15 Yanvar 2026 16:17
150
İQTİSADİYYAT
A- A+
Məcnun Məmmədov: Azərbaycanda akvakulturanın iqtisadi potensialının artırılması ətraf mühitin mühafizəsi strategiyasının mühüm tərkib hissəsidir  

Məcnun Məmmədov: Azərbaycanda akvakulturanın iqtisadi potensialının artırılması ətraf mühitin mühafizəsi strategiyasının mühüm tərkib hissəsidir  


Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrailin Eilat regionunda keçirilən “Sea the future: II Mavi qida təhlükəsizliyi qlobal sammiti” çərçivəsində təşkil olunan Nazirlər Panelində aparılan müzakirələrdə iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, sammit bu gün öz işini yekunlaşdırır.

Tədbir çərçivəsində “Mavi qida təhlükəsizliyi prosesində qlobal liderlik” mövzusunda keçirilən panel müzakirələrində çıxış edən nazir bildirib ki, Azərbaycan Respublikasının balıqçılıq və akvakulturanın inkişafına dair uzunmüddətli strategiyası Xəzər dənizinin və daxili su hövzələrinin akvakultura ehtiyatlarını qorumaqla yanaşı, onların davamlı şəkildə inkişaf etdirilməsi hesabına ölkənin ərzaq təhlükəsizliyinə töhfə verməyə yönəlib.

Nazir qeyd edib ki, Azərbaycan əvvəlki dövrlərdə akvakulturanın inkişafına əsasən ətraf mühitin mühafizəsi prizmasından yanaşıb. Hazırda isə bu yanaşma qorunmaqla yanaşı, akvakulturanın iqtisadi potensialının artırılması istiqaməti də strategiyanın mühüm tərkib hissəsinə çevrilib. Balıqçılıq siyasətinin şəffaf və elmi əsaslara söykənən mexanizmlər üzərində qurulması ölkəyə həm ekosistemlərin qorunmasını təmin etməyə, həm də mövcud resurslardan səmərəli istifadəyə imkan yaradır.

Məcnun Məmmədov, həmçinin Azərbaycanın balıqçılıq və akvakulturanın inkişafında elmi innovasiyaların tətbiqinə, qabaqcıl texnologiyalardan istifadəyə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Panel müzakirələrində çıxış edən digər ölkələrin nümayəndələri də akvakultura sahəsində mühüm nailiyyətlər əldə etmiş dövlətlərlə birgə elmi tədqiqatların aparılması, ixtisasartırma və təlim proqramlarının təşkili, ticarət münasibətlərinin və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

18:05
15 Yanvar

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

18:04
15 Yanvar

Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb  

18:02
15 Yanvar

Pakistanın Baş naziri: “ASAN xidmət”in yaradılması Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub  

18:01
15 Yanvar

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

18:00
15 Yanvar

Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər  

17:49
15 Yanvar

Ekspert: Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir  

17:41
15 Yanvar

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

17:33
15 Yanvar

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq  

17:24
15 Yanvar

Ukraynalı ekspert: 2026-cı ildə müharibənin davam edəcəyi ehtimalı çoxdur  

17:11
15 Yanvar

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb  

17:09
15 Yanvar

Enerji effektivliyinin təmin olunması ilə bağlı informasiya sistemi yaradılır  

17:03
15 Yanvar

ABŞ-ın özəl sektorunun Azərbaycan bazarına marağının artması strateji tərəfdaşlığın iqtisadi dayaqlarını gücləndirir 

17:02
15 Yanvar

Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirilib  

17:01
15 Yanvar

Hakan Fidan: Beynəlxalq sistemin düşdüyü çıxılmaz vəziyyət ötən il daha da dərinləşib  

16:31
15 Yanvar

Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib  

16:23
15 Yanvar

Məcnun Məmmədov: Azərbaycanda akvakulturanın iqtisadi potensialının artırılması ətraf mühitin mühafizəsi strategiyasının mühüm tərkib hissəsidir  

16:17
15 Yanvar

Naxçıvanda çöl heyvanları üçün biotexniki tədbirlər keçirilib  

16:13
15 Yanvar

Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanuna düzəliş edilib  

16:04
15 Yanvar

Vyetnam şirkəti ilə avtomobil istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub  

15:56
15 Yanvar

Azərbaycan ilə Türkiyə arasında reproduktiv tibb sahəsində birgə tədqiqatların aparılması müzakirə edilib  

15:39
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!