05 Oktyabr 2026 16:26
250
CƏMİYYƏT
A- A+
Anım günündə Lənkərandan olan şəhid Həsənağa Abdullazadənin məzarı ziyarət edilib

Anım günündə Lənkərandan olan şəhid Həsənağa Abdullazadənin məzarı ziyarət edilib


Vətən müharibəsi şəhidi Abdullazadə Həsənağa Şakir  oğlunun anım günündə Hərbi Memorial Məzarlıqdakı (II Fəxri xiyaban)  məzarı ailə üzvləri və yaxınları tərəfindən ziyarət edilib, məzarı önünə tər çiçəklər düzülüb və ruhuna dualar oxunub. 

Həsənağa Abdullazadə 1993-cü il mart ayının 9-da Lənkəranda dünyaya gəlib, ilk təhsilini bu şəhərdə 9 saylı orta məktəbdə alııb. Deyilənə görə, Qarabağın işğal altında olması hələ yeniyetmə çağlarından onu çox düşündürür, məyus edirdi. Bu duyğularla da o, taleyini, bəxtini yurdun sabahına bağlayıb, ömrünü Vətənin müdafiəsinə həsr etməyə qərar verib. 2010-cu ildə C. Naxçıvanski adına Hərbi Liseyi, 2014-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi (leytenant rütbəsi ilə) bitirərək daha bir neçə hərbi kursda təhsilini, bilik və bacarığını təkmilləşdirib. 

Baş leytenant Həsənağa Abdullazadə Murovdağda döyüşüb - Ömər aşırımında igidliklə vuruşub, lakin düşmən pusqusuna tuş gəlib, 2020-ci il oktyabrın 2-də şəhadətə qovuşub. Bir müddət itkin düşmüş hesab olunan şəhid Vətən oğlu yalnız 14 yanvar 2021-ci il tarixdə tapılıb və Bakıda, II Fəxri xiyabanda torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad edilməsinə görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib (ölümündən sonra). 

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən şəhidin ailə üzvləri ilə əlaqə saxlanılıb, qayğı və problemləri ilə yaxından maraqlanılıb. 

Şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 


Seyran CAVADOV, 

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

21:55
05 Oktyabr

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

20:57
05 Oktyabr

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

20:37
05 Oktyabr

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

19:43
05 Oktyabr

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

19:40
05 Oktyabr

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

19:37
05 Oktyabr

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb  

19:33
05 Oktyabr

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar  

19:30
05 Oktyabr

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

18:57
05 Oktyabr

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

18:43
05 Oktyabr

Diabetin zəifləməsinə nail olmağın yolu tapılıb

18:41
05 Oktyabr

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib  

18:39
05 Oktyabr

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər  

18:29
05 Oktyabr

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib 

18:26
05 Oktyabr

Bloomberg NATO-nun yeni müdafiə planına çıxış əldə edib

17:58
05 Oktyabr

 Yaponiya pilotsuz nəqliyyat gəmilərinin hazırlanması haqqında qərar verib

17:39
05 Oktyabr

Qarabağın dağlarına yeni yol çəkilir

17:33
05 Oktyabr

Azərbaycan neftinin İsveçrəyə ixracı 3 dəfə artıb

17:32
05 Oktyabr

Zəngilanda “Sarıqışlaq”ın iki illik enerji salnaməsi

17:26
05 Oktyabr

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:25
05 Oktyabr

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

17:24
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!