05 May 2026 22:56
432
CƏMİYYƏT
A- A+
Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Mayın 5-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə BSU-nun inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Sonra BSU-nun Heydər Əliyev adına muzey-lektoriyasında YAP sıralarına yeni qəbul olunmuş tələbə-gənclərlə görüş keçirilib və onlara partiyaya üzvlük vəsiqələri təqdim olunub.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra YAP-ın Media Qrupunun hazırladığı “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin hesabatını təqdim edib. O bildirib ki, artıq ənənə halını almış Rəqəmsal İdeya Müsabiqəsinə hər il gənclərin diqqəti daha da artmaqdadır. Belə ki, bu il sayca 4-cü dəfə keçirilən müsabiqəyə respublikanın 65 inzibati ərazi vahidindən ümumilikdə 1418 müraciət daxil olub. Qeydiyyatdan keçən gənclər arasından ən uğurlu 120 iştirakçı seçilib. İştirakçıların seçimi zamanı gender bərabərliyi də əsas prinsiplərdən biri olaraq götürülüb.

Zəkiyyə Musayevanın sözlərinə görə, 30-dan çox təhsil müəssisəsini və 20-dən çox şəhər və rayonu təmsil edən gənclər komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar: “Rəqəmsal İdeya Müsabiqəsinin başlıca məqsədləri Prezident İlham Əliyevin gənclərin qarşısına qoyduğu strateji hədəflərə uyğun olaraq intellektual, innovativ düşüncəyə malik gənc liderlərin formalaşdırılmasına töhfə vermək, gəncləri şəhərsalma və memarlıq sahəsində tətbiq olunan müasir yanaşma və alətlərlə tanış etmək, o cümlədən cəmiyyətə faydalı texnoloji həllərin tətbiq olunmasını təşviq etməkdir. Bu məqsədlə 2 gün davam edən təlim və layihə proqramı çərçivəsində süni intellektə giriş, pitç texnikaları və təqdimat bacarıqları, ideya konseptinin işlənməsi və məhsul dizaynı kimi mövzularda təlimlər, o cümlədən gənclər siyasətində texnoloji inkişafın dəstəklənməsi, data əsaslı şəhər planlaması, ağıllı dizayn yanaşmaları kimi mövzularda ekspert görüşləri və panel müzakirələr təşkil olunub. “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” adlandırdığımız Rəqəmsal İdeya Müsabiqəsində bu gün komandalarımız 9 saat ərzində mentorlarla birgə “Tikdim ki, izim qala!” adlı komanda katalizatoru, “Köhnə kəndə yeni adət” adlı süni intellekt vörkşopu, “Bir qalanın sirri” adlı” intellekt rinqi, o cümlədən panel müzakirəsi, ideya müsabiqəsi və layihələrin təqdimatından ibarət 6 mərhələli yarışda iştirak ediblər”.

Sonra Rəqəmsal İdeya Müsabiqəsinin hesabat videoçarxı təqdim edilib.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev bildirib ki, keçirilən müsabiqənin əsas məqsədi ənənəvi Azərbaycan memarlıq dəyərlərinin müasir şəhərsalma texnologiyaları ilə harmonik şəkildə birləşdirilməsidir: “Burada rəqəmsal həllərin, 3D modelləşdirmənin və innovativ planlaşdırma metodlarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma şəhər mühitinin daha funksional, ekoloji və estetik baxımdan inkişafına şərait yaradır”.

Çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, artıq ənənə halını almış və innovativ ideyaların təşviqi üçün mühüm platforma olan Rəqəmsal İdeya Müsabiqəsi gənclərimizin istər intellektual potensialının üzə çıxarılması, istər ölkənin ictimai-siyasi həyatında fəal iştirakı, istərsə də kommunikasiya bacarıqlarının artırılması baxımından böyük əhəmiyyət kəsb edir. "Burada təqdim olunan layihələr təsdiqləyir ki, Azərbaycan gəncliyi yüksək intellektə, geniş dünyagörüşünə və dövrün çağırışlarına adekvat müasir düşüncə tərzinə malikdir. Rəqəmsallaşma bu gün dünyanın inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biridir. Şəhərsalma və memarlıq sahəsində rəqəmsal texnologiyaların tətbiqi isə resurslardan daha səmərəli istifadə olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu baxımdan, müsabiqə çərçivəsində irəli sürülən ideyalar gələcəkdə real layihələrə çevrilərək ölkəmizin inkişafına güclü təkan verə bilər. Əslində, müsabiqəyə qatılan hər bir komanda özünü qalib hesab edə bilər. Çünki belə kreativ platformalarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə sonsuz inamın birmənalı ifadəsidir. İnanıram ki, hər biriniz öz bilik və bacarığınızla Azərbaycanın gələcək inkişafında önəmli rol oynayacaqsınız", - deyə Tahir Budaqov vurğulayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev diqqətə çatdırıb ki, bu müsabiqə gənclərin innovativ potensialına göstərilən yüksək diqqətin və dövlətin gələcəyə baxışının real ifadəsidir. Onun sözlərinə görə, gənclər siyasəti dövlətlərin inkişaf strategiyalarının mərkəzində dayanır.

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal İdeya Müsabiqəsinin gənclərin intellektual inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu deyib. “Bugünkü Azərbaycan gəncliyi daha bacarıqlı və rəqabətədavamlıdır. Təbii ki, hər bir nəsil müqayisədə bir addım irəli ata bilirsə, məhz bu halda biz inkişafdan danışa bilirik”, - deyə nazir qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Rəqəmsal İdeya Müsabiqəsi gənclərin innovativ düşüncəsini, texnoloji bacarıqlarını və komanda ruhunu inkişaf etdirmək baxımından olduqca əhəmiyyətlidir. Nazir deyib ki, Prezident İlham Əliyev gənclərin intellektual və innovativ potensialının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib və bu sahədə ardıcıl dəstək siyasəti həyata keçirir.

Sonra “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar. I yerin qalibi “Zəngəzur”, II yerin qalibi “İçərişəhər”, III yerin qalibi “İsmailiyyə” komandaları, “Bir qalanın sirri” intellektual oyunun qalibi isə “İsa Bulağı” olub.

Tədbirin rəsmi hissəsi YAP-ın Himninin səsləndirilməsi ilə başa çatıb.

Daha sonra BSU-nun tələbələrinin ifasında konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süni intellekt erası: Azərbaycan üçün yeni inkişaf mərhələsi

08:40
15 May

Regionda yeni təhlükəsizlik arxitekturasını Azərbaycan formalaşdırır

08:35
15 May

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

08:30
15 May

İnkişaf ritmi və estetika

08:25
15 May

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

08:20
15 May

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

08:15
15 May

Azərbaycanın başlatdığı sülh prosesi

08:10
15 May

Nayrobidən başlanan yol

08:07
15 May

Qlobal şəhərçilik dialoqunun 13-cü ünvanı

08:05
15 May

Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 

08:00
15 May

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında

02:06
15 May

B.A.Babayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:03
15 May

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

02:00
15 May

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında  

01:57
15 May

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:51
15 May

"TEMİRLİ QRUP" ASC-nin səhmdarlarının nəzərinə!

01:42
15 May

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" adlı müsabiqə keçirir

01:41
15 May

 İlk ağıllı termometr təqdim olundu

22:40
14 May

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Qazaxıstan müdafiə-sənaye kompleksi sahəsində əməkdaşlığı dərinləşdirməyə hazırdır

22:28
14 May

Donald Tramp: Si Cinpin İrana silah göndərməyəcəyinə zəmanət verib

21:27
14 May

Məhkəmə Ukrayna Prezident Aparatının keçmiş rəhbərini həbs edib  

21:05
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!