20 Yanvar 2026 09:05
395
SİYASƏT
A- A+
Azadlığın qanla yazılmış manifesti

Azadlığın qanla yazılmış manifesti


Tarix cəmiyyətin kollektiv yaddaşını formalaşdıran, millətin özünüdərkini ifadə edən və gələcək nəsillər üçün mənəvi məsuliyyət yaradan əsas amildir. Azərbaycan xalqının tarixində 20 Yanvar faciəsi azadlıq ideyasının qanla yazılmış manifestidir. 20 Yanvar həm də dəyərlərin gənclər tərəfindən dərk edilməsi üçün mənəvi dərsdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının hərbi-siyasi aparatının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi zorakılıq aktı nəticəsində 147 nəfər dinc sakin həlak oldu, yüzlərlə insan yaralandı, neçə-neçə ailənin taleyi dəyişdi. Rəsmi fövqəladə vəziyyət elan edilmədən beynəlxalq hüquq normaları kobud şəkildə pozularaq Bakıya və ölkənin bir sıra bölgələrinə yeridilən sovet ordusu faktiki olaraq öz vətəndaşlarına qarşı müharibə apardı. 

Qadınların, uşaqların, yaşlı insanların gülləbaran edilməsi, təcili yardım maşınlarının atəşə tutulması, mətbuatın və informasiya kanallarının susdurulması bu hadisəni sadəcə siyasi repressiya yox, eyni zamanda insanlığa qarşı cinayət kimi tarixə həkk etdi. 20 Yanvar milli iradənin sınmadığı, qorxu üzərində qalib gəldiyi bir dönüş nöqtəsidir. Sovet rejimi silah gücü ilə azadlıq tələblərini boğmaq istəsə də, əslində, Azərbaycan xalqının müstəqillik əzmini daha da möhkəmləndirdi. Bu hadisədən qısa müddət sonra Sovet İttifaqı dağıldı və Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Bu baxımdan 20 Yanvar müstəqilliyin başlanğıc nöqtələrindən biri, azadlıq yolunda ödənilmiş ağır, lakin qaçılmaz bir reallığa çevrildi. 

Bu günün gənci üçün 20 Yanvar hadisələrinin qavranılması dəyişən sosial reallıqlar fonunda yeni məna qatları qazanır. Sovet totalitarizmini və həmin dövrün siyasi proseslərini görməyən müstəqil dövlət şəraitində formalaşan gənc nəsil bu faciəni daha çox analitik və informasiyayönümlü yanaşma ilə dərk edir. Bu yanaşma isə gənclərə tarixi emosional impulsdan kənara çıxmaqla səbəb-nəticə əlaqələri əsasında anlamaq, hadisələrin mahiyyətini daha dərindən təhlil etmək imkanı yaradır. Məhz bu baxımdan 20 Yanvar hadisələri gənclər üçün keçmişin faciəsi, azadlığın real dəyərini, onun insan taleləri və milli ləyaqət uğrunda verilmiş qurbanlar hesabına əldə olunduğunu dərk etməyə imkan verən mühüm tarixi təcrübə kimi çıxış edir.

Azadlıq bizə yalnız siyasi suverenlik qazandırmayıb, bu həm də düşüncə azadlığı, söz haqqı, milli kimlik və tarixi yaddaşın bərpası deməkdir. Onu qorumaq üçün gənclərin tarixi bilmək, onu dərk etmək, sual vermək və nəticə çıxarmaq bacarığına sahib olması vacibdir. 

Bu faciənin əsl mahiyyəti anım mərasimlərində, gündəlik davranışlarda, vətəndaş mövqeyində, ədalətsizliyə qarşı münasibətdə və milli məsuliyyət hissində yaşamalıdır. Əgər 20 Yanvar faciəsi sadəcə matəm rəmzi kimi qəbul edilərsə, onun verdiyi dərs də yarımçıq qalar. O həm də cəsarət, birlik və haqq uğrunda mübarizə dərsidir. 

20 Yanvar faciəsini milli özünüdərk prosesinin kulminasiya nöqtələrindən biri kimi anlamaq gənclərin vətəndaş kimliyinin formalaşmasında mühüm rol oynayır. O gecə küçələrə çıxan insanlar həm sovet tanklarına qarşı, həm də illərlə formalaşdırılmış qorxu hissinə, susqunluğa və siyasi laqeydliyə qarşı mübarizə aparırdılar. Bu mənada 20 Yanvar faciəsi mənəvi oyanışın simvoludur. 

