18 Fevral 2026 08:25
468
SİYASƏT
A- A+
Azərbaycan konstruktiv və praqmatik siyasət yürüdür

Azərbaycan konstruktiv və praqmatik siyasət yürüdür


Münxen Təhlükəsizlik Konfransı artıq təkcə təhlükəsizlik müzakirələrinin aparıldığı platforma deyil, həm də qlobal güc balansının, yeni siyasi narrativlərin və dövlətlərin mövqelərini açıq şəkildə nümayiş etdirdiyi əsas diplomatik kürsülərdən biridir. 2026-cı il Konfransının "Dağıdıcı siyasət dövrü - beynəlxalq nizama çağırışlar" mövzusu, əslində, mövcud beynəlxalq sistemin dərin böhran içində olduğunu təsdiqləyir. Qaydaların aşındığı, güc siyasətinin normativ diplomatiyanı sıxışdırdığı bir mərhələdə dövlətlər artıq daha açıq və prinsipial mövqelər sərgiləməyə məcburdurlar.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bu kontekstdə Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, xüsusilə "France 24" kanalına verdiyi müsahibə siyasi baxımdan çoxölçülü əhəmiyyət daşıyır: "Birincisi, Azərbaycan liderinin alicənablığıdır ki, adətən, ölkəmizə qarşı qərəzli mövqe tutmuş Fransa mediasında öz baxışlarını birbaşa beynəlxalq auditoriyaya çatdırdı. Bu, həm də informasiya müharibəsində diplomatik üstünlükdür. Dövlət başçımızın müharibə cinayətləri ilə bağlı Azərbaycanın məhkəmə prosesini Nürnberq ilə müqayisə etməsi hüquqi və tarixi arqumentlərə söykənən güclü siyasi mesaj idi. Burada əsas narrativ ondan ibarətdir ki, ədalət və hüquq prinsipləri selektiv yanaşma ilə tətbiq oluna bilməz. Açıq məhkəmə, beynəlxalq müşahidə imkanları və hüquqi təminatlar Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək müharibə caniləri üçün lazımi şərait yaratmışdı. Lakin onları azad etmək Nürnberq prosesindəki faşistləri azad etmək kimidir, hətta daha pisdir". 

Deputat qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Cey.Di.Vens Azərbaycana səfəri zamanı bu məsələni qaldırıb və ona ölkəmizin haqlı mövqeyi izah olunub: "Azərbaycan ABŞ-dən istədiyi hər şeyi alıb, ancaq bu məsələdə prinsipiallıq qorunub. Budur, İlham Əliyev diplomatiyasının gücü - ABŞ kimi lider ölkə ilə sövdələşmədə belə müvəffəqiyyətlə milli maraqlarımız naminə strateji, gələcəyə-yönəlik, düşünülmüş addımlar atır. Qarabağdan köçən ermənilərin qayıdışı məsələsində Prezidentin mövqeyi balanslı və qarşılıqlı yanaşmaya əsaslanır. Qayıdış hüququna Azərbaycanın universal hüquq kimi yanaşması kontekstində yüz minlərlə qərbi azərbaycanlıların taleyinin cənab Prezident tərəfindən gündəmə gətirilməsi beynəlxalq diskursda kənarda saxlanılan mühüm bir ədalətsizliyi siyasi paralellərlə ön plana çıxardı. Qarabağdan köçən ermənilərin inteqrasiyası üçün lazımi şərait yaradılsa da, bugünkü Ermənistandan zorla deportasiya olunmuş qərbi azərbaycanlılara heç bir hüquq tanınmamaqla yanaşı, onların çoxsaylı müraciətləri Ermənistan hökuməti tərəfindən cavabsız qalıb". 

P.Vəliyeva vurğulayıb ki, Fransa-Azərbaycan münasibətləri ilə bağlı səsləndirilən arqumentlər isə Parisin ikili standartlarını açıq şəkildə ifşa edir. Parisin bir tərəfdən Ukrayna və digər ölkələrin ərazi bütövlüyünü müdafiə etməsi, digər tərəfdən, Qarabağda separatizmi dolayısı ilə dəstəkləməsi ikili yanaşmadan xəbər verirdi. "Sonda isə münasibətlərin bundan sonrakı taleyi şərh olunur: "Kopenhagendə ötən il Fransa Prezidenti Makronun dəvəti ilə görüş olub. Görüş müsbət keçib. Azərbaycanın da ən son istəyəcəyi hansısa ölkə ilə probleminin olmasıdır. İki tərəf də münasibətlərin normallaşmasına hazırdı. Yaxın gələcəkdə yenidən görüş ola bilər". Rəsmi Bakının normallaşmaya açıq mesajlar verməsi Azərbaycanın konstruktiv və praqmatik diplomatiyasının göstəricisidir", - deyə o bildirib.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizi ətrafında aparılan müzakirələr isə Azərbaycanın regional deyil, qitələrarası strateji aktora çevrildiyini təsdiqləyir. Marta Kos Avropa İttifaqının bu layihədə maraqlı olduğunu bildirib. Bu, Çindən başlayaraq, Avropayadək uzanan ərazidə bütün coğrafiya boyunca ölkələrin bəhrələnəcəyi bir layihədir. Nəticə etibarilə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq sistemdə daha açıq, prinsipial və daha təsirli aktor kimi çıxış etdiyini ortaya qoydu. İlham Əliyevin diplomatiyası güc, hüquq və praqmatizmin balansına söykənir, bu isə belə çətin geosiyasi dövrdə Azərbaycanın mövqelərini möhkəmləndirən əsas faktordur.


Ə.QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub YENİLƏNİB

12:27
06 Aprel

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

12:09
06 Aprel

NASA astronavtları Yer kürəsindən 406 min 773 kilometr uzağa uçacaqlar

12:08
06 Aprel

Yaxın Şərqdəki müharibə nəticəsində Avropada yaranan böhran getdikcə dərinləşir  

12:04
06 Aprel

Qazaxıstanda rekord: orta ömür uzunluğu 76 yaşa yaxınlaşır  

11:56
06 Aprel

Fövqəladə hallar naziri Keşlədə görülən təhlükəsizlik tədbirləri ilə yerində tanış olub  

11:54
06 Aprel

Bakıda intensiv yağışlar fəsadlar törədib: qurumlar gücləndirilmiş rejimdə işləyir  

11:48
06 Aprel

“Axios”: İranın enerji infrastrukturuna genişmiqyaslı zərbə planı hazırlanıb

11:33
06 Aprel

Son iki gündə 74 cinayətin açılması təmin edilib

11:32
06 Aprel

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB

11:25
06 Aprel

Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

11:21
06 Aprel

Türkiyənin üzən elektrostansiyası Kubada enerji böhranı ilə mübarizəyə kömək edəcək  

11:17
06 Aprel

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

11:08
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib  

10:59
06 Aprel

Odessanın yaşayış məntəqələrinə hücumlar insan tələfatı ilə nəticələnib 

10:57
06 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:54
06 Aprel

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib 

10:48
06 Aprel

Prezident İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib

10:42
06 Aprel

AEBA İranın nüvə obyektinə zərbələrlə bağlı dərin narahatlıq ifadə edib

10:41
06 Aprel

Qeyri-sabit hava şəraiti bölgələrdə sabah axşamadək davam edəcək

10:40
06 Aprel

Güclü sel Siyəzən-Məşrif avtomobil yolunda körpünü uçurub

10:38
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!