16 May 2025 17:50
702
SİYASƏT
A- A+
“Asiya ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir”

“Asiya ölkələri də Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir”


Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirir. Ölkəmiz bir çox tərəfdaşlar üçün Cənubi Qafqazda açar rolunu oynayır. Azərbaycan öz iqtisadi, siyasi, diplomatik və hərbi potensialını birləşdirərək ötən illər ərzində yaratdığı imkan və üstünlükləri sayəsində ərazi bütövlüyünü təmin etməyi bacarıb və bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun nüfuzlu gücü sayılır. Coğrafi baxımdan regiondan uzaqda yerləşən Vyetnam da Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Ötən həftə ölkəmizə dövlət səfəri edən Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Bakıda keçirdiyi rəsmi görüşlərdə ikitərəfli əlaqələrdə yeni mərhələnin əsası qoyuldu. Səfər çərçivəsində tərəflər enerji, ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladılar. Ənənəvi enerji sahəsindəki əməkdaşlıqdan əlavə, hər iki ölkə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial görür. 

Vyetnamda da hesab edirlər ki, Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağı olması logistika, dəniz və dəmir yolu daşımaları, aviasiya və bərpaolunan enerji sahələrində əməkdaşlıq üçün geniş imkanlar açır. Tərəflər  iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsinə və nəqliyyat əlaqəliliyinin artırılmasına qarşılıqlı maraq nümayiş etdirir.

Bakı və Hanoy həmçinin müdafiə sənayesi sahəsində perspektivləri dəyərləndirəcək. Nəzərə alsaq ki, hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Prezident İlham Əliuevin də söylədiyi kimi, burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Vyetnamla Azərbaycan həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Belə ki, BMT Təhlükəsizlik Şurasında sözügedən ölkə Azərbyacan çox ciddi dəstək nümayiş etdirdi. Eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində də uğurlu birgə fəaliyyət davam edir. Ən vacibi – Bakı ilə Hanoy hər zaman bir-birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. 

Tərəflər həmçinin humanitar sahədə də əməkdaşlığı genişləndirir. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.  Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri çərçivəsində də effektiv görüşlər keçirildi. Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf etdirilir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınlar cəmiyyətin aparıcı qüvvəsidir

14:29
07 Mart

“Sabah” qəzeti: “Bayraktar” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığına töhfə verir

14:26
07 Mart

Təxliyə davam edir: Çin, ABŞ və Pakistan vətəndaşlarının təhlükəsiz keçidi təmin edilib

14:24
07 Mart

Şahbuz rayonunun Kükü kəndində qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb

14:22
07 Mart

Ölkə ərazisində dumanlı, əsasən yağmursuz hava şəraiti gözlənilir

14:20
07 Mart

Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi ayrılmış avtobuslarla davam etdirilir

14:19
07 Mart

Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi

14:18
07 Mart

Azərbaycan cüdoçusu Qran-Pridə qızıl medal qazanıb

14:00
07 Mart

İranın Naxçıvana dronlarla hücumu Azərbaycanın suverenliyinə qarşı yönəlmiş terror aktıdır

13:37
07 Mart

İrandan təxliyə davam edir: 16 Çin vətəndaşı Azərbaycana keçdi

13:28
07 Mart

Zelenski: Ukraynaya 29 raket və 480 dron atılıb

13:26
07 Mart

Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılıb

13:24
07 Mart

“Fitch Ratings” Fransanın kredit reytinqini A+ səviyyəsində saxlayıb, lakin xəbərdarlıq edib

12:21
07 Mart

Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

11:23
07 Mart

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

11:19
07 Mart

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

11:01
07 Mart

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

10:38
07 Mart

Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib

10:27
07 Mart

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycan ərazisinə qarşı əsassız hücumları pisləyib

10:19
07 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib

09:57
07 Mart

Bilmək istəyirəm

09:30
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!