Bu günün gənci üçün azadlıq artıq gündəlik həyatın ayrılmaz və təbii tərkib hissəsi kimi qəbul olunur. Sərbəst fikir bildirmək, milli rəmzlərə sahib çıxmaq və müstəqil dövlətin vətəndaşı olmaq gənc nəslin dünyagörüşündə fundamental dəyərlər kimi formalaşıb. Bu reallıq, əslində, 20 Yanvar kimi tarixi hadisələrin nəticəsi olaraq əldə edilən azadlığın gənclərin həyatında normaya çevrildiyini göstərir. Tarixi yaddaşın canlı saxlanılması isə bu nəslə həmin hüquqların hansı çətinliklər və qurbanlar bahasına qazanıldığını daha dərindən anlamaq imkanı yaradır. Gənclər bu tarixi təcrübəni nə qədər şüurlu şəkildə dərk edərsə, müstəqil dövlətçilik anlayışı da onlar üçün bir o qədər dəyərli, qorunmalı və məsuliyyətlə yaşadılan mənəvi prinsiplərə çevrilir.

Eyni zamanda 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymətin verilməsi məsələsi də bu günün düşünən gənci üçün aktualdır. Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində verdiyi bəyanat sovet rəhbərliyinin cinayətkar mahiyyətini açıq şəkildə ifşa edən ən cəsarətli siyasi mövqedir. 1994-cü ildə faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Bu fakt gənclərə göstərir ki, tarixi ədalət zaman tələb etsə də, bu, məhz prinsipial mövqe və siyasi iradə ilə bərpa oluna bilər. 

Tarix düşüncədə və ictimai şüurda yaşadıqda real ictimai dəyərə çevrilir. Gənclər bu tarixi hadisəni həm keçmişin ağrılı xatirəsi kimi, həm də fəal vətəndaş mövqeyinin, milli həmrəyliyin və azadlıq ideyasının davamlılığı üçün ilham mənbəyi kimi qəbul edirlər. Azadlığın qiymətini dərk etmək isə onu qorumaq üçün gündəlik həyatda şüurlu mövqe nümayiş etdirmək deməkdir. Bu mövqe vicdan, tarixi yaddaş və gələcəyə qarşı məsuliyyət hissi ilə formalaşaraq müasir gəncliyin milli və vətəndaş kimliyinin əsas sütunlarından birinə çevrilir.


Təhminə VERDİYEVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında

01:03
11 Mart

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

01:02
11 Mart

"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

01:01
11 Mart

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
11 Mart

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:00
11 Mart

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

00:59
11 Mart

 “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika və təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi və məlumatlandırılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:58
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:57
11 Mart

“Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növləri”nin təsdiq edilməsi haqqında

00:55
11 Mart

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:54
11 Mart

“Gəncə şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi haqqında

00:53
11 Mart

Dövlət Departamentinin rəsmisi: Cənubi Qafqazda sülhün açarlarından biri TRIPP layihəsinin yaradılması idi  

00:35
11 Mart

Çempionlar Liqası: “Qalatasaray” doğma meydanında “Liverpul”u məğlub edib

23:59
10 Mart

WUF13 çərçivəsində şəhərdə hərəkətin rahat təşkili üçün hazırlıq işləri yekunlaşır

23:48
10 Mart

Hindistanda siqh icmasına qarşı təzyiqlər beynəlxalq narahatlıq doğurur  

23:19
10 Mart

Şuşada Yel çərşənbəsi sevinci

22:37
10 Mart

ABŞ ticarət katibinin müavini: Son bir ildə ABŞ-nin Azərbaycana ixracı 54 faiz artıb

22:23
10 Mart

Premyer Liqa: Lider “Sabah” öz meydanında böyükhesablı qələbə qazanıb  

21:47
10 Mart

Volodimir Zelenski yeni “Patriot” raketlərini alacağına ümid edir  

21:09
10 Mart

Vahid Ələkbərov Rusiyanın ən varlı üç sahibkarı sırasına daxil olub

20:51
10 Mart

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!