06 Fevral 2026 15:07
162
CƏMİYYƏT
A- A+
“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur  

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur  

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Dünya Hökumətləri Sammiti çərçivəsində “Bürokratik maneələrin aradan qaldırılması, real nəticələrin əldə edilməsi – sıfır bürokratiyaya aparan yol” adlı panel sessiyada çıxış edib.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o qeyd edib ki, ölkəmizdə dövlət xidmətləri islahatları Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış “ASAN xidmət” üzərində qurulub və bu model bürokratiyanın azaldılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına xidmət edir. Həmçinin “ASAN xidmət”in həm yerli, həm də beynəlxalq müstəvidə etibarlı və tətbiq oluna bilən model kimi tanındığı və bu gün yüksək vətəndaş məmnunluğu ilə effektiv nəticələr təqdim etdiyi auditoriyanın diqqətinə çatdırılıb.

Sammitin növbəti günündə Dövlət Agentliyinin sədri “Süni intellekt dövründə insan resurslarının gələcəyinin formalaşdırılması” adlı dəyirmi masa müzakirəsində də çıxış edib. Vurğulanıb ki, süni intellektdən dövlət qulluqçularının səmərəliliyini artırmaq, qərarvermə proseslərini gücləndirmək və xidmət keyfiyyətini yüksəltmək üçün strateji alət kimi istifadə edilməlidir. Dəyirmi masada 15-dən çox ölkənin yüksəksəviyyəli rəsmiləri çıxış ediblər.

Dünya Hökumətləri Sammiti zamanı BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüş keçirilib. Görüş 2024-cü ildə Dövlət Agentliyi ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış Töhfə Sazişinin icrasının müzakirəsi və bu çərçivədə həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər məqsədilə gerçəkləşib. Bu çərçivədə BMT rəsmisi Dövlət Agentliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və “ASAN xidmət”in dövlət xidmətlərinin göstərilməsi sahəsində nümunəvi fəaliyyətini xüsusi vurğulayıb.

Dövlət Agentliyinin nümayəndə heyəti Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş nazirinin müavini Samir Şərifovun çıxış etdiyi “Yeni İpək Yolu” Forumunda da iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Cəbhədəki döyüşlərin təxminən dörddəbiri Ukrayna bölmələrinin hücum əməliyyatlarıdır  

16:44
06 Fevral

Süni intellekt sahəsində Azərbaycanda həyata keçirilən layihələr Küveytdə təqdim olunub  

16:36
06 Fevral

MOK Ermənistan idmançılarının addımı ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə etirazını bildirib  

16:31
06 Fevral

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur  

15:07
06 Fevral

Kahramanmaraşda 2023-cü il zəlzələlərinin nəticələri ilə bağlı bütün cinayət işlərinin təhqiqatı başa çatıb

15:06
06 Fevral

Sergey Lavrov ATƏT-in dərin böhran içində olduğunu bildirib

14:56
06 Fevral

AFFA İntizam Komitəsi 3 klubu cərimələyib

14:50
06 Fevral

Nazir: Qarşıdakı illərdə "Sağlam məhəllə" layihəsinin miqyasının genişləndirilməsi nəzərdə tutulur 

14:29
06 Fevral

Ukraynalı politoloq: Rusiya müharibəni dayandırmağa hazır deyil 

14:19
06 Fevral

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 39 nəfər həbs olunub  

14:07
06 Fevral

Türkiyə klubunun yeni baş məşqçisi bəlli olub  

13:49
06 Fevral

Sabah yağmursuz hava gözlənilir  

12:53
06 Fevral

Bank və dövlət sektorlarına qarşı yönəlmiş fişinq cəhdi ilə bağlı araşdırma aparılıb  

12:38
06 Fevral

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reysləri ilə 186 000 nəfər səfər edib  

12:31
06 Fevral

Rusiya ordusunun general-leytenantına sui-qəsd edilib

12:24
06 Fevral

Media: ABŞ-ın Yaxın Şərqdə 450-dən çox “Tomahawk” raketi var  

12:16
06 Fevral

Startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib  

12:12
06 Fevral

Alimentin ödənilməməsi hüquqi məsuliyyət yaradır  

12:02
06 Fevral

Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 

11:51
06 Fevral

Külli miqdarda narkotik vasitənin Azərbaycandan tranzit keçirilməsinin qarşısını alıb  

11:49
06 Fevral

Beynəlxalq standartların Azərbaycanda tətbiqi ilə bağlı qaydalar təsdiqlənib  

11:14
06 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!