03 İyun 2022 01:41
843
DÜNYA
A- A+
Avropada inflyasiya rekord həddə çatıb

Avropada inflyasiya rekord həddə çatıb

 

Asiya ölkələri isə aclıq təhlükəsi ilə üz-üzə qalıb

 

Avrozonada inflyasiya illik hesablamada 8,1 faizlə yeni rekord həddə çatıb.  Avropa Statistika İdarəsinin (Eurostat) son məlumatına görə, bu, 1999-cu ildə vahid Avropa valyutası olan avronun dövriyyəyə buraxılmasından bəri ən yüksək göstəricidir. Bundan əvvəl iqtisadçılar Avropada inflyasiyanın ən yüksək səviyyəsini 7,7 faiz həddində qiymətləndirmişdilər.

Bununla da  Avropada  inflyasiya  tavanını 2 faiz müəyyən edən Avropa Mərkəzi Bankının (AMB) bütün hədəflərinin üstündən xətt çəkilib.

 

Ən pis vəziyyət hələ qarşıdadır

 

Belə kəskin sıçrayışın əsas səbəbləri arasında Ukraynadakı münaqişə və COVID-19 epidemiyasının növbəti dəfə alovlanması ilə bağlı Çindəki sərt karantin tədbirləri var. İnflyasiyanın əsas hərəkətverici qüvvəsi enerji daşıyıcılarının qiymətlərindəki artım olub ki, bu da illik hesablamada, demək olar ki, 40 faizə çatıb. İkinci amil isə ərzaq məhsullarının bahalaşmasıdır.

Avropa mətbuatı son aylar Almaniyada ərzaq qiymətlərinin kəskin artdığını bildirir. Qeyd edilir ki, bu il supermarketlərdə qiymətlər əlavə olaraq ən azı 10 faiz və yəqin ki, daha çox artacaq. Bir nəfər üçün hesablandıqda, bu, ildə 250 avro təşkil edəcək.

Nüfuzlu "Die Zeit" qəzetinin yazdığına görə, ərzaq məhsulları 16,6 faiz, o cümlədən yağlar və piylər 53 faiz, un 28 faiz, makaron məhsulları 19 faiz bahalaşıb. Ukraynada baş verən hadisələr ərzaq məhsullarının bahalaşmasının əsas, lakin yeganə səbəbi deyil, lakin bu, artıq COVID-19 epidemiyası ilə zəifləmiş Avropa iqtisadiyyatının üzərinə əlavə yük olub.

Almaniyanın İFO İqtisad İnstitutunun araşdırması göstərir ki, ölkənin hər on pərakəndə və topdansatış müəssisəsindən doqquzu xammal və enerjinin qiymətinin artması səbəbindən ərzaq qiymətlərində kəskin artım planlaşdırır. Analitiklərin fikrincə, ən pis vəziyyət hələ qarşıdadır.

Ekspertlər deyirlər ki, Almaniyanı ikirəqəmli inflyasiya gözləyə bilər. Bu ölkədə işləyənlərin üçdə biri yüksək xərclərə görə onsuz da dolana bilmirlər. İlk növbədə, bu, ayda iki min avrodan aşağı əməkhaqqı olan işçilərə aiddir. Almaniyada inflyasiya rəsmi olaraq 8,1 faiz hesablansa da, almanların özləri istehlak səbətinə əsaslanaraq real inflyasiyanı 14 faiz qiymətləndirir və tezliklə bunun 20 faizə çatacağını gözləyirlər.

 

Britaniya hökuməti üçün əsas çağırış "qida yoxsulluğu" ilə bağlıdır

 

Ərzaq qiymətləri Böyük Britaniyada nəzərəçarpacaq dərəcədə artıb. Buna səbəb eyni anda üç amildir - Ukraynadakı münaqişə, Breksit və COVID-19 epidemiyası...

Milli Statistika Bürosunun (ONS) məlumatına görə, aprel ayında  Britaniyada inflyasiya 9 faizə çatıb ki, bu da Avropada ən yüksək göstəricidir. Makaron məmulatlarının qiyməti 14,9 faiz, ətin qiyməti 14 faiz, süd və yumurtanın qiyməti təxminən 10 faiz, kərə yağının qiyməti 12,5 faiz artıb.

Yanacağın, gübrənin və yemin qiymətləri də kəskin bahalaşıb. Britaniya supermarketlərinin rəflərində günəbaxan yağı defisitə çevrilib. Bu yağ əsasən Ukrayna və Rusiyadan tədarük edilirdi.

Ərzaq qiymətlərinin artması bütün mümkün vasitələrlə sosial sabitliyi qorumağa çalışan Boris Conson hökuməti üçün əsas çağırışa çevrilib. İngiltərə Bankı hazırkı ərzaq qiymətlərini "apokaliptik" adlandırıb. Böyük Britaniyada adlandırılan "qida yoxsulluğu" ilin əvvəlindən 57 faiz artaraq 7,3 milyon böyük yaşlı insanları, 2,6 milyon uşağı əhatə edib.

 

Asiyada da vəziyyət ürəkaçan deyil

 

Ərzaq böhranı təkcə Avropaya deyil, dünyanın bir çox ölkələrinə təsir edən zəncirvari reaksiyaya səbəb olub. Yaponiyanın "Nikkei Asia" qəzeti qeyd edir ki, Asiya ölkələri də aclıq təhlükəsi ilə üz-üzə qalıb və onların ərzaq təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsi zərurəti yaranıb.

Dünyanın ən böyük buğda istehsalçılarından biri olan Hindistan ölkəni bürüyən quraqlıq səbəbilə taxıl ixracına qadağa qoyub. Nəticədə Avropa bazarlarında buğdanın qiyməti bir ton üçün 435 avroya qalxıb. Hindistan rəsmiləri deyirlər ki, artan enerji qiymətləri, gübrə və yem çatışmazlığı inkişaf etməkdə olan ölkələrin ərzaq təhlükəsizliyini sarsıdır.

Ukrayna elevatorlarında yığılan taxılın ixracının mümkünsüzlüyü səbəbindən ərzaq bazarlarında yaranan təşviş də artıb. Qəzet xatırladır ki, dünyada əsas buğda ixracatçılarından biri hesab edilən Ukrayna 2021-ci ildə 400 milyona qədər insanı taxılla təmin edib. Əsas ixrac Odessa və Mariupol limanları vasitəsilə həyata keçirilirdi ki, hazırda bu məntəqələr bağlanıb.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!