15 Yanvar 2026 17:09
108
SİYASƏT
A- A+
Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb  

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb  


Yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib.

Ceyhun Bayramov öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

18:05
15 Yanvar

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

18:04
15 Yanvar

Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb  

18:02
15 Yanvar

Pakistanın Baş naziri: “ASAN xidmət”in yaradılması Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub  

18:01
15 Yanvar

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

18:00
15 Yanvar

Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər  

17:49
15 Yanvar

Ekspert: Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir  

17:41
15 Yanvar

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

17:33
15 Yanvar

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq  

17:24
15 Yanvar

Ukraynalı ekspert: 2026-cı ildə müharibənin davam edəcəyi ehtimalı çoxdur  

17:11
15 Yanvar

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb  

17:09
15 Yanvar

Enerji effektivliyinin təmin olunması ilə bağlı informasiya sistemi yaradılır  

17:03
15 Yanvar

ABŞ-ın özəl sektorunun Azərbaycan bazarına marağının artması strateji tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir 

17:02
15 Yanvar

Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirilib  

17:01
15 Yanvar

Hakan Fidan: Beynəlxalq sistemin düşdüyü çıxılmaz vəziyyət ötən il daha da dərinləşib  

16:31
15 Yanvar

Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib  

16:23
15 Yanvar

Məcnun Məmmədov: Azərbaycanda akvakulturanın iqtisadi potensialının artırılması ətraf mühitin mühafizəsi strategiyasının mühüm tərkib hissəsidir  

16:17
15 Yanvar

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbirlər keçirilib  

16:13
15 Yanvar

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanuna düzəliş edilib  

16:04
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!