07 Noyabr 2025 02:10
4980
Fərmanlar
A- A+
"Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə

"Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 avqust tarixli 190 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. "Maliyyə-sənaye qrupları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli 490 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 102 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

1.1.2.2-ci bənddə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin; 

1.2. 2.4-cü bənddə "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

2. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 163 (Cild I) 2-ci hissəsinin yeddinci və səkkizinci abzaslarında "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

3. "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508 (Cild I) 2.7-ci bəndində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

4. "Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 611 (Cild I); 2025, № 6, maddə 541) 2.2-ci bəndinə ikinci halda "Nazirliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin. 

5. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 665 (Cild I) ilə təsdiq edilmiş "İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında Əsasnamə"nin 3-cü hissəsinin onuncu abzasında "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə" sözləri ilə əvəz edilsin. 

6. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666 (Cild I); 2024, № 3, maddə 260, № 7, maddə 815, № 8, maddələr 937, 947, № 10, maddə 1138; 2025, № 6, maddə 542) 2.21-ci bəndində "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

7. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289,(II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1.1.12-2-ci bənddə "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

7.2. 1.14-cü bənddə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qismində Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti" sözləri "Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyivə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

8. "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584 (Cild I); 2025, № 6, maddə 541) 1.2-ci bəndinə üçüncü halda "Nazirliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə olunsun və həmin bənddə "öz səlahiyyətləri daxilində" sözləri "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri ilə əvəz edilsin. 

9. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789, № 12 (I kitab), maddə 1292; 2025, № 5, maddə 454,№ 7, maddə 650) 2.9-2-ci bəndində "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

10. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I); 2024, № 2, maddə 145, № 3, maddə 262, № 7, maddə 826; 2025, № 1, maddə 30, № 5, maddə 541) ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nın IV hissəsinin "Dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları" sütununda aşağıdakı dəyişikliklər edilsin:

10.1. 14-cü bəndə "DİN" akronimindən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra - Agentlik)" sözləri əlavə edilsin;

10.2. 18-ci bənddə "İqtisadiyyat Nazirliyi" sözləri "Agentlik" sözü ilə əvəz edilsin.

11. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 709 (Cild I) 2.5-ci bəndində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "öz səlahiyyətləri daxilində" sözləri "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri ilə əvəz edilsin.

12. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 317 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1012 (Cild I) 2.3-cü bəndində "və Azərbaycan Respublikasının Nazirlər Kabineti" sözləri ", Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

13. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1114 (Cild I) 2.4-cü bəndində "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

14. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə "Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 234 (Cild I) 1.2-ci bəndində "öz səlahiyyətləri daxilində" sözləri "fəaliyyət istiqamətlərinə uyğun olaraq" sözləri ilə, "Maliyyə Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

15. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanından irəli gələn məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 167 (Cild I) 3-cü hissəsi ləğv edilsin. 

16. "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 12, maddə 991 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

16.1. 3-cü hissədə "İqtisadiyyat Nazirliyinə" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə" sözləri ilə əvəz edilsin;

16.2. 4-cü hissədə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "bəndinə" sözü "hissəsinə" sözü ilə əvəz edilsin.

17. "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 793 (Cild I) 28.3-cü bəndinə "Agentliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin.

18. "2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 582 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 71 (Cild I) 2-ci hissəsində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

19. "Reklam haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 554 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 822 (Cild I); 2024, № 6 (I kitab), maddə 661; 2025, № 4 (I kitab), maddə 330) 2.5-ci bəndində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

20. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561,№ 7, maddə 649, № 8, maddələr 746, 754; Azərbaycan Respublikası Prezidentinin2025-ci il 30 sentyabr tarixli 498 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

20.1. 4.34-1-ci və 4.41-ci bəndlərdə "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

20.2. 5-ci hissə üzrə:

20.2.1. 5.6-2-ci bənddə "və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

20.2.2.5.42-ci bənddə ", 411-1.1 və 458-ci" sözləri "və 411-1.1-ci" sözləri ilə əvəz edilsin; 

20.2.3. 5.44-cü bəndə "455-1" rəqəmlərindən sonra ", 458" rəqəmləri əlavə olunsun və həmin bənddə "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

20.2.4. 5.51-ci bənddə "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

20.2.5. 5.54-cü bənddə "Maliyyə Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.  

21. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 987 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1258 (Cild I) 3.2-ci bəndində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

22. "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ABAD" publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1484 (Cild I) 7-ci hissəsindən ", İqtisadiyyat Nazirliyi" sözləri çıxarılsın vəhəmin hissəyə ikinci halda "Nazirliyi" sözündən sonra "və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin. 

23. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 oktyabr tarixli 1060 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1619  (Cild I) 2-ci hissəsində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

24. "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1262 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 206 (Cild I) 2-ci hissəsində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 sentyabr tarixli 498 nömrəlivə 8 oktyabr tarixli 501 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

25.1. 8.1-ci bənddən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi," sözləri çıxarılsın;

25.2. 16.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"16.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - Agentliyin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional şöbələrin və bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi.";

25.3. 22-1.3-cü bənddə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "8.1-ci" sözləri "16.2-ci" sözləri ilə əvəz edilsin;

25.4. 40-cı hissə aşağıdakı redaksiyada verilsin:

"40. Məcəllənin 537.1-ci və 538-1.1-538-1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

40.1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından - bu Siyahının 16.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;

40.2. Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi adından - Komitənin sədri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri.";

25.5. 42-ci hissədə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "8.1-ci" sözləri "16.2-ci" sözləri ilə əvəz edilsin;

25.6. 45-ci hissə üzrə:

25.6.1. 45.1-ci bənddə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "40-cı hissəsində" sözləri "16.2-ci bəndində" sözləri ilə əvəz edilsin;

25.6.2. 45.2-ci bənddə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "8.1-ci" sözləri "16.2-ci" sözləri ilə əvəz edilsin;

25.7. 46.2-ci bənddə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "40-cı hissəsində" sözləri "16.2-ci bəndində" sözləri ilə əvəz edilsin; 25.8. 49.1-ci və 63-1.2-ci bəndlərdə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə, "8.1-ci" sözləri "16.2-ci" sözləri ilə əvəz edilsin.

26. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238 (Cild I); 2024, № 3, maddə 262, № 5 (I kitab), maddə 515, № 7, maddə 809, № 8, maddələr 943, 948, № 11, maddə 1199, № 12 (II kitab), maddə 1364; 2025, № 3, maddə 224, № 4 (I kitab), maddə 330, № 5, maddə 459, № 6, maddə 541, № 8, maddə 771) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin: 

26.1.4-cü hissənin "Göstərdiyi xidmətlər" sütununun 2-ci bəndinin altıncı abzası və 13-cü bəndiləğv edilsin; 

26.2. 10-cu hissə ləğv edilsin;

26.3. aşağıdakı məzmunda 20-1-ci hissə əlavə edilsin:

20-1 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi       

1. standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat, malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətin müvafiq standartla, texniki reqlamentlə və digər normativ hüquqi aktla müəyyən olunmuş tələblərə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı və uyğunluğun təsdiqi barədə təsdiqedici sənədlərin verilməsi

2. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına dövlət əyar damğasının vurulması

3. malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi

27. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2570 (Cild I); 2024, № 8, maddə 942) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6.1.2-ci yarımbəndində "Respublikası İqtisadiyyat Nazirliyinin" sözləri "Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin.

28. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 622 (Cild I); 2024, № 3, maddə 262, № 4, maddə 397, № 5 (I kitab), maddə 526, № 6 (I kitab), maddə 657, № 8, maddə 948, № 11, maddə 1197; 2025, № 3, maddələr 224, 232, № 5, maddə 444, № 8, maddə 658) ilə təsdiq edilmiş Əlavə 2 - "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı"na aşağıdakı məzmunda 17-1-ci hissə əlavə edilsin:

"17-1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi üzrə:

17-1.1. Aparat rəhbərinin müavini;

17-1.2. Aparatda şöbə müdirləri.".

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224, № 7, maddə 662) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı"nın 21-7-ci hissəsində "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin. 

30. "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 198 (Cild I) 1.2-1.4-cü bəndlərində "və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin aparatlarında" sözləri "Aparatında" sözü ilə əvəz edilsin.

31. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

31.1. 1.5-ci bənddə "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin; 

31.2. 1.8-ci bənddə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

32. "Kənd təsərrüfatında dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli 2367 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, №11, maddə 1521

(Cild I) aşağıdakı dəyişikliklər edilsin:

32.1. 2.1.1-ci yarımbənddə "Respublikası İqtisadiyyat Nazirliyinin" sözləri "Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin;

32.2. 3-cü hissədə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

33. "Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 27) aşağıdakı dəyişikliklər edilsin: 

33.1.1-ci hissə üzrə:

33.1.1. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

"1.1-1. həmin Məcəllənin 34.4-cü maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;";

33.1.2. 1.4-cü bənd ləğv edilsin;

33.1.3. 1.5-ci bənddə "birinci halda" sözləri "hər üç halda" sözləri ilə, "Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

33.2. 3-cü hissədə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

34. "Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 9 iyul tarixli 133 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 792) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 

34.1. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. ERİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirir;";

34.2. 2.3-cü bənddə "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin.

35. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 391 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın "6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı" hissəsinin 6.3.7-ci yarımbəndinin "İcraçılar" sütununda "İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

36. "2013-cü il noyabrın 21-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 202 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1619 (Cild I) 2-ci hissəsində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

37. "Kənd təsərrüfatı və qidaməhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 221 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 34 (Cild I); 2024, № 4, maddə 393) aşağıdakı dəyişikliklər edilsin: 

37.1.2.4-cü bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 2.5-ci bənd ləğv edilsin;

37.2. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

"2-1. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi kənd təsərrüfatı və qida məhsulları bazarında, tədarük prosesində haqsız rəqabət meyillərinin qarşısının alınması ilə bağlı tədbirləri və antiinhisar nəzarətini gücləndirsin, nəticəsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.".

38. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263 (Cild I); 2024, № 12 (II kitab), maddə 1364) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı"nın 8.1.3-cü yarımbəndinin "İcraçılar" sütununa "İqtisadiyyat" sözündən əvvəl "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi," sözləri əlavə edilsin.

39. "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 754 (Cild I) 5-ci hissəsində "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin. 

40. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 may tarixli 38 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 977 (Cild I); 2024, № 12(II kitab), maddə 1364) ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı"nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

40.1. 1.5-ci bəndin "İcraçılar" sütununa ikinci halda "Nazirliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin; 

40.2. 2.5-ci (ikinci halda), 4.3-cü (ikinci halda) və 5.4-cü (birinci halda) bəndlərin "İcraçılar" sütununa "Nazirliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin.

41. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

41.1. 7.2.4.3-cü abzasın "Əsas icraçı qurum" sütununda "İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

41.2. 7.2.4.4-cü abzasın "Digər icraçı qurumlar" sütununa ikinci halda "Nazirliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin.

42. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 730 (Cild I); 2024, № 6(I kitab), maddə 654) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın "10. Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

42.1. 10.6.4-cü yarımbəndin "Digər icraçılar" sütununda "İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

42.2. 10.9.4-cü yarımbəndin "Digər icraçılar" sütununa ikinci halda "Nazirliyi" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri əlavə edilsin.

43. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1372 (Cild I); 2024, № 12 (II kitab), maddə 1386) 1-ci hissəsinə "Zaur Mikayılov - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Elnur Bağırov - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri".

44. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 4, maddə 339 (Cild I);2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529, № 6 (I kitab), maddə 654, № 8, maddə 759) ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planı"nın 2.10-cu, 2.11-ci və 2.13-cü bəndlərinin "Digər icraçılar" sütununda "İqtisadiyyat Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin.

45. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790 (Cild I); 2024, № 4, maddə 393, № 5(I kitab), maddə 529, № 6 (I kitab), maddələr 647, 654, № 12 (II kitab), maddə 1359; 2025, № 8, maddə 749) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın 7-ci hissəsinin "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planı"nda aşağıdakı dəyişikliklər edilsin:

45.1. 1.1.21-ci yarımbəndin 1-ci abzasının "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

45.2. 5.2.1-ci yarımbəndin 4-cü abzasının və 5.2.5-ci yarımbəndin 1-ci abzasının "Digər icraçılar" sütununa "İN" akronimindən sonra ",AİBNDA" akronimi əlavə edilsin;

45.3. "Akronimlər və ixtisarlar" hissəsinə "VXSİDA Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" abzasından sonra aşağıdakı məzmunda yeniabzas əlavə edilsin:

"AİBNDA Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi".

