31 Dekabr 2025 13:43
153
CƏMİYYƏT
A- A+
Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib  

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib  

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycan Ordusunun bütün qoşun (qüvvə) növlərində, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi və ictimai-siyasi əhəmiyyəti barədə ətraflı məlumat verilib, bu əlamətdar günün milli birlik, Azərbaycana məhəbbət, mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyi vurğulanıb.

Qeyd olunub ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar qəbul olunub və bu təşəbbüslə bağlı ölkə parlamentinə müraciət edilib. Həmin ilin dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə müvafiq qanun qəbul edilib.

Bayram tədbirləri zamanı müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin, eləcə də onun siyasi kursunu uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçilik və ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətləri xüsusi diqqətə çatdırılıb.

Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər nümayiş etdirilib, Vətənə və dövlətə sədaqət düşüncələrinin, eləcə də milli-mənəvi dəyərlərin aşılanması məqsədilə dəyirmi masalar, viktorinalar keçirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivlərinin təqdim etdiyi konsert proqramları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Bayram günündə, həmçinin hərbi qulluqçular tərəfindən şəhid ailələri ziyarət olunub, onlara bayram sovqatları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşada Həmrəylik Günü və Yeni il münasibətilə konsert təşkil olunub

21:31
31 Dekabr

Xocalı sakini: Çox şadıq ki, bayramı Xocalıda, öz evimizdə qeyd edirik 

19:28
31 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim mətbəx” layihəsi çərçivəsində aztəminatlı ailələrə bayram sovqatları çatdırılıb  

18:19
31 Dekabr

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub

14:59
31 Dekabr

Kubanıçbek Ömüralıyev: TDT-nin qazandığı dinamikanı davam etdirərək, qlobal nüfuzunu daha da artıracağına inanırıq  

13:57
31 Dekabr

Azərbaycan Ordusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il qeyd edilib  

13:43
31 Dekabr

Azərbaycanda gələn ilin ilk gününə olan hava proqnozu açıqlanıb  

13:03
31 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

11:53
31 Dekabr

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib  

11:53
31 Dekabr

DİN bayram günlərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı çağırış edib 

11:52
31 Dekabr

Tədqiqat: Ürək sağlamlığı üçün uzun gəzinti daha faydalıdır  

11:46
31 Dekabr

FHN Yeni il bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib  

10:17
31 Dekabr

Netanyahu: İran ballistik raket istehsalına yenidən başlayır  

09:48
31 Dekabr

Güclü, qalib və nüfuzlu Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir

09:04
31 Dekabr

Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

09:02
31 Dekabr

ABŞ Rusiya Prezidentinin iqamətgahına hücumla bağlı iddiaları araşdıracaq  

09:01
31 Dekabr

Dünyanı birləşdirən bayram

08:45
31 Dekabr

Gücümüz həmrəyliyimizdir

08:40
31 Dekabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib  

08:39
31 Dekabr

2026-cı il "Şəhərsalma və Memarlıq İli"dir

08:35
31 Dekabr

Milli irs və müasirliyin vəhdəti

08:30
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!