07 Mart 2021 00:53
2207
Mədəniyyət
A- A+
Azadlığın, mübarizliyin simvolu

Azadlığın, mübarizliyin simvolu

 

Tarix səhifələrində, ədəbi-bədii əsərlərdə Azərbaycan qadınının qəhrəmanlığını, mərdliyini, fədakarlığını, sədaqətini əks və vəsf edən çox nümunələr var. Azərbaycan qadını bütün dövrlərdə milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınıb, sağlam cəmiyyətin, ailənin təminatı olub. Azərbaycan cəmiyyətində qadına münasibət hər zaman çox həssas məsələlərdən biri hesab edilib. Yazıçılarımız, şairlərimiz, rəssamlarımız, heykəltəraşlarımız da öz əsərlərində bu mövzuya diqqətlə yanaşıblar. XX əsrin böyük mütəfəkkirlərindən biri, görkəmli şair Hüseyn Cavid yazırdı:

 

Qadın gülərsə, bu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

 

Qadını azad olmayan cəmiyyət tərəqqi edə bilməz. Bu fikir bütün dövrlərdə Azərbaycanın tərəqqipərvər insanları tərəfindən dəstəklənib. Qadınların çadrasız gəzmələrinə, təhsil almalarına qarşı çıxanlar tənqid olunub.

Qadın azadlığı mövzusunun ən uğurlu həllini tapdığı əsərlərdən biri istedadlı heykəltəraş Fuad Əbdürrəhmanovun müəllifi olduğu, hazırda Bakı şəhərində, “Nizami” metrostansiyasının qarşısında ucalan “Azad qadın” heykəlidir.

1915-ci ildə Nuxada (indiki Şəki) anadan olan Fuad Əbdürrəhmanov həm rəssamlıq məktəbində, həm də Sankt-Peterburqda Memarlıq və Boyakarlıq İnsitutunda təhsil alarkən özünəməxsus istedadı ilə seçilib. O, əsasən Şərq ruhlu, Qərb düşüncəli insan kimi tanınıb. Əsərlərində də bunu göstərib. Müəllifi olduğu Buxaradakı İbn Sina, Düşənbədəki Rüdəkinin abidələrində də Şərq elementi xüsusilə nəzərə çarpır.

“Azad qadın” heykəli Fuad Əbdürrəhmanovun ən uğurlu əsərlərindən biridir. Abidənin memarı isə Mikayıl Hüseynovdur. Heykəlin prototipi Fuad Əbdürrəhmanovun həyat yoldaşı Xanım Əbdürrəhmanova (Rəhmanzadə) olub (Xanım Əbdürrəhmanova Xalq rəssamı Maral Rəhmanzadənin bacısı idi).

Onu da diqqətə çatdıraq ki, “Azad qadın” heykəltəraş Fuad Əbdürrəhmanovun Azərbaycan qadını mövzusuna ilk müraciəti olmayıb. Hələ 1951-ci ildə o, “Azərbaycan qadını” adlı heykəl hazırlayıb. Həmin əsərində Fuad Əbdürrəhmanov müasir azərbaycanlı qadının obrazını yaradıb. Bu, əlində kitab işıqlı gələcəyə doğru inamla addımlayan milli geyimli qadının simasında heykəltəraş yaşadığı dövrün Azərbaycan qadınlarına xas güclü daxili iradə, mənəvi zənginlik, səmimilik və cazibədarlığı əks etdirib.

Sənətkar 1957-ci ildə ilkin olaraq gipsdən həmin əsərin tunc versiyasını hazırlayıb. Bu heykəl “Azadlıq” adı ilə İncəsənət muzeyində sərgilənib. Muzeydə əsəri görən sənətkarlar onun şəhərin mərkəzi hissələrindən birində yüksəldilməsinin labüdlüyünü söyləyiblər. Bundan sonra Fuad Əbdürrəhmanov heykəlin böyük versiyası üzərində işə başlayıb. Və çalışıb ki, Azərbaycan qadınının müstəqilliyini daha qabarıq ifadə etsin. 1959-cu ildə heykəl Leninqradda tuncdan tökülüb. Sonradan Azərbaycana gətirilib.

Monumental heykəl 1960-cı ildə paytaxtın Cəfər Cabbarlı və Zivər bəy Əhmədbəyov küçələrinin kəsişməsində ucaldılıb. O vaxtdan “Azad qadın” heykəli  azadlığa, yeniliyə, inkişafa və tərəqqiyə can atan Azərbaycan qadınının rəmzinə çevrilib.

“Azad qadın”adək Azərbaycan qadınları böyük tarixi yol keçib. 1908-ci ildə Azərbaycanda çadraya qarşı mübarizə Bakıda liberal burjua tərəfdarları tərəfindən başlanılıb. Ancaq xürafatçı din tərəfdarları etirazların qarşısını almağa çalışıblar. Zadəganlar geri çəkilməyə məcbur olublar. Razılığa gəliblər ki, zadəganlar çadraya qarşı etirazları dayandıracaq, dindarlar isə Avropa geyimli xanımları təhqir etməyəcəklər.