46. "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 114 (Cild I); 2024, № 4, maddə 393; 2025, № 8, maddə 759) aşağıdakı dəyişikliklər edilsin: 

46.1. 2-ci hissədə "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

46.2. 3-cü hissədə "Respublikası İqtisadiyyat Nazirliyinin" sözləri "Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin;

46.3. həmin Sərəncamla təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın "8. Dövlət Proqramına dair Tədbirlər Planı" hissəsi üzrə:

46.3.1. 8.1.3-cü yarımbənd üzrə:

46.3.1.1. "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.1.2. "Digər icraçılar" sütununa "DŞAK" akronimindən sonra "İN" akronimi əlavə edilsin;

46.3.2. 8.2.1-ci və 8.2.3-cü yarımbəndlərin "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.3. 8.2.4-cü yarımbənd üzrə:

46.3.3.1. "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.3.2. "Digər icraçılar" sütununa "AQTA" akronimindən sonra "İN" akronimi əlavə edilsin;

46.3.4. 8.3.2-ci yarımbənd üzrə:

46.3.4.1. "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.4.2. "Digər icraçılar" sütununa "DŞAK" akronimindən sonra "İN" akronimi əlavə edilsin;

46.3.5. 8.4.1-ci yarımbəndin "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.6. 8.4.2-ci yarımbənd üzrə:

46.3.6.1. "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.6.2. "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra "İN" akronimi əlavə edilsin;

46.3.7. 8.4.4-cü yarımbənd üzrə:

46.3.7.1. "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.7.2. "Digər icraçılar" sütununa "RİNN" akronimindən sonra "İN" akronimi əlavə edilsin;

46.3.7.3. "ilkin nəticələr" və "aralıq nəticələr" sütunlarında "İqtisadiyyat Nazirliyi" sözləri "Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" sözləri ilə əvəz edilsin;

46.3.8. 8.4.5-ci yarımbənd üzrə:

46.3.8.1. "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.8.2."Digər icraçılar" sütununa "DGK" akronimindən sonra "İN" akronimi əlavə edilsin;

46.3.8.3. "ilkin nəticələr" sütununda "Respublikası İqtisadiyyat Nazirliyinin" sözləri "Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin" sözləri ilə əvəz edilsin;

46.3.9. 8.5.1-ci, 8.6.2-ci və 8.6.4-cü yarımbəndlərin "Əsas icraçı orqan (qurum)" sütununda "İN" akronimi "AİBNDA" akronimi ilə əvəz edilsin;

46.3.10. "Akronimlər" hissəsinə "AQTA - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"AİBNDA - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi".

47. "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4060 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1219 (Cild I) "8. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

47.1. 8.7.2-ci yarımbəndin "Digər icraçılar" sütununa "İN" akronimindən sonra ", AİBNDA" akronimi əlavə edilsin; 

47.2. "Akronimlər" hissəsinə "VXSİDA- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"AİBNDA - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi".

48. "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646 (Cild I); 2024, № 2, maddə 148, № 6 (I kitab), maddə 654) ləğv edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 noyabr 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

Ekstremal hadisələr daha dağıdıcı olacaq  

22:25
04 Dekabr

Cari ilin ən yaxşı “Google Chrome” yeniləmələri elan edilib  

22:24
04 Dekabr

Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücum cəhdinin qarşısı uğurla alınıb – RƏSMİ AÇIQLAMA  

21:06
04 Dekabr

ABŞ-da bayraqlar yarıya qədər endirilib  

21:05
04 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb  

21:03
04 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:57
04 Dekabr

Elçin Şamilli: Süni intellekt rəssamın imkanlarını genişləndirir, amma yaradıcılığın təbiətini əvəz etmir  

20:56
04 Dekabr

QMİ sədri ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi ilə görüşüb  

20:54
04 Dekabr

Rəşt-Astara dəmir yolu xətti istismara verilsə, iki qitə arasında nəqliyyat əlaqəsi təmin olunacaq 

20:53
04 Dekabr

Azərbaycan ilə Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

20:51
04 Dekabr

Rumın ekspert: Rusiyanın hibrid taktikası Qərbi çətin duruma yönəldir  

20:50
04 Dekabr

Ukrayna Baş Kəşfiyyat İdarəsi Krımda Rusiyaya məxsus MiQ-29 qırıcısını məhv edib VİDEO  

20:47
04 Dekabr

Azərbaycan və Şimali Kipr arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlıq müzakirə olunub  

18:51
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!