və müharibələri dayandırmaq istiqamətindəki səyləri bir birini tamamlayır.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə miqrantlar hər il 10 milyard dollardan artıq vəsaiti ölkədən çıxarırlar ki, bu da iqtisadiyyata zərbə vurur. Onların iştirakı ilə korrupsiya əməlləri daha da genişlənir. COVİD-19 zamanı Minnepolis ştatında 1 milyard dollardan çox büdcə vəsaitinin sığorta şirkətləri tərəfindən oğurlanması buna sübutdur.

Xarici siyasətdə isə D. Tramp bir tərəfdən gücə, digər tərəfdən isə sabitlik və iqtisadi əməkdaşlığa üstünlük verir. ABŞ Prezidentinin Sülh Şurası yaradaraq dünyanın ən qədim və ən kəskin xarakter daşıyan Fələstin problemini həll etməyə çalışması da buna sübutdur. D. Tramp həm respublikaçılar, həm də demokratların siyasi xəttini birləşdirərək sintez olunan yeni siyasi xətt yürüdür.

Azərbaycan-ABŞ əlaqələrinin son illər korlanmasının səbəbi demokrat Cozef Baydenin demokratik oyunlarında idi. Heç bir reallığı, geosiyasi vəziyyəti nəzərə almadan azadlığı “gözə soxan” C. Bayden ABŞ-ın siyasi tarixində ən “fərasətsiz prezident” kimi qalacaq. Lakin D. Tramp bütün reallıqları nəzərə almaqla konfrontasiya xətti deyil, kompromis xətti tutur və son dövrlər iki ölkə arasındakı əlaqələrin yaxınlaşmasına da bu prizmadan yanaşmaq lazımdır.

ABŞ ordusunun Avropadakı kontingentinin komandanı, istefada olan general-polkovnik Ben Hadjes bildirib ki, hazırda Ağ Ev administrasiyasının məqsədi dünyanın müxtəlif regionlarındakı resurslara çıxış əldə etməkdən ibarətdir. ABŞ-ın Zəngəzur dəhlizinə maraq göstərərək, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışaraq regionda dayanıqlı sülh yaratmaq istəyi təsadüfi xarakter daşımır. İqtisadi əməkdaşlıq, tranzit və nəqliyyat sahəsində birgə fəaliyyət mütləq sabitlik tələb edir. Sabitlik olmayan regiona heç bir dövlət və ya şirkət sərmayə yatırıb işə başlamaz.

Ümumdünya Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşən D. Tramp regiona böyük maraq göstərdiyini bildirib. Cənubi Qafqaza nüfuz edərək geosiyasi üstünlüyü əldə saxlamağa çalışan ABŞ-ın məhz Azərbaycan ilə strateji əməkdaşlıq əlaqələri qurmaq niyyəti də təsadüfi deyil. Azərbaycanın sülh siyasəti və regionda həyata keçirdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri tək Amerikanın deyil, bütün dünyanın diqqətini çəkir. Azərbaycan Prezidentinin Sülh Şurasına dəvət edilməsi rəsmi Bakının həyata keçirdiyi iqtisadi əməkdaşlıq, dayanıqlı sülh və müttəfiqlik istiqamətində atdığı addımları ilə əlaqədardır. Azərbaycanın iqtisadi və hərbi gücü, qarşılıqlı faydalı əməkdaşlığı açıq tutan siyasi xətti onun qlobal siyasi problemlərin həllində rol almasını şərtləndirir ki, Prezident D. Tramp da bunu yüksək qiymətləndirir.

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin fevralda regiona gözlənilən səfərinin də məhz Azərbaycandan başlaması təsadüfi deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizinin müəllifi rəsmi Bakıdır. Yolun çəkilişini də həyata keçirən Azərbaycan hökumətidir və layihənin həyata vəsiqə alması üçün həm siyasi, həm də iqtisadi problemləri həll edib. ABŞ Prezidentindən sonra dünyanın ən qüdrətli dövlətinin ikinci şəxsinin Azərbaycana səfəri tanışlıq xarakteri daşıyır ki, bu da Azərbaycan üçün əlverişli məqamdır. Əvvəla Azərbaycan Prezidentinin yüksək beynəlxalq tribunalardan səsləndirdiyi reallıqlarla Cey Di Vens şəxsən tanış olacaq. Səfərdə sonra dəhlizin tamamlanması üçün texniki və təhlükəsizlik dəstəyinin də ABŞ tərəfindən təmin olunacağını, eləcə də sərmayə yatıracağını da istisna etmək olmaz. Beləliklə, Azərbaycan post-neft dövrünə tranzit imkanları ilə beynəlxalq ticarətdə aparıcı ölkə olaraq gələcək inkişafını ABŞ kimi super güc ilə əməkdaşlıqla təmin edir. Digər tərəfdən artıq Azərbaycan qlobal siyasətin sadəcə subyekti deyil, fəal aktoruna çevrilir və bu transformasiya Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra daha da sürətlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə jandarmeriyası C-130 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın gedişatı barədə  

15:49
03 Aprel

Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı nəzərdən keçirib

15:32
03 Aprel

Mənzildən istifadə hüququ hansı hallarda dövlət qeydiyyatına alına bilər? – Ali Məhkəmə izah edib  

15:27
03 Aprel

Peskov Ukraynada döyüş əməliyyatlarının dayandırılması şərtini açıqlayıb  

15:21
03 Aprel

Bakı metrosunun pik vaxtlarında qatarlar arasında interval azaldılıb

15:13
03 Aprel

Rusiya banklarının işində genişmiqyaslı sistem nasazlığı  

15:09
03 Aprel

Fransaya məxsus təyyarədaşıyan gəmi Aralıq dənizinə yerləşdirilib

15:01
03 Aprel

“Freelander”in təqdimatı  

14:57
03 Aprel

“iPhone” smartfonlarının rəng strategiyası  

14:47
03 Aprel

Azərbaycan Beynəlxalq Bankı 8 nominasiyada mükafat qazandı

14:38
03 Aprel

Ev təsərrüfatları və biznes üçün kreditlər: mart ayındakı artım davam edir   

14:33
03 Aprel

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Türk şəhid övladları Diasporla İş üzrə Dövlət Komitəsində olublar  

13:53
03 Aprel

Sabah hava yağıntılı olacaq

13:41
03 Aprel

AFFA prezidenti: Legioner limitinin ləğvindən sonra rəqabət və oyun keyfiyyəti artıb  

13:35
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!