11 Mart 2026 14:55
131
CƏMİYYƏT
A- A+
Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir  

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir  


Martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın sədri İsa Həbibbəyli gündəliyə Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı məsələnin daxil edildiyini deyib.

O, ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilmiş, müxtəlif dövrlərdə məkrli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib. Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.

Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyətindən bəhs edərək, Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətindən müraciət daxil olduğunu söyləyib. O qeyd edib ki, müraciətə əsasən Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilərək müvafiq olaraq, “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması təklif olunur.

Məsələ ətrafında aparılan müzakirələrdə Toponimiya Komissiyasının sədr müavini, parlamentin komitə sədri Musa Quliyev və komissiyanın üzvləri çıxış edərək qeyd və təkliflərini səsləndiriblər.

İclasda Quba rayonunun inzibat ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adlarının dəyişdirilərək “Elbir”, “Çinarlı” və “Bəhrəli” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Elm və təhsil naziri Şuşada vətəndaşların müraciətlərini dinləyib

16:09
11 Mart

BMT: Hörmüz boğazının bağlanması qlobal miqyasda ərzaq qiymətlərini də artıra bilər

16:08
11 Mart

Respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb

15:57
11 Mart

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib

15:57
11 Mart

İsmail Serageldin: Dünya yalnız keçid dövrünü deyil, həm də qırılma mərhələsini yaşayır

15:53
11 Mart

Şarl Mişel: XIII Qlobal Bakı Forumu mövcud şəraitdə qarşılıqlı anlaşmanı gücləndirmək üçün böyük fürsətdir  

15:52
11 Mart

İranla müharibə turizm sənayesinə gündə 450 milyon funt sterlinq zərər vurur

15:47
11 Mart

İsveçrənin İrandakı səfiri və səfirliyin üzvləri təxliyə olunublar 

15:41
11 Mart

Avropa ABŞ və Çinin hegemon olmadığı düşərgə axtarışındadır

15:36
11 Mart

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

15:28
11 Mart

Prezident Ərdoğan: İran ətrafında böhranın aradan qaldırılması şansı hələ də mövcuddur

15:07
11 Mart

Mina problemi ilə əlaqədar ölkəmizin Çin ilə əməkdaşlığı genişlənəcək  

15:06
11 Mart

Kreml: İstanbul Ukrayna üzrə danışıqlar platformasıdır

15:04
11 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15:03
11 Mart

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

15:03
11 Mart

Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yayıb

15:02
11 Mart

Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur

15:01
11 Mart

“Sabah”ın məşqçisinə 7, Qurban Qurbanovun köməkçilərinə 6 oyunluq cəza verilib

15:00
11 Mart

328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib  

14:58
11 Mart

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir  

14:55
11 Mart

Qazaxıstan və Azərbaycan könüllüləri Xəzərin sahillərini təmizləyiblər

14:54
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!