1920-ci ildə Azərbaycanda hakimiyyəti ələ keçirən şura hökuməti qadınların sosial statusunun dəyişməsi, onların ictimaiyyət arasına çıxaraq çalışmaları üçün ardıcıl tədbirlər həyata keçirməyə başlayıb. Bu dəyişikliklər Azərbaycan qadınlarının geyiminə də təsir göstərib. Daha əvvəl qarşısı alınmış çadra əleyhinə etirazlar 1920-ci illərdə yenidən baş qaldırıb. Cəmiyyətdəki mövhumatçı qüvvələr hərəkətə keçib. Çadradan və xürafatdan imtina edən qız-gəlinlər çətinliklərlə üzləşiblər. Bakıda çadrasını atmış komsomolçu Səriyyə Xəlilova atası tərəfindən qətlə yetirilib. Ancaq bu böyük faciə, maneələr, təqiblər, təhdidlər qadınların gözlərini qorxutmayıb və sonunda arzularına çatıblar. Tənqid və sıxıntılardan uzaqlaşaraq ölkənin ictimai həyatında iştirak etmək, təhsil almaq və işləmək hüququ qazanıbar.

Fuad Əbdürrəhmanovun “Azad qadın” əsərində təsvir olunan çadrasını ataraq müasirliyə qərar verən azad Azərbaycan qadını xalqın ağır keçmişini, bugününü və inamlı gələcəyini özündə birləşdirib. Mövhümatçılığı, hüquqsuzluğunu, gender bərabərsizliyini büründüyü çadra ilə birlikdə ataraq işığa, müstəqilliyə çıxan azərbaycanlı qadının cəmiyyətdə dəyişən rolu və hüququ bu daş əsərdə olduqca təsirli şəkildə təsvir edilib. Hündür pyedestal üzərində ucaldılmış çadrasını çıxaran gənc azərbaycanlı xanımın heykəli Azərbaycan və Şərq qadınının sosial bərabərliyinin simvolu kimi təqdim edilib.

Heykəlin Cəfər Cabbarlının “Sevil” pyesindən ilhamlanaraq hazırlandığı vurğulanıb. “Azad qadın” da, Sevil də çadrasını başından yerə atmaqla əsarətə qarşı çıxır. Fuad Əbdürrəhmanov abidənin daşıdığı ideyanı belə açıqlayıb: “Azərbaycan qadınının azadlığı ideyası məni çoxdan özünə cəlb edirdi. Heykəl üzərində işə başlayarkən nədənsə kölgələrə ilişmiş qartal təsəvvür eləyirdim. O, çarpalanır və nəhayət ki, azadlığa çıxır. Bir saniyə də keçir və o, yüksələrək günəşli səmaya can atır”.

Nəinki qadınları, eləcə də bütün insanları sanki köləliyi ayaqlayaraq döyüşə aparan “Azad qadın” tariximizin keşməkeşli bir şəhifəsinin daşlaşmış təsviridir. Bu abidə öz hüquq və azadlıqları uğrunda mübarizə aparan, çətinlik və haqqsızlıqlarla qarşılaşsa da geri çəkilməyən Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazıdır.

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın TDT-yə sədrliyi dövründə təşkilatın nüfuzunun artırılması istiqamətində səylər davam etdiriləcək  

18:51
01 Aprel

Portuqaliya Azərbaycanda səfirlik açacaq

18:41
01 Aprel

Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir

18:29
01 Aprel

Ekspert: Rusiya və Azərbaycan enerji əməkdaşlığını gücləndirir  

18:22
01 Aprel

Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlıq inkişaf etdiriləcək  

18:21
01 Aprel

Türkmənistanla iqtisadi əməkdaşlığın inkişaf perspektivləri dəyərləndirilib

18:20
01 Aprel

Yeni səfir Hindistan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib  

18:20
01 Aprel

Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib

18:01
01 Aprel

Baş Prokuror: Azərbaycan və Gürcüstan arasındakı münasibətlər hüquq sistemlərindəki əlaqələrin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir  

17:57
01 Aprel

Azərbaycan–Şimali Kipr əlaqələri güclənir

17:53
01 Aprel

Yağışların intensivliyinin artması nə ilə bağlıdır?

17:47
01 Aprel

Tramp: Atəşkəsi Hörmüz boğazı açıq, azad və təmiz olanda nəzərdən keçirəcəyik

17:16
01 Aprel

Süni intellekt distant təhsildə yeni mərhələ yaradır  

17:08
01 Aprel

Beynəlxalq turnirin qalibi olan Azərbaycan millisi FIFA reytinqində irəliləyib

17:01
01 Aprel

Abşeron rayonu ərazisindəki yolun çökmə səbəbi açıqlanıb

16:41
01 Aprel

Aviazərbələr nəticəsində İsfahandakı metallurgiya zavoduna ciddi ziyan dəyib

16:37
01 Aprel

Rusiya İrana humanitar yardımın çatdırılmasında köməyinə görə Azərbaycana təşəkkür edib

16:23
01 Aprel

“El Mundo”: NATO İran müharibəsi fonunda dərin böhran yaşayır

16:22
01 Aprel

SOCAR Türkiyə şirkətlər qrupu “2025 İxracatın Ulduzları” mükafatına layiq görülüb  

16:21
01 Aprel

Baş nazir Əli Əsədov Şimali kiprli həmkarı ilə görüşüb

16:18
01 Aprel

Gürcüstanda xüsusi əməliyyat: 108 nəfər saxlanılıb

16:17
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!