14 Avqust 2025 08:15
961
SİYASƏT
A- A+
Artıq iki tərəfin qəbul etdiyi sülh gündəliyi var

Artıq iki tərəfin qəbul etdiyi sülh gündəliyi var


Buna kölgə salmağa çalışanlar fəaliyyətlərini dayandırmalıdırlar


Avqustun 8-də Ağ Evdə keçirilən tarixi sülh sammitinin nəticələri yalnız Cənubi Qafqazda yox, geniş coğrafiyada yaratdığı dəyişikliklər baxımından vacib əhəmiyyət daşıyır. Təkcə Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə çoxsaylı ölkələrin bu marşrut xətti ilə geniş iqtisadi imkanlar qazanmasına mühüm şərait formalaşır. Eyni zamanda Qarabağda qazandığı zəfəri ilə dünyada bu tip münaqişələrə son qoymağın mükəmməl örnəyini ortaya qoyan Prezident İlham Əliyev Vaşinqtonda qazandığı diplomatik qələbəsi ilə sülhü bərqərar etməyin Azərbaycan modelini yaratdı. 

Bununla Cənubi Qafqazın lider ölkəsinin rəhbəri həm də ölkəmizin, xalqımızın onilliklərdir apardığı haqq mübarizəsinin məntiqi nəticəsi olan ədalətin bərpasını dünyaya nümayiş etdirdi və bu, beynəlxalq birlik tərəfindən təsdiqləndi.  


İflasa uğramış Minsk qrupunun kitabı birdəfəlik bağlanır


Üç onillik boyu davam edən mənasız sülh danışıqlarını bitirərək ərazilərini güc yolu ilə işğaldan qurtaran və bununla həm də BMT TŞ-nin məlum qətnamələrini özü icra edən Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam təmin etdi. Bu sayədə Azərbaycanın diktə etdiyi şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına da çox az qaldı. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə sülh gündəliyinin nizamlanması, sülh müqaviləsinin mətninin paraflanması, iki ölkə arasında Vaşinqtonda Birgə Bəyannamənin imzalanması bölgədə davamlı sülhə gedən yolda mühüm mərhələ oldu. 

Burada diqqətçəkən vacib məqamlardan biri də Azərbaycanın ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətini de-fakto sonlandırmasıdır. Çünki qətiyyətli siyasəti ilə bölgədə barış üçün mühit formalaşdıran ölkəmiz, əslində, Minsk qrupunun yarıtmaz həmsədrlərinin görməli olduğu işi yerinə yetirmişdir. 

Vətən müharibəsindən dərhal sonra Ermənistana təkmil sülh modeli təklif edən Azərbaycanın şərtlərindən biri də məhz bu ölü qurumun buraxılması üçün birgə müraciətin edilməsi idi. Ancaq Ermənistan xarici havadarlarının dəstəyindən ruhlanaraq müharibə eyforiyasına qapıldığı üçün bu şərtə əməl etməkdən yayınırdı.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın baş nazirinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra  ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

Bir sözlə, hüquqi olaraq buraxılmasının vaxtı çoxdan yetişən ATƏT-in Minsk qrupunun fəaliyyəti de-yure dayandırılır. Necə deyərlər, tam iflasa uğramış bu mənasız qrupun kitabı artıq bağlanır. 


Bölgədə Aİ missiyasının fəaliyyətinə heç bir lüzum yoxdur   


Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların, sülh şəraitinin fonunda Avropa İttifaqının Ermənistandakı missiyasının yersiz fəaliyyəti də qabarıq şəkildə özünü büruzə verir. 

Faktiki olaraq bölgədə nə müharibə var, nə də münaqişə. Azərbaycanın liderliyi ilə yürüdülən sülh prosesi çərçivəsində İrəvan və Bakı aralarındakı məsələ və problemləri masa arxasında çözürlər. İkitərəfli və üçtərəfli dialoqların aparılması, sərhədlərin delimitasiya və demarkasiyası prosesinə start verilməsi, sərhəd dirəklərinin quraşdırılması, Qazax rayonunun 4 kəndinin qaytarılması, nəhayət, Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması da bunun bariz nəticəsidir. Məlum olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddiaları var. İrəvan konstitusiyasında dəyişiklik etdikdən sonra yekun sülh müqaviləsi istənilən tarixdə imzalana bilər. 

Bütün bunlar da göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyasının sərhədlərimizdə fəaliyyətinə heç bir ehtiyac yoxdur. İflasa uğramış sözügedən missiyanın lüzumsuzluğu aydın şəkildə görünür. Hər kəsə bəllidir ki, bu missiya Azərbaycana qarşı riyakar mövqedə dayanan Fransa Prezidenti Emmanuel Makronun mənfur layihəsi idi. Burada Aİ-nin, Qərbin  Ermənistanda hərbi mövcudluğunu təşkil etmək, kəşfiyyat işləri aparmaq, Ermənistanla Azərbaycan arasında münasibətləri gərginləşdirmək kimi çirkin məqsədlər güdülürdü. 

Aİ-nin  qondarma müşahidə missiyasının müddətinin uzadılması, hərbiləşdirilməsi planları da Cənubi Qafqazda müharibə niyyətlərinin gerçəkləşdirilməsinə xidmət edirdi. 

Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev də məhz bu məsələyə xüsusi vurğu etdi ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı: "Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın". 

Dövlətimizin başçısı əlavə etmişdi ki, əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi: "Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar".

Qeyd edək ki, Kanada sözügedən missiyaya qoşulan ilk qeyri-Avropa ölkəsi oldu. 

2022-ci ilin dekabrından, əslində, qısa müddətlik zaman ərzində fəaliyyət üçün işə başlayan bu missiya Azərbaycanın razılığı olmadan hazırda da varlığını sürdürür. Ötən müddətdə Aİ missiyası bölgədə suları bulandırmaqla, "binokl" şousu həyata keçirməklə sülhə töhfə vermək yox, ona mane olmaq missiyasını yerinə yetirib. 

Bakı ilk gündən bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib. Paraflanmış sülh sazişinin VII maddəsində də deyilir ki, tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Buna görə də Aİ missiyası dərhal  fəaliyyətini dayandırmalıdır.

Buna görə də Ermənistan üzərindən sərhədlərimizə məqsədyönlü şəkildə hərbi güc kimi yerləşdirilmiş Aİ missiyasının fəaliyyətinə xitam verilməsi üçün İrəvan dərhal lazımi addımlar atmalıdır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!